Xüsusi zirzəmi kifləri. Cladosporium (kladosporium) cinsi,
zəif budaqlanan konididaĢıyıcılara malik olub, özünü bir, yaxud
ikihüceyrəli konidilər kimi göstərir. Konidilərin forma və ölçüsü
qida Ģəraitindən, nəmlik və temperaturdan asılı olaraq dəyiĢir.
Cladosporium cellare (sellare) növü - daha geniĢ yayılmıĢ
zirzəmi kifi olub, divarları, taxtapuĢu və zirzəminin müxtəlif
əĢyalarını tünd-boz təbəqə ilə örtür. Köhnə zirzəmilərdə onun yaĢı
bir neçə on ildən, hətta yüz illərə qədər çatır. Bərk səthdə, sabit
aĢağı hərarətdə inkiĢaf edən göbələk mitselləri minimum qida
maddələri-spirt buxarları, sirkə turĢusu, ammonyak, karbon qazı,
hidrogen sulfid və kükürd mənimsəyir. Kladosporium sellare
tərkibindəki xitinaza fermenti hesabına, məhv olmuĢ həĢəratların
xitin təbəqəsini və sellülozanı həll edərək zirzəmidə özünəməxsus
sanitar rolu oynayır. Bu göbələyin inkiĢafı dolayısı yolla içkilərin
keyfiyyətinə müsbət təsir göstərir; zirzəmi havasını daim
təmizləyir, onun rütubətini nizamlamaqla, içkinin müvəfəqiyyətli
yetiĢdirilməsi üçün optimal mikroiqlim yaradır. Ona görə də,
~ 108 ~
xüsusi zirzəmi kiflərini məhv etmək deyil, əksinə, onların inkiĢafı
üçün Ģərait yaratmaq lazımdır.
Kladosporium cellare məĢhur Tokay zirzəmilərinin divarlarında
5 mm-ə qədər qalınlığında qara örtük yaratmıĢdır. Eyni ilə belə
kiflər Fransa, Almaniya, Ġtaliya, həmçinin Krikov, Massandra,
Ġnkerman, Qara-çanax və digər zirzəmilərdə də təsadüf olunur.
Dematium cinsi (Sphaerulina-sferulina) təbiətdə geniĢ yayılmıĢ,
tumurcuqlayan kiflərdir. Ascomycetes sinfinə daxildir. Meyvə,
çəllək və çən üzərində, həmçinin Ģərab zirzəmilərinin divarlarında
qara selikli xal əmələ gətirir. Sphaerulina intrmixta az miqdar spirt
(2 h%) və üzvi turĢular - sirkə, süd və kəhrəba turĢusu əmələ gətirə
bilir. Göbələk qıcqırmamıĢ Ģirədə selikləmə yaradıb, Ģirənin
Ģəkərliyini aĢağı sala bilir. O, spirt buxarları ilə qidalanaraq, Ģərab
zirzəmilərinin divarlarında selikli örtük Ģəklində inkiĢaf edə bilir.
~ 109 ~
Dostları ilə paylaş: |