On ikinci fəsil
ŞƏRABIN BUTULKALARA DOLDURULMASI
12.1.
Şərab butulkaları
―Maye üçün nazik boğazlı qabın‖ – sələfləri arasında həm gil
amforlar, həm mis küplər və həmdə ağac qablar vardır. Lakin
bütün bunlar olduqca ağır, kobud və kifayət qədər funksional
deyillər. Ġnsan ĢüĢə tökməyi öyrənən kimi ondan hazırladığı ilk
materiallardan biri heç də butulka olmamıĢdı. Tarixçi və arxeo-
loqların məlumatlarına görə butulka istehsalına VI əsrdə Yaxın
ġərqdə və ġimali Afrikada baĢlanılmıĢdır. Nəql etməni asanlaĢdır-
maq üçün ona kəmər üçün xüsusi qulaqcıqlar qoyurdular.
ġərab butulkasının müasir forması 1630-cu ildə britaniyalı
Kenelma Diqbi tərəfindən verilmiĢdir. Müəyyən vaxtdan sonra
butulka qəhvəyi, yaxud tünd-yaĢıl rəngli qalın ĢüĢədən tökülməyə
baĢladı və ona dairəvi forma və batıq dib Ģəkli verildi. Buna qədər
isə butulka zərif ĢüĢədən hazırlanırdı və tez qırılmasına görə ondan
yalnız Ģərabı zirzəmidən stola gətirmək üçün istifadə olunurdu.
Rusiyada ĢüĢənin zavod istehsalına 1635-ci ildə baĢlanılmıĢdı.
Təqribən həmin dövrdə ĢüĢə qabların da istehsalına baĢlanıldı.
Mayenin ölçülməsinin metrik və çəki sistemi qəbul olunanadək
Rusiyada 2 növ butulka tətbiq olunurdu: ölçü yaxud Ģərab (1/16
vedrə, yaxud yarım Ģtaf) və ticarət (1/12 vedrə) üçün.
Hazırda butulka ĢüĢə istehsalının daha kütləvi növü hesab
olunur. Daha yüksək keyfiyyətli və quruluĢca mürəkkəb nümunələr
minimum avtomatlaĢma səviyyəli böyük olmayan fabriklərdə
tökülür. Alkoqol sənayesinin yüksək keyfiyyətli butulka istehsalı
üzrə liderləri Fransa, Ġtaliya, Belçika, Çexiya, Ġsveçrə, Finlandiya
və bir sıra digər ölkələrdir. ġərab butulkaları formasına, rənginə,
tutumuna görə çox fərqlidir. Bordo, burqund, elzas, provans və
Ģampan butulkaları artıq klassikləĢmiĢlər. Bundan baĢqa tokay,
portveyn, vermut və baĢqa Ģərablar üçün də butulkalar mövcuddur
(cədvəl 12.1).
~ 249 ~
Cədvəl 12.1
Dünyanın əsas Ģərab butulkaları və onların tutumu (litrlə)
Dostları ilə paylaş: |