MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə161/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   157   158   159   160   161   162   163   164   ...   751
Digər bir misal. Talışın orta və yuxarı dağ-meşə fıstıq qurşağında kənd təsərrüfatı bitkiləri altında istifadə 

edilərək «atılmış» sahələrdə törəmə tipli kolluqlar formalaşmışdır, belə kolluqların tərkibində heç vaxt fıstığa 

təsadüf edilmir, belə ki, şumlanmış və kənd təsərrüfatı bitkiləri altında istifadə olunmuş sahələri fıstıq tuta bil-

mir. Kol örtüyündə yemişan,  əzgil, itburnu, alça və  fındığın, ağac bitkilərindən isə cavanyaşlı palıd, vələs,  

azatağacın mövcudluğu vaxtilə bu yamaclarda meşə bitkilərinin yayılmasını sübut edir. Fıstığın tamamilə iştirak 

etməməsi isə meşəsizləşdirilmiş sahələrdə vaxtilə  fıstıq meşəsinin mövcudluğu fikrinin irəli sürülməsini bir 

qədər  şübhə altına alır. Lakin 2-20 km məsafəlikdə analoji yamaclarda fıstıq meşələrinin mövcudluğu vaxtilə 

burada onun meşələrinin geniş yayılmasını  təsdiq edir. Hazırda burada fıstığın olmaması fikrimizcə, 

meşəsizləşdirilmiş sahələrin taxıl və digər bitkilər altında istifadə edilməsi nəticəsində eroziya prosesinin inten-

siv inkişafı ilə əlaqədar torpağın üst münbit qatı yuyularaq aparılmış, ana süxur səthə çıxmış, ərazi yarğanlarla 

parçalanmış və onun yerli quraqlaşmasına səbəb olmuşdur. Sonralar sahənin şumlanması dayandırılaraq oradan 

otlaq və biçənək kimi istifadə edilmişdir. Belə  əlverişsiz mühit şəraitində  ağac cinslərindən daha dözümlü 

sayılan azatağac özünə məskən salmış, sonralar onun tərkibində palıd da peyda olmağa başlamışdır. Fıstıq isə 

rütubətsevər ağac olduğundan hazırkı quru bitmə  şəraitində ilk dəfə sahəni tuta bilmir. Hazırda sahədə mal-

qaranın otarılması əmələ gələn ağac cinslərinin kollaşmasına səbəb olur və meşənin bərpası istiqamətində de-


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin