12.2. Butulkal
arın yuyulması və yoxlanması
ġərab doldurulmazdan əvvəl butulkanın yuyulması vacib
texnoloji proseslərdəndir. ġərabın keyfiyyətini saxlamaq üçün
butulkanın lazımi mikrobioloji təmizlikdə olması mühüm Ģərtdir.
ĠĢlənmiĢ butulkada qalan tıxac izi, ləkələr, süzücü materialın
qırıntıları hazır məhsulun çıxdaĢ edilməsinə səbəb olur.
Bioloji baxımdan davamsız təbii Ģərablar, mikroorqanizmlərin
iĢtirakı ilə qıcqırır və bulanır. Ona görə də boĢ butulkalar müxtəlif
vasitələrlə sterilizə olunur. Butulkaların yuyulmasının səmərəliliyi,
yuma üsulundan və texnoloji rejimdən, butulkaların çirklənmə
səviyyəsindən təzə və ya iĢlənmiĢ olmasından asılıdır.
Ġstehsala təzə butulkalar itkilərin yerini doldurmaq və həmçinin
məhsul buraxılıĢını artırmaq məqsədilə daxil edilir. ġampan
zavodlarında əsasən yüksək davamlı, təzə və az miqdarda 0,4 litrlik
iĢlənmiĢ butulkalardan istifadə olunur. Təzə butulkalar iĢlənmiĢlərə
nisbətən az çirklənmiĢ olur. Lakin bununla belə, onların daxili
səthində çox vaxt yapıĢıb qalmıĢ ĢüĢə və ĢüĢə tozu rast gəlinir ki,
onları adi vasitə və üsullarla təmizləmək olmur. Belə butulkaya
doldurulmuĢ Ģərabda (xüsusilə Ģampanda) nəzarət saxlanmasından
sonra ĢüĢə qırıntıları tapılaraq həmin məhsulun çıxdaĢ olunmasına
gətirib çıxarır.
Peyno üç zavoda buraxılmıĢ butulka partiyasından (400 ədəd)
istifadə edərək tədqiqat aparmıĢ və müəyyən etmiĢdir ki, onların
30-40%-i çirklənmiĢ butulkalardır. Peyno təzə butulkalarda ĢüĢə
qırıntıları da olduğunu müəyyən etmiĢ və istehsal olunduğu yerdən
asılı olaraq 39-60% arasında belə çirklənmə qeyd etmiĢdir.Qeyd
olunanları nəzərə alaraq təzə butulkaların da xüsusi təmizlən-
məsinə nail olunmalıdır.
ġərabçılıq sənayesində istifadə olunan butulkaların xeyli hissəsi
ticarət təĢkilatlarından qayıdan iĢlənmiĢ butulkalardır. Belə
butulkalar isə həm daxildən, həm də xaricdən çirkli olmaqla,
yuyulmadan əvvəl çirklənmə səviyyəsinə görə sortlaĢdırılır. Bitki,
yaxud mineral yağlar, kerosin, sintetik maddələr və s. ilə
çirklənmiĢ butulkalar – çox çirkli qablar kimi qruplaĢdırılır. Belə
~ 253 ~
butulkaların yuyulması olduqca çətin olub, çox vaxt onlar çıxdaĢ
edilirlər.
Normal çirklənmiĢ qabların daxili səthində tərkibinə Ģəkər,
ekstrakt maddələri və üzvü turĢular daxil olan quru Ģərab qalığı
ləkə yaratmıĢ olur. Butulkanın xarici səthində saxlanma və daĢın-
ma Ģəraitindən asılı olaraq toz, ümumi xarakterli çirklənmədən
əlavə, yapıĢqanlanmamıĢ etiket, tıxaca geydirilmiĢ məftil qalığı,
yapıĢqan və s. təsadüf olunur.
Butulkanın çirklənmə səviyyəsindən asılı olaraq, yuma üsulu və
yuyulma prosesinin texnoloji parametrləri seçilir. Belə ki, toz
Ģəklində az çirkə malik təzə qablar üçün, yuyulma daxildən
hidravlik Ģprisləmə və xaricdən yaxalama ilə məhdudlaĢdırılır.
Normal dərəcəli çirklənmiĢ qablarda Ģprisləməyə qədər, daxildəki
quru maddələrin qalığı həll edilməli, xarici səth sabunla
yuyulmalıdır.
Çox çirkli qablar, güclü təsiredici yuyucu vasitələr, bəzən isə
mexaniki təsirlərlə (fırça ilə) yuyulur. Ümumiyyətlə, yuma
üsullarını iki qrupa bölmək olar:
Mexaniki üsul - isti suyun yuyucu və həlledici xassələrinə
əsaslanıb, təzyiq altında, fırça ilə birlikdə iĢləməklə yuyulmadır.
Az məhsuldarlıq (saatda 600 butulka) tələb olunan yerlərdə
əlveriĢlidir.
QarıĢıq üsul - yüksək məhsuldarlıq təmin etmək üçün mexaniki
təsirlərə müxtəlif (məhsulların) kimyəvi və fiziki-kimyəvi təsirlər
əlavə
olunur.
Bu
təmizlənmənin
mexaniki
səmərəsini
yüksəltməklə, mikroorqanizmləri məhv edir.
Butulkaları yumaq üçün müəyyən temperatura qədər qızdırılmıĢ
qələvi məhlulundan, turĢu və müxtəlif sintetik maddələrdən
istifadə olunur. Məhlulla iĢlədikdən sonra, təmiz su ilə yuyulma
aparılır. Yuyucu vasitələr, yuyulma prosesini tezləĢdirir və hətta
bəzi məhlullar dezinfeksiyaedici təsirə malik olur.
ġərabçılıq sənayesində natrium və kalsium sodası daha geniĢ
yayılmıĢdır. Onlardan hazırlanan yuyucu məhlulların qatılığı 1,5-
3% arasında dəyiĢir. ġərab butulkalarını 2%-li xlorid və 5%-li
sulfat turĢusu məhlulları ilə yuduqda nəticə olduqca səmərəli olur.
~ 254 ~
Yeyinti sənayesində sintetik, səthi fəal maddələrdən də istifadə
olunur. Bu yuyucular, ayrıca və yaxud natrium sodası məhluluna
əlavə kimi tətbiq oluna bilər. Sonuncu üsul, mövcud maĢınlarda
iĢlənmiĢ butulkaların yuyulma müddətini qısaltmaqla, maya
dəyərini aĢağı salmıĢ olur.
Butulka yuyan maĢınları prosesdən asılı olaraq iki qrupa
bölürlər: Ģprisləmə ilə yuyan maĢınlar; isladıb yumĢaldan və
sprisləmə ilə yuyan maĢınlar.
Dostları ilə paylaş: |