Kurs I Ş İ Mövzu: Bazar infrastrukturu: mahiyyəti, ünsürləri və fəaliyyət mexanizmi



Yüklə 94,41 Kb.
səhifə10/20
tarix02.05.2023
ölçüsü94,41 Kb.
#105873
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
referat 201

Ticarət palatası da infrastrukturların bir növüdür. Bu infrastruktur ictimai təşkilat olub, başlıca olaraq başqa ölkələrlə xarici iqtisadi və xarici ticarət münasibətləri vasitəsilə iqtisadiyyatın inkişafına təsir göstərir. Beynəlxalq ticarət palatası 1919-cu ildə Parisdə 100 ölkənin assosiasiyası kimi fəaliyyətə başlamışdır. Onun nəzdində arbitraj məhkəməsi beynəlxalq ticarət mübahisələrini tənzim edir. Onun yerlərdə milli və regional istiqamətdə qurumları fəal iş görürlər.
Bazar infrastrukturlarının mühümlərindən biri və ticarətlə daha çox bağlı olan reklam agentliyidir. Bu infrastruktur reklam anlayışı reklam konsepsiyası ilə üzvi şəkildə bağlıdır. Reklam əmtəələrin və xidmətlərin istehlak xassələri haqqında informasiyadır. Məqsəd isə onlara tələbin formalaşması və reallaşdırılmasıdır. Reklam agentliyi isə reklam xidmətlərinə göstərilən kömək üzrə firmadır, özünə müştərilər yığmaq məsədilə reklam proqramlarının planlaşdırılması və həyata keçirilməsi üzrə bir xidmət növüdür.
Reklam adı ilə təcrübədə yada salma reklamı, tövsiyə reklamı, informasiya reklamı, fərdi istehlak reklamı, nəqliyyat reklamı, müqayisəli reklam və s. müvafiq funksiyalar yerinə yetirirlər.
Reklam xüsusi ilə ticarət sferasında istifadə olunur. Burada müxtəlif ticarət vasitəçiləri ilə (pərakəndə və topdan ticarət nümayəndələri ilə) əmtəələrin realizə olunmasına böyük təsir göstərilir.
Nəqliyyatda istifadə edilən reklam da insanlara müxtəlif nəqliyyat vasitələri, onların müvafiq əlverişliliyi haqqında informasiya təbliğatı aparılır.
İnfrastrukturların təsnifatına dair son ədəbiyyatlara (4, səh.115) regional infrastruktur da salınır. Regional infrastruktur iqtisadi-təşkilati sistem olub, bazar konyukturlarının dəyişikliklərinə adaptasiya qabiliyyətinə malik olan kompleks ərazilərə xidmət edir. Daxili və region daxili çərçivədə əmtəələrin, xammal, əmək, maliyyə, investisiya, informasiya resurslarını azad surətdə təmin edir.
Regional infrastrukturun əsas funksiyası normal istehsal prosesini və onun amillərini (istehsal vasitələri, iş qüvvəsi, maliyyə-kredit və təbii resurslar ilə) təmin etməkdir.
Regional infrastrukturlar çox vaxt kortəbii xarakter daşıyır və regionlar üzrə qeyri-bərabər yerləşir. Bu da ən çox onun qanunvericilik bazalarının olmaması ilə, ölkənin müəyyən rayonlarında böhran hadisəsinin olması, regional inteqrasiya təkrar istehsal sisteminin zəif olması ilə izah edilir.
Regional infrastruktur forması ən çox ərazi sahəsi və inzibati iqtisadi rayon bölmələri geniş olan ölkələrə xasdır.
Müasir dünyamızda beynəlxalq inteqrasiyaya qoşulmaqla milli iqtisadiyyatı daha intensiv inkişaf etdirmək obyektiv zərurətdən irəli gəlir. Bu işdə azad iqtisadi zonalar da mühüm əhəmiyyət kəsb edir. Xüsusi azad iqtisadi zonalar da bir bazar infrastrukturu kimi sivilizasiyalı bazar iqtisadiyyatı şəraitində mühüm spesifik rola malikdir. Bu zonalar bir neçə tipdə fəaliyyət göstərirlər. Məsələn, azad ticarət zonaları, azad istehsal zonaları, azad ixrac-istehsal zonaları, azad bank zonaları, azad-açıq iqtisadi şəhər, azad elmi-texniki zonalar, azad liman zonalar və s. Son məlumatlara görə, dünyada 700-ə qədər azad iqtisadi zona fəaliyyət göstərir. Azad, sərbəst iqtisadi zonaların yaradılması hər bir müstəqil dövlətin xarici siyasətinin tərkib hissəsidir. Belə zonalar sərbəst surətdə xarici ölkələrin üzünə açılır. Məqsəd xarici ölkələrin maliyyə imkanlarından, qabaqcıl texnika və texnologiyasından istifadə edərək və bu vasitə ilə yüksək xeyir götürərək öz ölkəsinin iqtisadiyyatını inkişaf etdirməkdir.
Azad iqtisadi zonaların fəaliyyət göstərməsi həm bir tərəfdən qabaqcıl xarici firmalarla, şirkətlərlə, kommersantlarla əməli istehsal, ticarət əməkdaşlığı, elmi-texniki və digər sahələrdə intensiv mübadilələr yaranır və həm də azad zona ölkələrinə, xaricinə çox fayda gətirir.
Ümumiyyətlə, iqtisadi inkişaf səviyyələrindən asılı olmayaraq dövlətlər azad iqtisadi zonalr yaratmağa cən atırlar və bundan çox xeyir götürürlər. Bu zaman hər bir dövlət bu və ya digər zonanın milli iqtisadiyyatının inkişafında rolunu və başqa amilləri nəzərə alaraq müəyyən məhdud əraziləri sərbəst iqtisadi zona elan edir. Burada fəaliyyət göstərmək istəyən xarici və milli sahibkarlar, biznesmenlər, kommersantlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Belə güzəştlər daxili və xarici kapitalın azad iqtisadi zonaya axınına stimul faydalılığı tam təmin olunduqda baş tutur.
Təcrübə göstərir ki, inkişaf etməkdə olan ölkələr öz məkanlarında azad iqtisadi zonalar yaratmaq yolu ilə tərəqqilərinə güclü təkan vermiş olurlar. Azad iqtisadi zonaları təşkil edən milli dövlətlər iqtisadiyyatlarının inkişafına, əmək məhsuldarlığının daim yüksəlməsinə, əhalinin rifahının artırılmasına əlverişli şərait yaratmaq işinə təkan vermiş olurlar.
Beləliklə, azad iqtisadi zonaya aşağıdakı tərifi vermək olar: mövcud ölkənin ümumi mənafeyi nəminə milli və xarici sahibkarların, biznesmenlərin, kommersantların güzəştli iqtisadi şərtlərlə fəaliyyət göstərdikləri nəzərdə tutulmuş məhdud ərazi hissəsi azad iqtisadi zonadır.
Bazar infrastrukturlarının təsnifatında göstərilən digər komponentlərin də, şübhəsiz, bazar iqtisadiyyatının təkamülü üçün əhəmiyyəti və rolu çoxdur. Bütün bunları birləşdirən əsas cəhət odur ki, onlar bazar sisteminin normal fəaliyyətinin təmin olunmasına xidmət edirlər.
Göründüyü kimi, bazar infrastrukturları kompleksi sivilizasiyalı bazar iqtisadiyyatının mahiyyətinin açıqlanmasında mühüm əhəmiyyət kəsb edir.

Yüklə 94,41 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin