12.4. Butulka
üçün
tıxaclar
Tənqidlərə baxmayaraq təbii (natural) tıxaclar Ģərabın
bağlanmasında ən yaxĢı vasitə olmaqdadır. Malik olduğu üstünlük
onun çatıĢmazlığını xeyli üstələməsidir. Əvvəla o, elastikidir,
butulkanın boğazındakı istənilən qeyri bərabərliyə uyğunlaĢır və
mayeni axmağa qoymur. Onun daxili hissəsində gərginlik o
dərəcədə böyükdür ki, hətta tıxacdan butulkaya hava daxil ola
bilmir. Digər tərəfdən tıxac butulkanı tıxac-qalpaq yaxud mantar-
tıxac kimi hermetik bağlaya bilmir. Məsamələrdən butulka və hava
arasında mimumum hava mübadiləsi baĢ verir.
Natural tıxac xırda qapalı məsamələrdən ibarət olub, hava
arakəsməsi kimi açılıb – yığılandır. Bioloji nöqteyi-nəzərdən
söhbət ağacın məhv olmuĢ məsamələrindən gedir. Qabıq üzlükdən
(ağac mumu), sellüloza və suberindən ibarətdir. Suberin özü tıxac
substansiyası olub, yağ sırası turĢuları və mürəkkəb efirlər üçün
keçilməzdir. Məsamələr yalnız uzun müddət ərzində daxilə cüzi
miqdarda hava buraxa bilir və nə qədər ki, onlar öz tamlığını
saxlayır (bu isə ən azı 20-il deməkdir) bu müddətdə daxilə hava
keçmir. Sonra onlar tədricən parçalnır. Ona görə də ciddi
istehsalçılar 25 ildən sonra köhnə Ģərab butulkalarında tıxacları
dəyiĢir və oraya tələb olunan miqdarda Ģərab əlavə edirlər.
Tıxacın hazırlanması üçün mantar palıdından istifadə olunur
(Ģəkil 12.4). O, yalnız Aralıq dənizi ölkələrində bitir və digər
ağaclardan daha qalın tıxac qabığına malik olur.
~ 265 ~
Şəkil 12.4. Portuqaliyada tıxac palıdından mantar tədarükü
Cavan 20 illik ağaclar təqribən 15 kq, 50 illik ağaclar isə 45 kq
tıxac verir. Tıxac təmizlənir və 6 aydan 24 aya qədər sakit saxlanır.
Sonra onu qaynar suda biĢirərək dezinfeksiya edir və taninləri
yuyurlar. Yalnız bundan sonra ondan butulka tıxacı kəsirlər.
Mantar tıxacların müasir sənaye istehsalı Ġspaniya Kataloniya-
sında meydana gəlmiĢdir. Hazırda dünya üzrə əsas istehsalçı
Portuqaliyadır. Bu ölkədə tıxac palıdı plantasiyası altında 670 min
hektar torpaq sahəsi vardır. Mantar tıxaclar həmçinin Ġspaniya (480
min ha.), Əlcəzair (394 min ha.), Marokko (325 min ha.), Fransa
(96800 ha), Tunis (94600 ha), Ġtaliya (95800 ha), ABġ və
Yaponiyada istehsal olunur.
Əkiləndən yalnız 15 il sonra palıddan ilk mantar kəsilir. Lakin
ilk kəsim tıxac istehsalı üçün yararlı olmur. Yalnız növbəti qat
istifadə üçün yararlı olur ki, onun da yetiĢməsi 9 il davam edir.
Mantar palıdı orta hesabla 170 il yaĢayır və köhnəldikcə daha
keyfiyyətli xammal verir. Mantar tıxacın keyfiyyəti Ģərab
istehsalında çox vacib əhəmiyyətə malikdir. Xüsusi maĢınlar
tıxacları vahid səthə düĢən məsamələrin sayına görə qruplara ayırır
və baĢdan- baĢa açıq məsaməli olanları çıxdaĢ edir. Daha yüksək
~ 266 ~
keyfiyyətli tıxaclar təbii adlandırılır və dünyanın ən yaxĢı Ģərabları
üçün istifadə olunur (Ģəkil 12.5). Qalan tıxaclar tıxac tozu ilə
iĢlənir.
Mantar tıxaclar istehsalı kifayət qədər uzun prosesdir.
Ağaclardan mantarı iyul-avqustda kəsir və qurutmaq üçün 6-7 ay
saxlayırlar. Sonra mütəxəsislər tıxac üçün yararlı mantarı ayırır və
onu 1 saat müddətində biĢirirlər. BiĢmiĢ mantarı tıxac hazırlayan
çarxlara verirlər. SortlaĢdırır, yuyur, və dezinfeksiya edirlər,
tıxaclar doldurmadan əvvəl qaynar suya batırılır, Ģərabda spirtdə,
yaxud konyakda yuyulur. Butulka bağlandıqdan sonra elə yığılır
ki, (yanı üstə) Ģərab tıxacın bütün daxili hissəsini örtsün. Butulka
belə vəziyyətdə illərlə saxlana bilər. Tıxacla Ģərabın qarĢılıqlı
~ 267 ~
təsirindən çox Ģey asılıdır. Əgər tıxac tutqunlĢır, quruyur və
xallarla örtülürsə deməli Ģərabı daha saxlamaq və xüsusilə də
içmək olmaz.
Natural tıxacların çatıĢmazlığı onların baha və qüsurlu ola
bilməsindədir. Ġkinci halda tıxaclar Ģərabın iyini, çox hallarda isə
dadını pisləĢdirir. Ġctimai iaĢə müəssələrində qonaqlar belə
Ģərablardan imtina edə bilərlər. ġərab ticarətçiləri isə ―xəstə‖ Ģərabı
qutuda 3 və daha çox butulka bu vəziyyətdə olmadığı halda dəyiĢə
bilmirlər. Hazırda 5% tıxacın qüsurlu olmasına yol verilir. Təəssüf
ki, belə qüsurlar xaricdən bilinmir. ġərabın iyi dəyiĢir və acı-
çürümüĢ iy meyvə ətrini üstələyir. Tıxacın aĢağı hissəsindən həmin
iy Ģəraba keçir. ġərabçı tıxac qüsuruna qarĢı demək olar ki,
gücsüzdür.
Tıxac dadının meydana gəlməsinə səbəb Armillaria mellea
göbələyidir. Bu mantar tıxacı ağacında əmələ gələrək məsamələri
dağıdır. Lakin müasir tədqiqatlarla müəyyən olunmuĢdur ki, xoĢa
gəlməz iyin səbəbi, həmçinin Ģərab zirzəmilərində olan göbələklər
və baktyeriyalardır. Onlar artıq bağlanmıĢ və yetiĢməyən Ģərabları
yoluxdura bilir.
Tıxacların ən yaxĢısı və dəyərlisi bütöv tıxaclardır. Onlar daha
yüksək elastiklik və uzun ömürlülük təminatı verir. Çox saylı xırda
hissəciklərdən yapıĢdırılmıĢ yaxud qalıqlardan sıxılaraq yığılmıĢ
tıxaclar bərk olur və sadə Ģərablar üçün istifadə olunur (Ģampan
Ģərabları istisna olunmaqla).
Butulkalarda Ģərab istehsalının ilbəil artması ilə əlaqədar olaraq
istifadə olunan palıd tıxacı tükənmək üzrədir. Bu ona gətirib çıxarır
ki, tıxac istehsalçıları pis, yaxud da aĢağı keyfiyyətli mantarı ciddi
sortlaĢdırmırlar. Nəticədə ―xəstə‖ tıxacların və buna uyğun olaraq
Ģərabların miqdarı yüksəlmiĢ olur.
Təbii tıxac dənəvərlərinin xüsusi yapıĢqanla yapıĢqanlanma-
sından hazırlanan ―aqlomerirovanlaĢdırılmıĢ‖ tıxaclar da vardır.
Dünyada istehsal olunan Ģərabların 3%-dən çoxu tıxacla bağlı
meydana çıxan problemlərlə əlaqədar olaraq çıxdaĢ edilir. Elit
Ģərabların bağlanması üçün olan tıxaclar aqlomerirovanlaĢdırıl-
mıĢdan 5 dəfə artıq qiymətə baĢa gəlir və lazım olan keyfiyyəti
~ 268 ~
təmin edə bilmir. Ona görə də (xüsusilə də 20 ABġ dolları
dəyərində olan Ģərablar üçün), yüksək texnoloji materiallardan
hazırlanan süni tıxaclar daha çox tətbiq olunur. Onlar bir sıra
Ģübhə doğurmayan rəqabət üstünlüklərinə malik olub (axıtmır,
qurumur, Ģəraba kənar iy vermir, qəlpələnmir), Avstraliya, ÇAR,
Bolqarıstan, Çili və bir çox digər ölkələrdə istifadə olunur. 2000-ci
ildə nüfuzlu Wine Spectaror jurnalının ənənəvi sorğusunda iĢtirak
edənlər- mantar tıxacdan sintetikə keçmək lazımdırmı? sualını
cavablandıran zaman- onların səsi təcrübi olaraq 2 yerə
bölünmüĢdü. Sintetik tıxacların artan populyarlığı göz qabağın-
dadır. Bunu bir çox faktlar təsdiq edir. Belə ki, dünyanın məĢhur
Ģirkətlərindən olan Supreme Corq 2001-ci ildə müxtəlif ölkələrin
600 Ģərab zavodu üçün 100 mln, Amerikanın Neocorq
Technologies Ģirkəti - ABġ müĢtəriləri üçün 100 mln, Numorock
isə - xarici tərəfdaĢlarına 400 mln-dən çox sintetik tıxac istehsal
etmiĢdir. Bəzi məlumatlara görə ABġ-da buraxılan Ģərabların
təqribən 8 %-i, digər Ģərab istehsalçı ölkələrdə isə 4 %-i sintetik
tıxaclarladır.
Hazırda yüksək təzyiqli polietilendən və digər polimer
materiallarından hazırlanan tıxaclar geniĢ yayılmıĢlar.
Ordinar Ģərabları və tiraj qarıĢığı doldurulmuĢ Ģampan
butulkasını hermetik altlıq və metal qalpaqdan ibarət olan tıxacla
bağlamağa icazə verilir. Altlıq material kimi mantar tıxacdan,
yaxud polimer materialından və altlıqlı metal qalpaqdan ibarət
tıxacdan istifadə olunur. Ġstifadə etməzdən əvvəl, onları su ilə
yuyur, 0,5 faizli sulfit turĢusu ilə dezinfikeksiya edirlər. Markalı
Ģərablar ağac və polietilen tıxaclarla, metal qalpaqlarla bağlanır.
Ordinar Ģərablar ağac və polietilen tıxaclarla, «Alka» tipli
alüminium qalpaqla bağlanır. Ordinar tünd və ətirləĢdirilmiĢ
Ģərabları mantar-tıxaclarla bağlamağa icazə verilir (Ģəkil 12.6).
~ 269 ~
Dostları ilə paylaş: |