Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə18/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   405
 

1.2. Amerika 

Amerika  Birləşmiş  Ştatları.  Kaliforniyada  Ģərabçılığın  tarixi 

1769-cu ildə San-Diyeqodan baĢlanır. 1782-ci ildə burada ilk kilsə 

Ģərabı  hazırlanmıĢdır.  1886-cı  ildə  filloksera  yeni  üzümlükləri 

məhv  edir.  Zərərvericinin  Avropadan  əkin  materialı  ilə  gətirildiyi 

güman  olunur.  Yeni  üzümlüklər  salınmasına  macal  tapılmamıĢ 

Amerika hökuməti «quru qanun»  qəbul edir. Belə olan halda Ģərab 

yalnız  fərdi  qaydada  və  kilsə  üçün  hazırlana  bilərdi.  1933-cü  ildə 

içkiyə qoyulan qadağan götürüldü. ġərabçılıq ənənələrinin dirçəliĢi 

isə  yalnız  XX  əsrin  60-cı  illərinin  sonlarında  mümkün  oldu. 

AraĢdırmalar  göstərir  ki,  hazırda  Kaliforniya  Ģərabları  fransız 

Ģərabları ilə tam rəqabət apara bilər. Bir neçə il əvvəl fransız jurnalı 

«Gault  Millau»  «Ģərab  olimpiadası»  keçirmiĢ  və  burada 

Kaliforniya Ģərabları birinci yerə çıxmıĢdı.  

ABġ üzümlüklərinin 90%-ə qədəri Kaliforniyada (299 min ha), 

qalanı  Nyu-York  Ģtatında  (24,5  min  ha),  VaĢinqton  (17  min  ha), 

Miçiqan (9,5 min ha), Pensilvaniya (6,5 min ha), Ohayodadır (5,5 

min  ha).  Digər  Ģtatlarda  az  sahədə  də  olsa  üzümlüklərə  təsadüf 

olunur.  Kaliforniya  üzümlüklərinin  40,7%-i  kiĢmiĢ  və  mövüc 

sortları,  11,6%-i  süfrə,  47,7%-i  texniki  sortlardır.  Mövüc  sort-

larının  orta  məhsuldarlığı  200  s/ha,  süfrə  170  s/ha,  texniki  120 

s/ha-dir.  ABġ-da  becərilən  əsas  texniki  üzüm  sortları  Barbera, 

Kaberne-Sovinyon, Karinyandır.  

ABġ-da  1200-ə  yaxın  Ģərabçılıq  müəssisəsi  vardır.  ġərab 

zavodlarının gücü mövsümdə markalı Ģərablar üçün 4-15 min ton, 

orta keyfiyyətli Ģərablar üçün 15-40 min ton, kütləvi Ģərablar üçün 

100-200  min  ton  üzüm  emalınadır.  Oynaq  Ģərablar  buraxan 

firmalar – «Qallo», «Cji ef cji Bronko», «Kristian Brazers», «Ay es 

si  Uaynz»,  «Qild  Uayneri»,  «Korbel»  və  baĢqaları;  brendi  – 




 

~ 33 ~ 


 

«Kristian  Brazers»,  «Qallo»  və  «Korbel»;  Ģərabçılıq  avadanlıqları 

– «Veylli Fandri end MeĢin Ueks», «Xildsburq MeĢin», «Rits» və 

baĢqalarıdır.  

ABġ  üzümlüklərin  sahəsinə  görə  dünyada  yeddinci,  üzüm 

istehsalına  görə  beĢinci,  üzüm  Ģərabları  istehsalına  görə  altıncı 

yerdə  durur  (2005).  Üzümün  yığımında  əsasən  silkələyici  tipli 

maĢınlar  tətbiq  olunur.  ġərablar  ixracı  az  (əsasən  Kanadaya  5,3 

mln  dal  -  2004),  idxalı  isə  (Fransa,  Ġtaliya,  Ġspaniya,  Portuqaliya, 

Almaniya  və  s.  73,9  mln  dal)  əsaslı  miqdardadır.  AdambaĢına 

düĢən illik Ģərab istehlakı 11,4 litrdir. Süfrə (bütün istehsalın 80%-

ni),  oynaq,  tündləĢdirilmiĢ  (madera,  xeres,  portveyn,  muskatel), 

vermut  Ģərabları  və  brendi  emal  olunur.  Buraxılan  Ģərabların  10-

12%-ni markalı Ģərablar təĢkil edir. Ağ Ģərablar 65%, çəhrayı 15%, 

qırmızı  20%  istehsal  olunur.  Ağ  Ģərablardan  Kaliforniya  ġablisi, 

Kaliforniya  Reyni,  həmçinin  ġardone,  Semilyon,  Sovinyon  və 

Çəhrayı  Traminer  sortlarından  sort  Ģərabları  hazırlanır;  çəhrayı 

Ģərablar Qrenaj, Qrinyolino və Qame sortlarından; qırmızı Ģərablar 

Kaliforniya  burqundu,  Kleret  Kaliforniya,  Kaberne-Sovinyon, 

Barbera  və  Sinfandel  sortlarından  hazırlanır.  85%  oynaq  Ģərablar 

Kaliforniyada butulka, yaxud fasiləli rezervuar üsulu ilə, həmçinin 

transfaza  metodu  ilə  hazırlanır.  Kaliforniyada  qazlaĢdırılmıĢ 

Ģərabların tərkibində 2,7 q/dm

3

 karbon qazı olur.  



Üzümçülük  və  Ģərabçılıq  sahəsində  tədqiqatlar  Kaliforniya 

Universitetinin (Devis Ģəhəri) üzümçülük və Ģərabçılıq bölməsində, 

Dövlət  Universitetində  (Fresno  Ģəhəri  -  Kaliforniya),  həmçinin 

Kaliforniya, 

Nyu-York, 

VaĢinqton 

Ģtatlarının 

təcrübə 


stansiyalarında  aparılır.  Əsaslı  səviyyədə  tədqiqatlar  bir  sıra 

firmalarda («Qallo» və b.) yerinə yetirilir. 

Üzümçülük  üzrə  mütəxəssislərdən  X.P.Olmon,  Q.M.Kuk, 

A.N.Kazematis,  A.C.Uinkler,  V.M.Kliver;  Ģərabçılıq  üzrə  – 

M.A.Amerin,  N.V.Berq,  A.D.Uebb,  K.S.QuĢ,  V.L.Sinqleton  və  b. 

göstərmək olar. Əsas elmi jurnalları «American Journal of Enologu 

and Vitikultureu»; «Wines and wines»; «Wine Ġnstitute Bulletinu»; 

«Eastern Grape Grower» və «Winery News»-dır. 




 

~ 34 ~ 


 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin