12.3.
Şərabın
butulkalara
doldurulması
12.3.1. Doldurucu avtomatlar
ġərabı butulkalara doldurarkən yerinə yetiriləsi ən vacib
texnoloji proseslərdən biri onun hava ilə təmasını minimuma
endirməkdir. Doldurmaq üçün müxtəlif doldurucu avtomat və
üsullardan istifadə olunur. Doldurma prosesinin getdiyi Ģəraitdən
asılı olaraq, doldurucu avtomatları aĢağıdakı qruplara bölmək olar.
Qravitasiya (cazibə) metodu ilə iĢləyənlər onunla xarakterizə
olunurlar ki, məhlulun paylayıcı rezervuardan doldurucu qurğuya,
oradan isə butulkaya axımı atmosfer təzyiqi Ģəraitində öz axımı ilə
baĢ verir. Bu zaman təzyiq yalnız cazibə qüvvəsindən, onun
böyüklüyü isə məhlulun hidrostatik yüksəkliyi ilə müəyyən olunur.
Belə Ģəraitdə asan uçucu komponentləri olmayan sakit Ģərablar
doldurulur. Bu cür avtomatlardan 10M, 19M, VAR-6, AR, VRD
və baĢqa markalar geniĢ yayılmıĢlar.
Dostları ilə paylaş: |