www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
382
382
millilik tərəfdarlarının qalib çıxmasında ictimai şüurun hansı
istiqamətdə – imperiya təfəkkürünə, yoxsa milli şüura doğru
inkişaf etməsindən çox şey asılı olacaqdır.
Çağdaş dövrdə demokratiya və milli şüur.
Kommunizm (sosializm) ideyasından fərqli olaraq demo-
kratiyaya münasibətdə keçmiş SSRİ xalqlarının, o cümlədən
Azərbaycan xalqının yeni nəsli ilə sovet nəsli arasında çox
ziddiyyətlər var. Yeni nəsil demokratiyaya çox meyil etdiyi
halda, sovet nəslinin böyük əksəriyyəti onu qəbul etmir,
yaxud da etmək istəmir. Şübhəsiz, bunlar ilk növbədə ictimai
şüurla, ictimai psixologiya ilə bağlıdır. Başqa sözlə, ictimai
şüurun səviyyəsindən asılı olaraq demokratiyaya münasibət
birmənalı deyildir. Məsələn, sovet nəslinin əksəriyyətinin
demokratiyaya antisimpatiyası əvəzində «rus kommunizm»inə
müsbət münasibətinin əsasında sovet dövrü və şəraiti, sovet
ideologiyası dayanır. Bu, başqa cür də ola bilməz.
Xüsusilə, sovet nəslinin böyük bir qisminin
kommunizm dedikdə, marksizm banilərinin kommunizminə
deyil, «rus kommunizmi»nə tapınmaları ideyaya bağlılıqdan
daha çox, dövrün reallıqları və gerçəklikləri ilə bağlıdır. Bu,
artıq ideyaya olan könüllü sevginin təzahürü ola bilməz.
Burada zorakılıq və həmin zorakılığın «sevgiyə» çevrilməsi
prosesi açıq şəkildə özünü büruzə verir. Bunun da nəticəsidir
ki, sovet nəslinin xeyli qismi faktiki olaraq «rus kommun-
izmi»ni unuda bilmir, unuda bilmədiyi üçün də demokratiyaya
kapitalizmin ünsürü kimi yanaşır. Onların fikrincə,
demokratiya anarxiya, özbaşınalıq deməkdir. Bütün bunlar
sovet nəslinin əksəriyyəti üçün yalnız mənfi amillərdir.
Ancaq yeni nəslin, yəni sovet mühiti ilə ya çox az
bağlı olanlar, ya da ümumiyyətlə bağlı olmayanların
|