382
Milli ədəbiyyat
145
illiyi
Bayraməli Abbaszadə
1869-1926
2014
Bayraməli Abbas oğlu Abbaszadə
1869-cu ildə Cənubi Azərbaycanın
Sərab mahalının Dünni kəndində
rəncbər ailəsində anadan olmuşdur.
İbtidai təhsilini kənd mollaxana-
sında almış, ilk satirik şeirini “Mirzə
Gülzar”, “Gülzari-Sərabi” imzaları ilə
yazmışdır.
Sərabdan Bakıya ilk gəlişi XX əsrin
əvvəllərinə təsadüf etmişdir. Burada
“Qafqaz Merkurisi” körpüsündə liman
fəhləsi işləmişdir.
İlk publisistik yazısını 1906-cı
ildə “Molla Nəsrəddin” səhifələrində
“Hambal” ləqəbi ilə çap etdirmişdir.
Cənubi Azərbaycanda başlayan mil-
li azadlıq hərəkatında iştirak etmək
üçün Təbrizə getmişdir. Səttarxanın
məşrutə hərəkatına qoşulması onun bir
şair kimi formalaşmasına ciddi təsir
göstərmişdir.
Təbriz dövri mətbuatında -
“Azərbaycan” (1906), “Əncüman”
(1907), “Mücahid” (1907), “Azad”
(1907), “İttihad” (1908), “Naleyi-
millət” (1908), “Müsavat” (1908),
“İstiqlal”
(1909),
“Buqələmun”
(1909) və s. qəzet və jurnallarda cəsur
səttarxançıları tərənnüm, məşrutə
hərəkatını ləkələyən ikiüzlü, satqın,
xarici və daxili düşmənləri ifşa edən
şeirlərini dərc etdirmişdir.
1909-cu ilin aprelində təqib
edildiyindən yenidən Bakıya qa-
yıtmış, ömrünün axırınadək burada
İçərişəhərdə yaşamışdır. “Tazə həyat”,
“İttifaq”, “Zənbur”, “Səda”, “Məzəli”,
“Məşəl”, 1920-ci ildən sonra isə
“Kommunist”, “Yeni yol”, “Yeni fikir”,
“Kəndçi qəzetəsi”, “Molla Nəsrəddin”
səhifələrində “Hambal”, “Rəncbər-
hambal”, “Hambal Azərbaycani”,
“Hambali-Gülzari Sərabi”, “Bayraməli
Abbaszadə Hambal” və b. imzalar ilə
əsərlərini çap etdirmişdir.
Ədəbi dərnəklərdə fəal çalışmışdır.
“Qızıl qələmlər” cəmiyyətinin üzvü ol-
muşdur. Zəngin ədəbi irs yaratmışdır.
Abbaszadə Bayraməli Abbas oğlu
1926-cı il iyun ayının 4-də uzun sürən
xəstəlikdən sonra Bakıda vəfat etmiş,
köhnə Əhmədli qəbiristanlığında dəfn
olunmuşdur.
Dostları ilə paylaş: