MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə225/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   221   222   223   224   225   226   227   228   ...   751
Dağ – mədən   işləri  zamanı  süxurların  toplandığı  ərazilər,  xüsusilə plansız,  pərakəndə  istismar  edilən  

daş,  qum,  çınqıl  karxanaları   atmosferi daim  çirkləndirən  mənbələrdir.    Avropa  ərazisinin 7 %-i lazımsız 

dağ – mədən tullantıları  ilə  zəbt  edilib. 

Azərbaycan  Respublikasında  neft  və  qazdan  başqa  450 – dən  artıq  qara, əlvan  metal  filizləri, qeyri – 

filiz  xammalı, tikinti  materialları, yeraltı  mineral, termal  və  yodlu – bromlu  sənaye  suları  və  s. yataqları  

vardır.Qara  metallurgiyanın  mineral – xammal  bazası  Daşkəsən  dəmir  filizi  yataqları, Daşsalahlı  betonit  

gilli və Xoşbulaq  flyuz  əhəngdaş  yataqları  olub dəyərlərinə  görə  respublikanın  potensial  ehtiyatının  10.4 

% - ni  təşkil  edir. (İsayeva, 2003). Əlvan  metallurgiyanın  mineral – xammal  bazası  əsasən  alunit, mis, qur-

ğuşun, sink, molibden, kobalt, civə, sürmə  və s.yataqları  kəşf  edilmiş  ümumi  ehtiyatların  dəyərinə  görə  res-

publikanın  mineral – xammal  bazasının  əsasını (43.7%)  təşkil  edir.(İsayeva,2003)  

1991 – ci  ildən  sonra  başqa  ölkələrlə  əlaqələr  zəiflədiyindən  republikamızda  filiz  üzrə  dağ – mədən  

sənayesi  tənəzzülə  uğramışdır.Lakin, yeni  sənaye  sahələrinin  yaranması  ilə  əlaqədar  mülki  və  sənaye  ob-

yektlərinin  tikintiləri üçün vacib  olan qeyri – filiz  və  inşaat  materiallarına  təlabat  artdığından  belə  yataqla-

rın  geniş  istismarına  başlanmışdır.Hazırda  bu  yataqlarda  300 – ə  yaxın  təşkilat  və  firmalar  istismar  işləri  

aparır. 

Əvvəllər  geniş  həcmli  istismar  işləri  aparılan  Daşkəsən  rayonunda  istismar  sahələrində  və  filiz  saflaş-

dırma  kombinatı  yerləşən  ərazidə, həmçinin  Zəylik  alunit  yatağının  istismarı  sahəsində  və  Gəncə  gil – 

torpaq  kombinatı  ərazilərində  100  mln.m

3

 – la  ölçülən  istehsalat  tullantılarının  ətraf  mühitə  neqativ  təsiri  



davam  etməkdədir.Abşeronda  və  Qobustanda  əhəng  daşı  yataqlarının, Xəzər  sahilində  qum  yataqlarının, 

çay  vadilərində  qum – çınqıl  yataqlarının  kortəbii  istismarı  nəticəsində  ekoloji  problemlər  artmaqdadır.Bu  

regionlarda  quraqlıq  iqlim  və  güclü  küləklər  şəraitində  son  illərdə  karxanaların  miqdarı  15 – 20  dəfə  art-

mışdır.Ona  görə  də  Abşeronun  atmosferində  toz  xassəli  aerozolun  miqdarı  da  son  illər  xeyli  çoxalmış-

dır. 

Dağ  -  mədən  sənayesinin  ətraf  mühitdə  problem  yaradan  istehsalat  prosesləri  və  faktorları  aşağıdakı-



lardır. (İsayeva,2003)   

- Faydalı  qazıntıların  açıq  və  yeraltı  üsulla  çıxarılması; 

- Ətraf  sahədə  istehsalat  strukturunun  yerləşdirilməsi  və  onların  fəaliyyəti; 

- Zənginləşdirmə  və  ya  saflaşdırma  qurğularının  yerləşdirilməsi və  fəaliyyəti; 

- İstehsalat  tullantılarının  yaranması, toplanması, təkrar  istehsalat  tullantıları; 

- Ağır  yüklərin  nəqli; Yarımfabrikat  məhsulların  hazırlanması  üzrə  qurğuların  yerləşdirilməsi  və  onla-

rın  fəaliyyəti. 

Yuxarıdakı  proseslərin  hər  bir  mərhələsində  çoxsaylı  problemlər  yaranır, bu  problemlərin  əsas  faktor-

ları  bunlardır:toz, səs, vibrasiya, istehsalat  tullantıları, texnogen  sular, ağır  metalların  çökməsi, zərərli  qarı-

şıqlar, zərərli  kimyəvi  reaksiya  məhsulları, toksiki  tullantılar, atmosferə  buraxılan  tullantılar, məişət  tullantı-

ları  və s. 

Dağ   -  mədən  sənayesinin  ətraf  mühitdə  yaratdığı  problemləri  aşağıdakı  kimi  qruplaşdırmaq  olar: 

a)  Ətraf  mühitdə  baş  verən  dəyişmələr: torpaq  və  bitki  deqradasiyası  və  çirklənməsi,  atmosfer  havası-

nın, səth  sularının, yeraltı  suların  çirklənməsi, əsaslı  landşaft  dəyişmələri. 

b)  Geoloji  mühitdə  baş  verən  dəyişmələr: təbii  -  texniki  şəraitin, hidroloji  rejimin  və  tektonik  rejimin  

pozulması, geokimyəvi  dəyişmələr. 

c) Törəmə  problmlər:tədrici  landşaft  dəyişiklikləri,  ekzogen  geoloji  proseslərin  aktivləşməsi, seysmik  ak-

tivləşmə  və  s. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin