Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə473/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   469   470   471   472   473   474   475   476   ...   507
Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

[Mətn]: 3 cilddə: roman                 

/Əbülhəsən; [red. 

Y.Kürçaylı].- Bakı: 

Azərnəşr, 1984-1985.-

C.1.- 398 s.; C.2.: Tamaşa 

qarının nəvələri: povest.-

273 s.; C.3.- 1985.- 238 s.

Cahangirova, E. 

Azərbaycan Sovet 

romanının təşəkkülü 

problemi (Ə.Əbülhəsənin 

“Yoxuşlar” və “Dün-

ya qopur” romanları 

əsasında) [Mətn]: 

filologiya e.n.a.dər.a.üçün 

təqdim edilmiş dis-nın 

avtoreferatı: 10.02.01. 

/E.Cahangirova 

Azərbaycan SSR Xalq 

Təhsili Nazirliyi, Bakı 

Dövlət Universiteti.- Bakı, 

1990. - 23 s.

Cəbiyeva,T. Əbülhəsən 

Ələkbərzadə  [Mətn] 

/T.Cəbiyeva //Babadağa 

baxan ellər: [İsmayıllı].-  

Bakı, 2006.- S.79-80.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.azyb.net

Yazıçı

Əbülhəsən Ələkbərzadə  

1904-1986 


386

105

illiyi

Məzahir Daşqın  

1909-1979           

2014

Mazahir Həmzə oğlu Axundov (Bor-

sunlu Məzahir Daşqın) 1909-cu ilin pa-

yızında, Tərtər rayonunun İncə Borsunlu 

kəndində anadan olmuşdur. 

Kiçik yaşlarından aşıq yaradıcılığına 

güclü meyl göstərmişdir. İbtidai məktəbi 

kənddə  bitirdikdən  sonra  Bakıda  fəhlə 

gənclər  məktəbində  təhsilini  davam  et-

dirmişdir. 

1925-ci  ildə  son  kursda  ikən  atası 

həbs olunduğuna görə məktəbdən çıxa-

rılmışdır.  Taleyini  Gəncə  ilə  bağlamış-

dır,  “Qızıl  Gəncə”  jurnalında  şeirlərini 

çap etdirmişdir. 

Şair  Səməd  Vurğunla  şəxsi  tanışlıq-

dan sonra təhsilini davam etdirməyə im-

kan tapmışdır.

İkinci  Dünya  müharibəsi  başlayan-

da,  1941-ci  ildə  ordu  sıralarında  kö-

nüllü  xidmət  etmişdir.  Sovet  qoşunları 

tərkibində  İranda olarkən Aşıq Hüseyn 

Cavanla tanış olmuş, şair aşıq Səyyahla 

deyişmiş,  Gülgəzin  məclislərində  işti-

rak  etmişdir.  Onun  “İran  səfəri”  şeirlər 

silsiləsi bu zaman yaranmışdır.

1942-ci  ildə  Krım  cəbhəsində  əsir 

alınmış, ölüm düşərgələrində işgəncələrə 

məruz qalmışdır. Şimali Afrikada və İta-

liyada olmuşdur.

1945-cı  ildə  vətənə  qayıtmaq  im-

kanı  tapsa  da,  onu  doğma  vətənə  bu-

raxmayıb  həbs  etmiş,  Sibirə  sürgünə 

göndərmişlər. 

Səməd Vurğun A.Fadeyevi də özü ilə 

götürərək  Rusiyanin  Suxobezvodnaya 

həbs düşərgəsinə getmiş, burada günah-

sız  dustaq  həyatı  yaşayan  M.Daşqına 

baş çəkmişdi.

1956-cı  il  24  mart  tarixli  fərmana 

əsasən  ona  bəraət  verilmişdir.  Məzahir 

Daşqının azad olunmasında Səməd Vur-

ğunun  böyük  rolu  olmuşdur.  Görkəmli 

şair Məzahir Daşqına “Aşıq qardaşıma” 

adlı şeir də həsr etmişdir.

O, Azərbaycan Respublikası xalq ya-

radıcılığı  evində  ştatdankənar  metodist 

(1956-1960), sonra ömrünün axırınadək 

Gəncə  rayonlararası  xalq  yaradıcılı-

ğı  evində  Folklor  şöbəsinin  müdiri 

vəzifələrində çalışmışdır.

Daşqının ədəbi irsi aşıq şeiri tərzində 

yazdığı  qoşma,  gəraylı,  təcnis,  divani, 

qəzəl  və  müxəmməslərdən,  həmçinin, 

müasir  şeir  formalarını  əhatə  edən  po-

etik  nümunələrdən,  əldə  olunmuş  dörd 

poemadan, deyişmələrdən ibarətdir.

Onun ölümündən sonra üç kitabı çap 

olunmuşdur.

Məzahir  Daşqının  müxtəlif  illərdə 

yazdığı  qoşmalarında  vətən  məhəbbəti, 

diyar  həsrəti  qüvvətli  bir  həyəcanla, 

vurğunluqla  tərənnüm  olunur.  Dünya-

nı  qarış-qarış  gəzən  şair  gözəl-gözəl 

şəhərlər, məkanlar görsə də Azərbaycanı 

hamısından üstün tutmuş, ona bağlılığını 

ürək yanğısı ilə söyləmişdir.

1946-cı ildən sonra təqiblərə  məruz 

qaldığından öz şeirlərini Daşqın təxəllüsü 

ilə çap etdirmişdir. 

Məzahir  Daşqın  1979-cu  il  okt-

yabr  ayının  31-də  vəfat  etmiş,  Borsun-

lu  kəndində  dəfn  olunmuşdur.  Tərtər 

şəhərində  Məzahir  Daşqına  heykəl  qo-

yulmuşdur. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   469   470   471   472   473   474   475   476   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin