M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ


Saitlərlə bağlı orfoepik qaydalar



Yüklə 499,8 Kb.
səhifə36/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   32   33   34   35   36   37   38   39   ...   76
İAK.Kitab.son

1.Saitlərlə bağlı orfoepik qaydalar
1.1. Müasir Azərbaycan ədəbi dilində saitlər adi, bəzi hallarda isə qısa və uzun tələffüz olunur.
1.2. Ərəb və fars dillərindən bir çox alınma sözlərdə a, e, ə, i, ö, u saitləri uzun tələffüz olunur və bu hala, əsasən aşağıda göstərilən açıq hecalarda rast gəlinir:
1.2.1. ərəb və fars mənşəli bəzi sözlərin a, u, i saitləri ilə bitən açıq hecalarında uzanma baş verir: adil [a:dil], mübariz [müba:riz], hökumət [höku:mət], xəzinə [xəzi:nə], xüsusi [xüsu:si], şagird [şa:girt], vəzifə [vəzi:fə] və s.;
1.2.2. ərəb mənşəli bir çox sözlərdə e, ə, ö saitləri mənbə dilin təsirinin nəticəsi olaraq açıq hecada və əsasən, ilk hecada uzun tələffüz olunur: elan [e:lan], etibar [e:tibar], əla [ə:la], memar [me:mar], məna [mə:na], mötəbər [mö:təbər], təmir [tə:mir], tətil [tə:til], şölə [şö:lə] və s.;
1.2.3. ərəb və fars mənşəli sözlərdə ba-, bi-, la-, na- ön şəkilçilərində saitlər uzun tələffüz olunur: baməzə [ba:məzə], bitərəf [bi:tərəf], laməkan [la:məkan], narazı [na:razı] və s.
1.3. Tərkibində eynicinsli qoşa saitlər olan ərəb mənşəli sözlər bir uzun saitlə tələffüz olunur: bədii [bədi:], camaat [cama:t], inşaat [inşa:at], maarif [ma:rif]maaş [ma:ş], mətbəə [mətbə:], saat [sa:t], təbəə [təbə:], təəssüf [tə:ssüf], təbii [təbi:] və s.
1.4. Avropa mənşəli sözlərdəki qoşa o saiti bir uzun [o:] və ya adi [a] səsi ilə tələffüz olunur: kooperativ [k'aperativ], koordinasiya [k'ardinasiya], zoologiya [zo:logiya], zoopark [zo:park'] və s.
1.5. Müxtəlifcinsli qoşa saitlər aşağıdakı qaydada tələffüz olunur:
1.5.1. ai, ia, iə, əi, io yanaşı saitlərinin işləndiyi alınma sözlərin tələffüzü zamanı həmin saitlərin arasına [y] səsi artırılır: ailə [a:yilə], dairə [da:yirə], vəsait [vəsa:yit], dialekt [diyalek’t], dialoq [diyalok’], faciə [fa:ciyə], müdafiə [muda:fiyə], təbiət [təbiyət], radio [radiyo], stadion [stadiyon], zəif [zəyif] və s.;
1.5.2.  yanaşı saitlərinin işləndiyi sözlərdə səsi uzun tələffüz olunur: bəraət [bəra:ət], itaət [ita:ət], qənaət [qəna:ət] və s.;
1.5.3. ae, ea, eə, əa, eoüaüə, au, ua, ue, uə yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur: aerodrom [aerodrom], aeroport [aeroport], okean [okean], realizm [realizm], teatr [teatr], fəaliyyət [fəaliyət], səadət [səadət], teorem [teorem], müalicə [müalicə], müavin [müavin]müəllim [müəllim], müəllif [müəllif], aktual [aktual], aul [aul], dua [dua], duel [duel], maneə [maneə], məcmuə [məcmuə], mətbuat [mətbuat], pauza [pauza], Rauf [Rauf], taun [taun], Zaur [Zaur] və s.;

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin