381
Milli ədəbiyyat
Mirzə Şəfi Vazeh
1794-1852
2014
Mirzə Şəfi Vazeh 1794-cü ildə
Gəncə şəhərində, memar ailəsində do-
ğulmuşdur.
Şəfi hələ mədrəsədə oxuyarkən
sufiliklə və Şərqin panteist fəlsəfi fikri
ilə maraqlanırdı. Çünki bunlara bələd
olmadan Hafiz, Füzuli, Xəyyam, Sədi
kimi şairləri dərk etmək mümkün de-
yildi. Gəncə ruhaniləri ilə söhbətlərində
Şəfinin bidətçi mülahizələri diqqətdən
yayınmır və gələcək şairi mədrəsədən
xaric edirlər. Mirzə Şəfi yaradıcılığının
tədqiqatçıları qeyd edirlər ki, o, ömrü-
nün sonuna qədər sufizm mövqelərindən
bircə addım da geri çəkilməmişdi.
Görkəmli maarifçi, dramaturq
M.F.Axundzadənin müəllimi olmuş,
onun maarifçi kimi yetişməsində bö-
yük rol oynamışdır.
Mirzə Şəfi Vazeh 1840-cı ildə Tiflisə
köçmüş, qəza məktəbində Azərbaycan
və fars dillərindən dərs demişdir.
Qabaqcıl rus, gürcü və xarici ölkə
ziyalıları ilə dostlaşmışdır.
Şair Gəncədə təsis etdiyi “Divani-
hikmət”
ədəbi-fəlsəfi
məclisinin
fəaliyyətini
davam
etdirmişdir.
Məclisdə poeziya, fəlsəfə və etikaya,
dövrün mühüm ictimai məsələlərinə
dair fikir mübadiləsi aparmışdır.
A.A.Bakıxanov,
M.F.Axundzadə,
F.Bodenştedt və başqaları məclisdə iş-
tirak edirdilər.
M.Ş.Vazeh 1848-ci ildə Gəncəyə
qayıtmış, qəza məktəbində müəllim
işləmişdir.
1850-ci ildə yenidən Tiflisə get-
miş, gimnaziyada Azərbaycan və fars
dillərindən dərs demişdir. Əsərlərini
Azərbaycan və fars dillərində yazan
M.Ş.Vazeh, əsasən lirik şeirlər qələmə
almışdır. Şeirlərində gözəllik, dünya
nemətləri tərənnüm olunur, məhəbbət
dini etiqada qarşı qoyulur. Vazehin dini
ehkam, zahidlik, həmçinin, istibdad
əleyhinə də şeirləri var.
M.Ş.Vazehin maarif sahəsində də
mühüm xidmətləri olmuşdur. Belə
ki, 1852-ci ildə Tiflis gimnaziyasının
Şərq dilləri müəllimi İ.Qriqoryevlə
birlikdə Azərbaycan dilində ilk dərs
vəsaiti tərtib etmişdir. “Kitabi-türki”
adlanan həmin vəsaitdən gimnaziya və
qəza məktəblərində Azərbaycan dilini
öyrənmək üçün uzun müddət istifadə
olunmuşdur.
M.Ş.Vazehin fəlsəfi dünyagörüşü-
nün əsasında sufiliyin və çarvaka hind
fəlsəfi məktəbinin materialist təliminin
ünsürlərini birləşdirən panteizm durur-
du.
Mirzə Şəfi Vazeh 1852-ci il noyabr
ayının 28-də Tiflis şəhərində vəfat et-
mişdir.
Sağlığında unudulmuş və haqqı
əlindən alınmış şair öləndən sonra da
qarət olunur. Tiflisdəki Botanika ba-
ğının arxasında yerləşən Azərbaycan
qəbiristanlığı müharibədən sonra
köçürülərkən onun həmvətənlərindən
heç kim bu böyük şairin ruhunun
incidilməsinə etirazını bildirmir.
Dostları ilə paylaş: