Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə22/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Ehtiyatlılıq – qeyri-müəyyən şəraitdə qiymətləndirmə zamanı aktiv- lərin və gəlirlərin artırılmasının, öhdəlik və xərclərin azalmamasının təmin olunması məqsədilə diqqətli yanaşmanın tətbiqidir. Əksər hallarda bu, o deməkdir ki, qeyri-müəyyən şəraitdə aktiv və gəlirin mümkün dəyərlərindən ən aşağı, öhdəlik və xərcin isə ən yüksək qiyməti istifadə edilməlidir.
Maliyyə hesabatında təqdim olunan informasiyanın etibarlı olması üçün bu informasiya, onun əhəmiyyətliliyi və ona çəkilən xərclər nəzərə alınmaqla, tam dolğun olmalıdır.
İstifadəçilər üçün maliyyə hesabatı arasında oxşarlığı və fərqliliyi müəyyən etmək və qiymətləndirmək imkanını yaradan informasiya müqa- yisəli hesab olunur.
Müqayisə olunan informasiyanın ən mühüm xüsusiyyətlərindən birisi ardıcıllıqdır. İnformasiyanın ardıcıllığı müəssisə tərəfindən bütün dövrlər ərzində oxşar hadisələr üçün eyni uçot metodunun tətbiq edildiyini bildirir. Lakin ardıcıllıq prinsipinin tətbiq edilməsi maliyyə hesabatlarının etibar- lığını, münasibliyini və anlaşılmasını təkmilləşdirmək üçün uçot siyasətində dəyişiklilklərin edilməsinə mane yaratmamalıdır.
Maliyyə hesabatında təqdim olunan informasiyanın mahiyyəti istifa- dəçilər tərəfindən anlaşılmalıdır. Eyni zamanda istifadəçilər kommersiya fəaliyyəti və mühasibat uçotu haqqında zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qədər dərindən öyrənməyə hazır olmalıdırlar. Maliyyə hesabatının elementlərinə aşağıdakılar aiddir:
  • Aktivlər;


  • Öhdəliklər;
  • Kapital;


  • Aktivlərdə təcəssüm olunmuş gələcək iqtisadi səmərə;




Aktiv dedikdə, keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən ehtiyatlar (resurslar) başa düşülür.
Öhdəlik –müəssisənin keçmiş hadisələrdən yaranmış və iqtisadi sə- mərəni əmələ gətirən ehtiyatların (resursların) müəssisədən kənara axını ilə nəticələnən mövcud borcu deməkdir.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin