M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə21/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   17   18   19   20   21   22   23   24   ...   76
İAK.Kitab.son

4. Ünsiyyət iştirakçılarının təhsil səviyyəsi. Burada əsas çətinlik biliklərin sürətlə köhnəlməsi, müasir təfəkkürlə kommersiya və ya idarəetmə məsələlərinin həllində yanaşmaların sadələşdirilməsi, intellektual kompleksləşmədir, bunlar şirkətin işgüzar reytinqini artırır. Sahibkarların əsas vəzifələri əməkdaşlara təkcə maddi deyil, həm də mənəvi dəstək göstərməsi, idarəetmə bacarıqlarını inkişaf etdirməsi, peşəkarlıq səviyyəsini yüksəltməsi və əməyinin nəticəsindən məmnunluğu artırmasıdır.
Etika ilə biznes arasında ziddiyyətlər mövcuddur ki, bu gün də işgüzar ünsiyyətin müxtəlif səviyyələrində, həm təşkilatlar, həm də sosial mühit arasında, həm də qruplar daxilində özünü kifayət qədər kəskinşəkildə biruzə verir.
Özlərini praqmatik hesab edənlər düşünürlər ki, işgüzar ünsiyyətdə və biznesdə etika gərəkli deyil, biznes sahibinin yeganə vəzifəsi istənilən vasitə ilə gəlirini artırmaqdır. Bu yanaşma etik ənənələri özündə əks etdirən cəmiyyətin normalarına heç cür uyğunlaşmır.
Biznesmenlərin, müəssisə rəhbərlərinin qeyri-etik davranışlarından biri də qanunu pozmasıdır. Öz məhsullarında qüsurların aradan qaldırılması üçün lazımi tədbirlər görməyən şirkətlərin müxtəlif növ hərəkətləri qeyri-etik davranış sayılmalıdır, əhali üçün zərərli nəticələrə gətirib çıxara bilər. Buna görə də işgüzar ünsiyyətin etikası anlayışına müəssisə rəhbərlərinin öz məhsullarının keyfiyyətinə qayğısı,əhaliyə vura biləcəyi zərərə görə məsuliyyət daxildir.
İşgüzar kommunikasiyanın etikasını onun müxtəlif münasibətində nəzərə almaq almaq lazımdır: müəssisə ilə sosial mühit arasında, müəssisələr arasında, bir müəssisə daxilində-rəhbər və tabelikdə olan eyni statuslu insanlar arasında.
İşgüzar ünsiyyət elə bir anlayışdır ki, onun mahiyyəti fikir ayrılığında işin maraqlarının üstünlük təşkil etməsidir. İşgüzar ünsiyyətin etikası həm rəhbərlər, həm də tabeliyində olanlarla peşəkar fəaliyyət normaları, qaydalar toplusudur.
İşgüzar kommunikasiyasında etikanın qızıl qaydası belədir: başqalarına sizə necə diqqət yetirildiyi kimi münasibət göstərməlisiniz! Və ya: Özünə rəva bilmədiyini başqalarına da rəva bilmə!
İşgüzar ünsiyyətdə yuxarıdan aşağıya etikası mövcuddur: tabeliyinizdə olanlara, rəhbərliyin sizə necə münasibət göstərmək istədiyi kimi yanaşın. İşgüzar əlaqələrdə uğurlar məhz bu etik norma ilə müəyyən edilir. Rəhbərlə tabeliyində olanlar arasında işgüzar ünsiyyət etikasına riayət olunmadıqda əksəriyyət kollektivdə özünü mənəvi cəhətdən müdafiəsiz hiss edir. Rəhbərin tabeliyində olanlara münasibəti işgüzar ünsiyyətin bütün xarakterinə təsir edir, əksər hallarda onun mənəvi-psixoloji mühitini müəyyənləşdirir, mənəvi etalonlar və davranış nümunələri məhz belə formalaşır. Onların bəzilərini qeyd edək:
- Təşkilatınızı yüksək mənəvi ünsiyyət normaları olan birləşmiş kollektivə çevirməyə çalışın. O zaman şəxsiyyət özünü kollektiv arasında mənəvi və psixoloji cəhətdən rahat hiss edəcək. Hər kəs fərd olaraq çalışır və istəyir ki,ona olduğu kimi hörmət etsinlər.
- Problemlər və çətinliklər yarandıqda rəhbər onun səbəblərini aydınlaşdırmalıdır. Əgər nadanlıqdan söhbət gedirsə, tabeliyində olanların zəifliyini, çatışmazlığını sonsuz qınamaq olmaz. Bunları aradan qaldırmaq üçün nə edə biləcəyinizi düşünün, şəxsiyyətlərin güclü tərəflərinə arxalanın.
- Əgər əməkdaş sizin tapşırığınızı yerinə yetirməyibsə, ona izah etmək lazımdır ki, bu barədə xəbəriniz var və bu halda o, işlərin pozulduğuna, sizin hansı hisslər keçirdiyinizə qərar verə bilər. Əvvəlcə işçidən tapşırığın yerinə yetirilməməyinin səbəbini izah etməyi xahiş edin,ola bilər ki, sizə məlum olmayan faktlar ortaya çıxsın. İradlarınızı bir-bir deyin: insanın ləyaqətinə və hisslərinə hörmətlə yanaşın.
- Şəxsiyyətini deyil, gördüyü işi və hərəkətlərini təndiq edin.
- Uyğun olduqda tənqid əvəzinə əvvəlcə kompliment, münasib xoş sözlər işlədin. Dostyana notlarla söhbətinizi bitirin və ona qarşı heç bir kinin olmadığını bildirin
- Tabeliyinizdə olanlara heç vaxt şəxsi məsələlərdə necə hərəkət etməyi məsləhət görməyin.
- Sevimlilərinizi fərqləndirməyin, işçilərə bərabər hüquqla yanaşın.
- Ədaləti düzgün bölüşün: daha çox xidməti olanlar mükafata layiqdir. Kollektivin iş qabiliyyətini və mənəvi vəziyyətini yaxşılaşdıracaq mükafatları ədalətli bölüşdürün.
- Uğurlar sizin olsa da, müvəffəqiyyətikollektivlə bölüşün və onları həvəsləndirin.
- İşçini təkrar tərifləməkdən çəkinməyin.
- İşçilərə etibarlı yanaşın və işdə öz səhvlərinizi də etiraf edin. Kollektivin üzvləri onsuz da bunları biləcəklər; səhvlərin gizlədilməsi zəiflik və intizamsızlıq əlamətidir.
- Münaqişələrin və fikir ayrılıqlarının yaranmasının qarşısını alın. Münaqişələrin səbəblərini düzgün qiymətləndirib obyektiv qərar qəbul edin.
- Tabelikdə olanlara sərəncamların əhəmiyyətini izah edin və onların yerinə yeirilməsinə nəzarəti gücləndirin.
- Töhmət verərkən, irad tutarkən etik normalara ciddi əməl edin. Tənqidə keçmədən əvvəl şəxsin peşəkar keyfiyyətlərini qiymətləndirin.
- Yalnız öz maraqlarınızı deyil, həm də tabeliyinizdə olanları müdafiə etməyi bacarın.
- Tabeliyinizdə olanlara sadiq olun, onlar da sizə eyni qarşılıq verəcəklər.
- İdarəetmənin düzgün formasını seçin və bu zaman situasiyanı (vaxtın nə qədər olmasını) , tabeliyinizdə olan işçinin şəxsiyyətini nəzərə alın.
İşgüzar ünsiyyətin aşağıdan yuxarı etikası. İşgüzar ünsiyyətdə “aşağıdan yuxarı”, yəni rəhbərinə tabe olan şəxsin ümumi etik davranış qaydasını aşağıdakı kimi ifadə etmək olar: rəhbərinizə sizə göstərilən münasibətə uyğun yanaşın.
Rəhbərlə işgüzar ünsiyyətdə istifadə olunası bir neçə zəruri etik norma və prinsip vardır:
- Rəhbərə kollektivdə xeyirxah mənəvi mühit yaratmaqda, ədalətli münasibətləri möhkəmləndirməkdə kömək etməyə çalışın.
- Rəhbərə öz nöqteyi-nəzərini təlqin etməyə yaxud göstəriş verməyə çalışmayın. Təklif və şərhlərinizi ədəbli şəkildə ifadə edin.
- Rəhbərlə qətiyyən yüksək tonda danışamayın, həmişə bəlixeyr deməyin. Daim bu ifadələri işlətmək yaltaq təəssüratı yaradır, qıcıq verir.
- Sədaqətli və etibarlı olun
- Fövqəladə hallar istisna olmaqla dərhal rəhbərə yardım üçün müraciət etməyin, əks halda sizin sədaqətiniz şübhə yarada bilər.
- Sualınızı və hüquqlarınızı həssas şəkildə qaldırın: məsuliyyət hərəkət azadlığının müvafiq dərəcəsi olmadan həyata keçirilə bilməz.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin