MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə172/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   168   169   170   171   172   173   174   175   ...   751
Karbonun dövranı 

Məlum olduğu kimi karbon biosferin ən mühüm kimyəvi elementlərindən biri sayılır. Bu aşağıdakılarla bağ-

lıdır: 


a) Həyatın demək olar ki, bütün formaları karbon birləşmələrindən ibarətdir. 

b) Biosferdə karbon birləşmələrinin oksidləşməsi və reduksiyası reaksiyaları yalnız karbonun deyil, həmçi-

nin oksigenin və bir çox digər elementlərin qlobal yayılmasına və balansına səbəb olur; 



ç) Karbon atomlarının zəncir və həlqə yaratma qabiliyyəti üzvi birləşmələrin müxtəlifliyini təmin edir; 

 



 

90

 



Øÿêèë 6.7. Êàðáîí èêè îêñèäèí äþâðàíû. Ðÿãÿìëÿð áèîñôåðèí ÿñàñ 

ùèññÿëÿðèíäÿ âÿ îíëàðûí àõûíëàðäà (îõëàðëà) ÑÎ2-íèí (ìëðä. òîí) 

ìèãäàðûíû ýþñòÿðèð. 

 

c) tərkibində karbon olan qazlar – karbon qazı (CO

2

) və metan (CH



4

) – antropogen parnik effektində müəy-

yən rol oynayır.  

Karbonun əsas ekosfer ehtiyatları hidrosfer, litosfer və atmosferdə yerləşir. Onlar arasında intensivliyi ildə 

on milyard tonlarla aktiv karbon mübadiləsi gedir. Bu mübadilədə okean karbonun əsas uducusu hesab olunur, 

bu qurudan çay axınları ilə üzvi maddələrin destruksiyası, həm də atmosferdən – bütün canlı orqanizm komp-

leksinin (biotanın) tənəffüsü nəticəsində daxil olur. Biosferdə mühüm proseslər – qeyri-üzvi maddələrdən gü-

nəş enerjisinin iştirakı ilə (fotosintez) üzvi maddələrin formalaşması, biotanın (biosenozun) aerob və anaerob 

proseslərin fəaliyyəti və üzvi maddələrin destruksiyasından üzvi maddələrin sərf olunması prosesləri gedir. 

Biokimyəvi tsikldə aktiv iştirak edən karbonun əsas ehtiyatı Dünya okeanında yerləşir, burada o, müxtəlif for-

malarda olur. Son nəticədə karbonun əksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərdə örtülür 

və beləliklə, ekosferdən kənara çıxır, bu zaman litosfer maddələrinin böyük tsiklində qalır. 

Karbonun qlobal tsiklində əsas antropogen axın enerji istehsalı prosesində yanacaqların yandırılması nəticəsin-

də əmələ gəlir. Digər karbon axını isə quru ekosisteminin antropogen dəyişilməsi zamanı biotanın üzvi maddələri-

nin və torpağın müxtəlif destruksiya növləri sayılır. Belə antropogen axın nisbətən az olsa da onun miqdarı durma-

dan artır və parnik effektinin güclənməsinə səbəb olur. Bu məsələ haqqında «Atmosfer» bölməsində ətraflı məlu-

mat verilir.  

Quruda fotosintez prosesi zamanı karbon qazının funksiyası, bununla da üzvi maddələrin əmələ gəlməsi və 

əlavə olaraq oksigenin ayrılması baş verir. Ömrünü başa vurmuş bitkilər və heyvanlar mikroorqanizmlər tərəfin-

dən parçalanır, bunun nəticəsində ölü üzvi maddələrin karbonu oksidləşərək karbon qazına çevrilir və yenidən 

atmosferə düşür. Karbonun dövranı su mühitində  də belə başa çatır. Bitkilərdə fiksasiya olunmuş (toplanmış) 

karbon heyvanat aləmi tərəfindən çoxlu miqdarda istifadə olunur, o da öz növbəsində tənəffüs zamanı onu kar-

bon qazı şəklində ayırır. 

Hidrosferdə karbonun dövranı kontinentə (quruya) nisbətən xeyli mürəkkəbdir, belə ki, karbon qaz formasında bu 

elementin yaşı həm atmosferdən, həm də alt qatlardın suyun üst qatına daxil olan oksigendən asılıdır, quru və Dünya 

okeanı arasında karbonun daim miqrasiyası gedir. Bu elementin karbonat və üzvi birləşmələr formasında qurudan də-

nizə gətirilməsi üstünlük təşkil edir. Dünya okeanından karbonun quruya daxil olması olduqca az miqdarda, yalnız 

karbon qazı şəklində atmosferə diffuziya olunaraq hava axınları vasitəsilə gedir. 

 

Azotun dövranı 

Azot həyatın hakim (açar) inqrediyenti sayılır, çünki bu element bütün zülal birləşmələrin vacib komponentidir. 

Azot birləşmələrinin böyük ehtiyatı litosferdə yerləşir. Qalan ehtiyatı isə kimyəvi cəhətdən az aktiv qaz şəklində at-

mosferin 79% -ni təşkil edir. Biosfer və hidrosferdə azotun yerüstü biokütlədə  və torpaqda kütləsinin orta nisbəti 

C:N=160:15 təşkil edir. 

Azotun ehtiyatının biosfer və hidrosferdə nisbətən az olmasına baxmayaraq, bu aktiv element geosferlər ara-

sında tez mübadilə edir. Azot tsiklinin kimyəvi şəkli olduqca mürəkkəb və müxtəlifdir, çünki azot hava, su və 

torpağa müxtəlif kimyəvi formalarda daxil olur və həm də şəklini dəyişir. 

Azot birləşmələrinin dövranında azot toplayan, nitrifikatorlar, denitrifikatorlar mikroorqanizmləri olduqca 

böyük rol oynayır. Yerdə qalan orqanizmlər isə azotun dövranına öz hüceyrələrinin tərkibinə azotu assimilyasi-




 

91

ya etdikdən sonra təsir göstərir. Fır-fır və yaşıl fotosintez bakteriyaları, müxtəlif torpaq bakteriyaları da azot top-



layır. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin