Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə19/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   405
Argentina.  Bu  Latın  Amerikası  ölkəsində  üzümlüklər  demək 

olar ki, Ģimaldan cənuba min kilometrlərlə uzanır. Ġqlim Ģəraitinin 

rəngarəngliyi, 

hər  reqionun 

torpaq-iqlim  Ģəraitinin  fərqli 

xüsusiyyətləri  burada  müxtəlif  üzüm  sortlarının  becərilməsinə 

imkan verir. GeniĢ yayılan sortlardan Malbek, Kaberne Sovinyon, 

Kaberne  Fran,  Merlo,  ġiraz,  Torrontes,  ġardone,  Çenin  və  b. 

göstərmək  olar.  Üzümlükləri  demək  olar  ki,  220  min  ha  sahəni 

əhatə  edir.  Onun  150  min  hektarı  ən  mühüm  Ģərabçılıq  regionu 

olan Mendozadadır. Burada Argentina Ģərablarının 75%-i və ixrac 

olunanın 95%-i istehsal olunur. 

Argentina  Ģərabçılığı  4  əsrlik  tarixə  malik  olsa  da,  Ģərabları 

yalnız indi dünya Ģöhrəti qazanmıĢdır. Çünki, Argentina uzun illər 

qapalı ölkə olub burada idxal və ixraca qadağan qoyulmuĢdu. Ölkə 

praktik  olaraq  xarici  aləmdən  təcrid  olunmuĢdu.  70  mln  əhalisi 

olan  ölkədə,  Ģərabçılığın  xariclə  əlaqəsi  olmayan  öz  ənənələri 

formalaĢmıĢdı. Burada Ģərabı su ilə duruldaraq içirdilər. Ona görə 

də Ģərabla yanaĢı onun konsentratı da hazırlanırdı. Yalnız XX əsrin 

90-ci  illərində  baĢlanan  islahatlar  Ģərab  istehsalı  və  ixracı  üçün 

əlveriĢli Ģərait yaratmıĢ oldu. Ġndi Argentina Ģərab istehsalına görə 

dünyada  5-ci  yeri  tutur  (Fransa,  Ġtaliya,  Ġspaniya  və  ABġ-dan 

sonra), ixrac isə bir neçə dəfə artmıĢdır.  

Malbek  sortunu  bəzən  Argentina  ilə  əlaqələndirirlər.  Çünki,  bu 

sort  burada  çox  keyfiyyətli  məhsul  verir.  Lakin  mənbəələr  bu 

sortun  Argentinaya  1852-ci  ildə  gətirildiyindən  xəbər  verir. 

Argentina  üçün  digər  mühüm  sort  –  muskat  sortu  Torontestdir. 

Ölkə üzrə cəmi 824 Ģərabçılıq müəssəsi mövcuddur ki, onun 40-a 

yaxını  keyfiyyətli  Ģərab  buraxır.  2000-ci  ildən  baĢlayaraq 

Argentina 

Ģərabları 

beynəlxalq 

dequstasiyalarda 

yüksək 


mükafatlara layiq görülməkdədir. Bununla belə ölkədə xeyli aĢağı 

keyfiyyətli  Ģərablar  da  buraxılır.  Zavodlardan  az  hissəsi  məhsulu 

brendləĢdirir,  qalanları  isə  su  ilə  duruldulan  Ģərablar  hazırlayırlar. 

Argentinada  digər  Latın  Amerikası  ölkələri  kimi  filloksera 

epidemiyası  yoxdur.  Avropadan  fərqli  olaraq  bir  çox 

təssəruffatlarda üzüm əllə yığılır. Adi keyfiyyətli Argentina Ģərabı 




 

~ 35 ~ 


 

qərb super marketlərində 10-15 dollara satılır ki,  bu oxĢar Avropa 

məhsullarından iki dəfə ucuzdur.  

Argentinada son illər Ģərab turizmi fəal inkiĢaf etdirilməkdədir. 

Bir çox müasir təssərüfatların nəzdində mini mehmanxanalar tikilir 

ki,  buraya  bir  neçə  günlüyə  ölkənin  iri  Ģəhərlərindən,  həmçinin 

Avropa, ABġ və Kanadadan ekskursiyaya gəlirlər. Turistlər bütün 

günü  Ģərab  dequstusiya  edir,  üzümlüklərə  və  zirzəmilərə  baxırlar. 

Belə  Ģərabçılıq  müəssisələrində  restoranlar  təĢkil  olunur, 

bəzilərində yüksək mətbəx təklif edilir. 

Argentina öz məhsulunun yalnız 10%-ni ixrac edir. Əsas idxalçı 

ölkələr  ABġ,  Ġngiltərə,  Braziliya  və  Kanadadır.  ABġ-a  ixrac 

xüsusilə  yüksək  templə  artmaqdadır.  Rusiya  bazarında 

Argentinanın əsas rəqibi Çilidir.  

Ağ  üzüm  sortlarından  orta  keyfiyyətli  Uni  Blan  və  Muskat 

Dambur dominatlıq edir. Onlardan kobudvari zəif likor Ģərablar və 

zərifvari süfrə Ģərabları hazırlanır. Ən yaxĢı ağ sort Torontes olub, 

ondan  yüngül,  xoĢagələn  Ģərablar  hazırlanır.  Ən  yaxĢı  xarakterik 

Ģərablar Malbek sortundan hazırlanır.  

Təəssüf  ki,  bəzi  Ģərabçılar  Kaberne  və  Merloya  daha  çox 

üstünlük  verir  və  Malbek  sortu  arxa  plana  keçirilir.  Argentinada 

həmçinin  çoxlu  Ġtaliya  (Barbera,  Bonarda,  Nebbiola,  Sondjoveze) 

və ispan (Temronilya) sortları becərilir.  

Çili. Çilidə üzümlüklər altında olan sahə  74 min 500 ha, Ģərab 

istehsalı 4-5 mln hl,  əhalinin  orta adambaĢına illik Ģərab istehlakı 

19  litr  təĢkil  edir.  Çilidə  20-yə  yaxın  üzüm  sortu  becərilir. 

Onlardan  ən  geniĢ  yayılanları qirmizi  Kaberne Sovinyon (30,7%), 

qirmizi Pays (18,1%),  qirmizi  Merlo  (12,0%), ağ  ġardone (8,0%), 

ağ  Sovinyon  (7,7%),  ağ  Semilyon  (2,8%),  qirmizi  Karmenera 

(2,7%),  qirmizi  Sira  (1,2%),  qirmizi  Pino  Neqra  (1,0%),  ağ 

Rislinqdir (0,3%).  

Çilidə Ģərab adları sortun adına uyğun gəlir. ġərab 70% etiketdə 

göstərilən  üzüm  sortundan  hazırlanmalıdır.  Belə  qayda  məhsul 

ilinə  və  Ģərabın  hazırlandığı  rayona  da  Ģamil  edilir.  Digər  ilin, 

yaxud digər rayonun məhsulundan yalnız 25% miqdarında istifayə 

icazə  verilir.  Çilidə  Ģaptalizasiya(Ģirəyə  Ģəkər  əlavə  olunması) 



 

~ 36 ~ 


 

qadağandır,  lakin  turĢu  əlavə  oluna  bilər.  Keyfiyyətli  Ģərab  üçün 

hektardan orta məhsuldarlıq təqribən 90 sentenerə bərabərdir.  

Çili  dünyada  az  təsadüf  olunan  ölkələrdəndir  ki,  orada  təbiət 

sanki  Ģərabçılıq  üçün  yaranmıĢdır.  Paradoks  ondadır  ki,  burada 

keyfiyyətli  Ģərab  istehsalına  yalnız  XX  əsrin  90-cı  illərində 

baĢlanılmıĢdır.  Çili  Yeni  Dünya  ölkələri  arasında  ən  qədim 

Ģərabçılıq  diyarlarındandır.  Ġspan  müstəmləkəçilərinin  buraya  nə 

vaxt  üzüm  gətirməsi  dəqiq  məlum  olmasa  da  burada  1551-ci  ildə 

məhsul  yığılması  sübut  olunmuĢdur.  Mütəxəssislərin  fikrincə 

məĢhur  Çili  mərkəzi  vadisi  dünyada  Ģərabçılığın  inkiĢafı  üçün  ən 

yüksək potensialı olan yerdir. Bu ərazilər fillokserasız olub, iqlimi  

noyabr  və  mart  ayları  arası  praktik  olaraq  yağıntısızdır.  Ġsti 

gündüzlərlə  sərin  gecələrin  vəhdəti  üzüm  bitkisinin  məhsulunun 

tədricən  yetiĢməsinə  imkan  verir.  Mərkəzi  zonada  üzümün 

yetiĢməsi  üçün  ideal  Ģərait  olmasına  baxmayaraq,  burada 

keyfiyyətli Ģərab istehsalının təĢkili çox çətin və uzun müddətlidir.  

Bu  gün  Çili  Ģərabçılığının  strukturunu  təqribən  50  sərbəst 

Ģərabçılıq  Ģirkətləri  təĢkil  edir.  XX  əsrin  70-80-ci  illərində  Çili 

Ģərabçılığında  yol  verilən  kobud  səhvlər  nəticəsində  bazar  güclü 

oksidləĢmiĢ  Ģərablarla  dolduruldu.  Yalnız  sonralar  ispan  Migel 

Torres  kimi  romantiklərin  hesabına  sahəyə  sərmayə  qoyuluĢuna 

baĢlandı.  Lakin  bu  sərmayələr  problemi  həll  etmədi.  Belə  fikir 

hökm sürürdü ki, guya yaxĢı Ģərab yalnız super müasir zavodlarda, 

günəĢ  Ģüaları  ilə  qızan  sexlərdə  alına  bilər.  Sərmayə  köhnə  ağac 

qabların aradan qaldırılmasına, paslanmayan poladın dəmir betonu 

əvəz  etməsinə  sərf  olundu.  Lakin  bu,  Çili  Ģərabçılığının  yalnız 

minimum çiçəklənməsinə səbəb oldu. Orta keyfiyyətli Ģərablar bir 

qədər  yaxĢılaĢdı, lakin əvvəlkilərlə müqayisədə bu çox az idi. Çili 

Ģərabçılığı  yenə  çıxılmaz  vəziyyətə  düĢdü.  Yalnız  bir  neçə  ildən 

sonra  Ģərabçılar  sadə  həqiqəti  baĢa  düĢməyə  baĢladılar  ki,  yüksək 

keyfiyyətli  Ģərablar  istehsalının  sirri  zavoda  daxil  olan  üzümün 

keyfiyyətinin yaxĢılaĢdırılması ilə mümkündür.  

Üzümçülərdə  birdən-birə  üzümlüklərin  planlaĢdırılması,  lazımi 

örtülü  binalarla  təmin  olunması  və  irriqasiya  sisteminin 

yaradılması  ideyası  yarandı.  Son  nəticədə  üzümlüklərdə  qayda 




 

~ 37 ~ 


 

yaradılmıĢ oldu. Lakin bununla belə, hətta yaxĢı tənəkdə də məhsul 

xeyli  aĢağı  salınırdı.  Bu  zaman  Çili  Ģərabçıları  müəyyən  mənada 

fransızların  təsiri  altına  düĢərək,  risk  etməkdən  çəkinməyərək 

eksperimentlərə  baĢladılar.  Nəticədə  ciddi  müvəffəqiyyətlərə  nail 

olaraq  öz  Ģərablarını  klassik  kateqoriyaya  çatdırdılar.    Bu  dövrdə 

hər  Ģərab    zavodunun  divarına  aĢağıdakı  fikri  əks  etdirən  belə 

təlimat 


yapıĢdırırdılar: 

«…müvəffəqiyyətin 

sirri 

qabıqla 


uzunmüddətli  yetiĢdirmədə,  mayada  qıcqırtmada  və  hər  cür 

filtrləməni istisna etməkdədir». 

Keyfiyyətli  üzüm  müasir  texnologiya  ilə  qovuĢdu.  Beləliklə  də 

Çili Ģərabçılığının dirçəliĢ yolu tapılmıĢ oldu. Çili artıq adi Ģərablar 

istehsalından  «premium»  və  «ultra-premium»  seqmenti  Ģərabları 

buraxılıĢına  keçid  tendensiyası  yaĢayır.Ġndi  Çili  Ģərabçılığı  yeni 

avadanlıqlar,  yaxĢı  sortlar  və  dünyanın  ən  yaxĢı  Ģərabçılıq 

təsərrüfatlarında  staj  keçmiĢ  Ģərabçılarla  təmin  olunmuĢlar. 

Buranın  üzümçülük  və  Ģərabçılıq  təsərrüfatlarında  dünyanın  ən 

yaxĢı  Ģərab  ustaları  vaxtaĢırı  olur  və  məsləhət  xidmətləri 

göstərirlər.  Hazırda  bütün  ölkədə  üzümlüklər  üçün  müxtəlif 

sahələrin (həm dağətəyi, həm də vadidə) seçilməsi üzrə aprobasiya 

iĢləri aparılır. 

 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin