Assamblyaj – fransız sözü olub, birləĢdirmək, yığmaq mənasını
verir. Müxtəlif sahə, rayon və mikrorayonlarda becərilmiĢ üzüm-
lüklərdən alınan eyni sort Ģərab materiallarının bircinsli partiyalar
almaq məqsədilə çox böyük həcmdə qarıĢdırılmasıdır. Bu əməliy-
yat adətən Ģampan istehsalında, Ģampan Ģərab materiallarının
birinci köçürülməsindən sonra yerinə yetirilir.
Kupaj – kondisiyaya uyğun məhsul almaq məqsədilə müxtəlif
Ģərab materiallarının və digər komponentlərin müəyyən nisbətlərdə
qarıĢdırılmasıdır. Kupajda müxtəlif rayon, mikrorayonda becəril-
miĢ müxtəlif üzüm sortlarından alınmıĢ müxtəlif ilin məhsulundan
olan Ģərab materialları qarıĢdırılır. Bu zaman turĢ, tündləĢdirilmiĢ,
ağ və qırmızı Ģərab materialları, həmçinin spirt, vakuum Ģirəsi,
bəhməz və s. kimi əlavə materiallardan istifadə olunur.
Kupaj bir sıra məqsədlər üçün həyata keçirilir. Bunlara Ģərab
materiallarının dad və buket keyfiyyətinin yüksəldilməsi; dad,
buket və rənginə görə bircinsli Ģərablar alınması; tərkibin bu və ya
digər göstəricilərinə, yaxud fiziki xassələrinə görə lazımi kondisi-
yanın təmin olunması; Ģərabın çatıĢmazlığının düzəldilməsi; Ģəra-
bın cavanlaĢdırılması; xəstə və nöqsanlı Ģərabların düzəldilməsi
~ 238 ~
aiddir.
Kupaj aparmazdan əvvəl istifadə olunacaq materialların tərkib
və xassələri öyrənilir. Bu məqsədlə onlar dequstasiya, kimyəvi və
mikrobioloji yolla təhlil olunur. Tərkib göstəriciləri məlum
olduqdan sonra az həcmdə nümunəvi kupaj aparılır. Bu məqsədlə
həcmi 1 litr olan ĢüĢə slindrə əvvəlcədən müəyyən olunmuĢ
nisbətlərdə kupaj materialları əlavə olunur. Sonra slindr tıxacla
bağlanıb, möhkəm qarıĢdırılır və dequstasiya olunur. YaxĢı olar ki,
nümunəvi kupaj təkrar olunub, bir neçə gün saxlansın və ikinci
dəfə dequstasiya olunaraq kupaj haqqında dəqiq fikrə gəlinsin.
Əgər nümunəvi kupaj özünü doğruldarsa, Ģərab həmin nisbətlərdə,
lakin böyük həcmdə qarıĢdırılır.
Bu məqsədlə xüsusi iri rezervuarlardan istifadə olunur. Həmin
rezervuarlar qarıĢdırıcılarla təchiz olunmuĢlar. Möhkəm qarıĢdırıl-
dıqdan sonra kupajdan analiz üçün orta nümunə götürülür.
Əgər analizin və dequstasiyanın nəticəsi nümunəvi kupajın
tərkibinə və hesabatdakı göstəricilərə uyğun gələrsə, kupaj qurtar-
mıĢ hesab olunur.
Kupajdan sonra Ģərabda fiziki-kimyəvi tarazlıq pozulur və
bulanıqlıq yaranır. Ona görə də Ģərab yenidən yapıĢqan maddələri
ilə iĢlənir və süzülür.
Dostları ilə paylaş: |