İsladıb yumşaldan və şprisləyən maşınlar. Əvvəlkilərdən
fərqli olaraq, islatma vannasına malikdir. Butulka daxili Ģprisləmə-
dən və xarici çilənmədən əvvəl islatma vannasından keçir. Bu
maĢınlar çox yüksək məhsuldarlığa malik olur. Çünki, onlarda
yüklənmə və boĢaltma əməliyyatları demək olar ki, avtomatlaĢ-
dırılmıĢdır. Lakin bu maĢınların yarımavtomat iĢləyən formaları da
vardır.
Belə maĢınlardan AM2E-3M, AME-6, AMM-6, QAB-61, M-6,
MB və baĢqaları, həmçinin «seitz» firmasının buraxdığı bir sıra
markaları göstərmək olar. YaxĢı yuma əldə etmək üçün yuyucu
maĢınlar xüsusi etiket çıxaran qurğu ilə təchiz olunur. Bu zaman
çıxan etiket vannanın dibinə yığılır. Butulkalar yuyulduqdan sonra
sterilizatorlarda kükürd qazı ilə dezinfeksiya olunur. Nəticədə
bütün mikroorqanizmlər məhv edilmiĢ olur.
Ġstifadə olunan butulkalar termiki və kimyəvi baxımdan davamlı
olmalıdır.
Termiki davamlılığı yoxlamaq üçün temperaturu 15
0
C olan
butulka ağzı aĢağı olmaqla, 60
0
C-yə qədər qızdırılmıĢ suya salınır
və 5 dəqiqə saxlanır. Sonra butulka 10 saniyə müddətində tempe-
~ 255 ~
raturu 27
0
C olan suya keçirilir. Bu zaman qırılan butulkaların
miqdarı ümumi miqdarın 2%-ni keçməzsə, o, termiki davamlı
sayılır.
Kimyəvi davamlılığı yoxlamaq məqsədilə destillə edilmiĢ
qaynar su ilə möhkəm yuyulmuĢ və soyuq su ilə 3 dəfə yaxalanmıĢ
butulkaya həcminin ¾ hissəsi qədər tərkibində 5 damla 0,2%-li
metilen qırmızısının spirtli məhlulu və 1 ml 0,1 N xlorid turĢusu
olan su məhlulu doldurulur. Sonra 30 dəqiqə su hamamında
qızdırılır. Əgər məhlul rəngsizləĢərsə onun üzərinə təkrarən 5
damla metilen qırmızısı əlavə olunur. Əgər qızdırıldıqdan sonra
məhlulun rəngi çəhrayı qalarsa, butulka kimyəvi davamlı hesab
olunur. Sarı, yaxud narıncı rəngin yaranması butulkanın kimyəvi
baxımdan kifayət qədər davamlı olmadığını göstərir.
Dostları ilə paylaş: |