386
105
illiyi
Məzahir Daşqın
1909-1979
2014
Mazahir Həmzə oğlu Axundov (Bor-
sunlu Məzahir Daşqın) 1909-cu ilin pa-
yızında, Tərtər rayonunun İncə Borsunlu
kəndində anadan olmuşdur.
Kiçik yaşlarından aşıq yaradıcılığına
güclü meyl göstərmişdir. İbtidai məktəbi
kənddə bitirdikdən sonra Bakıda fəhlə
gənclər məktəbində təhsilini davam et-
dirmişdir.
1925-ci ildə son kursda ikən atası
həbs olunduğuna görə məktəbdən çıxa-
rılmışdır. Taleyini Gəncə ilə bağlamış-
dır, “Qızıl Gəncə” jurnalında şeirlərini
çap etdirmişdir.
Şair Səməd Vurğunla şəxsi tanışlıq-
dan sonra təhsilini davam etdirməyə im-
kan tapmışdır.
İkinci Dünya müharibəsi başlayan-
da, 1941-ci ildə ordu sıralarında kö-
nüllü xidmət etmişdir. Sovet qoşunları
tərkibində İranda olarkən Aşıq Hüseyn
Cavanla tanış olmuş, şair aşıq Səyyahla
deyişmiş, Gülgəzin məclislərində işti-
rak etmişdir. Onun “İran səfəri” şeirlər
silsiləsi bu zaman yaranmışdır.
1942-ci ildə Krım cəbhəsində əsir
alınmış, ölüm düşərgələrində işgəncələrə
məruz qalmışdır. Şimali Afrikada və İta-
liyada olmuşdur.
1945-cı ildə vətənə qayıtmaq im-
kanı tapsa da, onu doğma vətənə bu-
raxmayıb həbs etmiş, Sibirə sürgünə
göndərmişlər.
Səməd Vurğun A.Fadeyevi də özü ilə
götürərək Rusiyanin Suxobezvodnaya
həbs düşərgəsinə getmiş, burada günah-
sız dustaq həyatı yaşayan M.Daşqına
baş çəkmişdi.
1956-cı il 24 mart tarixli fərmana
əsasən ona bəraət verilmişdir. Məzahir
Daşqının azad olunmasında Səməd Vur-
ğunun böyük rolu olmuşdur. Görkəmli
şair Məzahir Daşqına “Aşıq qardaşıma”
adlı şeir də həsr etmişdir.
O, Azərbaycan Respublikası xalq ya-
radıcılığı evində ştatdankənar metodist
(1956-1960), sonra ömrünün axırınadək
Gəncə rayonlararası xalq yaradıcılı-
ğı evində Folklor şöbəsinin müdiri
vəzifələrində çalışmışdır.
Daşqının ədəbi irsi aşıq şeiri tərzində
yazdığı qoşma, gəraylı, təcnis, divani,
qəzəl və müxəmməslərdən, həmçinin,
müasir şeir formalarını əhatə edən po-
etik nümunələrdən, əldə olunmuş dörd
poemadan, deyişmələrdən ibarətdir.
Onun ölümündən sonra üç kitabı çap
olunmuşdur.
Məzahir Daşqının müxtəlif illərdə
yazdığı qoşmalarında vətən məhəbbəti,
diyar həsrəti qüvvətli bir həyəcanla,
vurğunluqla tərənnüm olunur. Dünya-
nı qarış-qarış gəzən şair gözəl-gözəl
şəhərlər, məkanlar görsə də Azərbaycanı
hamısından üstün tutmuş, ona bağlılığını
ürək yanğısı ilə söyləmişdir.
1946-cı ildən sonra təqiblərə məruz
qaldığından öz şeirlərini Daşqın təxəllüsü
ilə çap etdirmişdir.
Məzahir Daşqın 1979-cu il okt-
yabr ayının 31-də vəfat etmiş, Borsun-
lu kəndində dəfn olunmuşdur. Tərtər
şəhərində Məzahir Daşqına heykəl qo-
yulmuşdur.
Dostları ilə paylaş: