~ 270 ~
Hələ qədim Yunanıstanda Ģərab qablarının bağlanmasına xüsusi
diqqət verilirdi. Bu zaman Yunan mifologiyasına əsasən daha
yüksək məddəniyyətə allah Qermesin malik olduğu göstərilirdi. O,
qabları elə bağlamağı bacarırdı ki, hətta uzun yolçuluq zamanı
qabın ağzından heç nə çıxa bilmirdi (buxarlanmırdı). Ona görə də
qabın yaxĢı bağlanması Qermesin Ģərəfinə hazırda da hermetik
adlandırılmaqdadır.
ġərabçılıq sanayesində tətbiq olunan ağız bağlayan avtomatlar
aĢağıdakı kimi təsnifata bölünür: bağlama üsuluna görə-
zərbəvurucu, sıxıcı, yuvarladıcı və sıxıcı; quruluĢ əlamətlərinə görə
rotasiyalı bir pozisiyalı və çox pozisiyalı; hərəkətinə görə hərəkətli
və hərəkətsiz ağız bağlayan maĢınlar. ġərabçılıq sənayesində ağız
bağlayan avtomatların aĢağıdakı markaları geniĢ yayılmıĢdır: UAZ
(təbii tıxaclar üçün bir pozisiyalı zərbə vurucu) və onun
ĢəkildəyiĢməsi B2- VSP/2 və B2-VUA (politilen tıxaclar üçün
çoxpozisiyalı zərbəvurucu), U-6 (germetik altlıqlı metal qalpaq
üçün çoxpozisiyalı sıxıcı) və onun ĢəkildəyiĢməsi L5-VUU-0,5
(alminium qalpaq üçün çoxpozisiyalı yuvarladıcı), A1-VUM-3 və
A1-VMU-2 (müxtəlif növ alüminum qalpaqlar üçün çoxpozisiyalı
elektromaqnit impuluslu sıxıcı).
Ġstifadədən əvvəl mantar tıxaclar 5 gün su ilə isladılır, yaxud
suda 12 saat saxlanılır. Sonra 45
0
C temperatura qədər qızdırılmıĢ
isti suda 30 dəqiqə iĢlənir və 0,5 faizli sulfit turĢusu məhlulu ilə
sterilizə olunur.
Dostları ilə paylaş: