Vakuum doldurma metodunda 2 variantdan istifadə olunur.
Birinci halda vakuum yalnız butulkada yaradıldığından məhlulun
axımı paylayıcı çəndəki (atmosfer) və butulkadakı (vakuum)
təzyiqlər fərqinin təsiri altında baĢ verir.
Ġkinci variantda məhlulun axımı həm butulkada, həm də
paylayıcı çəndə vakuum yaradıldığından qravitasiya (cazibə)
qüvvəsinin təsiri altında (öz axımı ilə) baĢ verir.
Vakuum doldurma üsulunun üstünlükləri çox olub, xaricdə
geniĢ tətbiq sahəsi tapmıĢdır. Bu üsulla dolduran maĢınlarda
butulkanın məhlula doldurulma sürəti yüksək olub, məhlulun
sərfini nizamlamaq, butulkada vakuumun səviyyəsini ölçmək
mümkündür. Vakuum doldurma maĢınlarına misal olaraq VRK-2
avtomatını göstərmək olar.
Butulka dolduran maĢınlar iki böyük qrupa bölünür:
1)
həcmə görə dolduran maĢınlar;
2)
səviyyəyə görə dolduran maĢınlar.
Həcmə görə doldurma aparıldıqda məhlul butulkaya ciddi
müəyyən olunmuĢ həcmdə doldurulur. Bu məqsədlə həcmi
müəyyənləĢdirən qurğudan (mernikdən) istifadə olunur.
Həcmə görə doldurmadan bərk, yarımbərk, plastmas qabların,
plastik paket və metal qutuların doldurulmasında istifadə oluna
bilər. Həcmə görə doldurmada nominal göstəricilərdən (20
0
C
temperaturda) aĢağıdakı kənara çıxmalara (fərqə) icazə verilir:
Butulkanın
həcmi, litr
Fərq, ml
butulkanın
həcmi, litr
fərq, ml
0,75; 0,75
±6
0,375
±3
1,0; 0,8
±5
0,2
±2
0,5
±4
0,1
±1,5
~ 257 ~
Səviyyəyə görə dolduran maĢınlar butulkanı həmiĢə bu və ya
digər səviyyəyə qədər doldurur. Burada doldurulan məhlulun
həcmi deyil, butulkadakı səviyyəsi ön plana keçir.
Səviyyəyə görə doldurulmuĢ butulkada Ģərabın səthindən
butulkanın ucuna qədər olan məsafə (20
0
C-də) aĢağıdakı kimi ola
bilər:
Butulkanın həcmi, litr
Məsafə, mm
1,0; 0,8
40-55
0,76; 0,75; 0,7
40-50
0,5; 0,375
30-35
0,2
15-20
0,1
10-15
Xaricdə oynaq Ģərabları doldurmaq üçün avadanlıqları Seitz
firması (AFR), Chelle (Fransa), Cobert (Ġtaliya) və b. buraxır.
Bütün xarici dolduran maĢınlar doldurucu-ağızbağlayıcı aqreqat-
ların tərkibində (monoblok) iĢləyir.
Seitz firması Venta tipli oynaq Ģərabları dolduran maĢınların
bütöv seriyasını istehsal edir. Butulkanın oynaq Ģərabla doldurulma
prosesi aĢağıdakı əməliyyatları əhatə edir: butulkaya karbon qazı
vurulması, Ģərabla doldurma, butulkadakı mayenin üzərindəki
boĢluğa karbon qazı vurulması və təzyiqin götürülməsi. Butulkada
paylayıcı rezervuarın üst hissəsindəki karbon qazının təzyiqinə
bərabər əks təzyiq yaradılır. Sonra Ģərab klapanı açılır və butulka
izobarik Ģəraitdə məhlulla doldurulur. Venta maĢını müxtəlif
modifikasiyalarla 20-dən, 80-nə qədər doldurucu qurğularla
buraxılır. MaĢının məhsuldarlığı saatda 2000-dən 12000 butulka
arasında dəyiĢir.
Seitz firması oynaq Ģərabların hava ilə təmasını aradan qaldıran
doldurucu qurğular, həmçinin doldurmadan əvvəl butulkadan
havanı çıxarmaq və onu karbon qazı ilə doldurmaq üçün xüsusi
maĢınlar istehsal edir.
Cobert firması oynaq Ģərablar üçün məhsuldarlığı saatda 600-
dən 6600 butulkayadək olan doldurucu maĢınlar istehsal edir. Bu
~ 258 ~
zaman doldurucu qurğuların sayı uyğun olaraq 16-dan 40-a qədər
ola bilir.
Qıcqırmaya davamsız Ģərablar (təbii Ģərablar) və həmçinin
Ģirələri doldurmaq üçün soyuq steril doldurmadan; isti
doldurmadan və butulkaya doldurduqdan sonra pasterizə etmədən
istifadə olunur. Soyuq steril doldurma zamanı Ģərab, Ģərabla
əlaqədar olan avadanlıqlar və hətta binanın havası steril vəziyyətə
gətirilir. Butulka 1,5-2%-li kükürd qazı məhlulu ilə iĢləndikdən
sonra steril su ilə yaxalanır.
Dostları ilə paylaş: |