13.3.6. Dağ meşələri
Dağlıq rayonlarda meşə bitkisi yüksəklik qurşaqlığı ilə səciyyələnir. Respublikanın ayrı-ayrı dağ sistemlə-
rində bitki qurşaqlığı qanunauyğunluğunda müəyyən oxşarlıq olsa da onları bir-birindən fərqləndirən cəhətlər də
var. Böyük Qafqazda və Kiçik Qafqazın şimal, şimal-şərq makroyamaclarında aşağı dağ meşə qurşağında
(600(900-1000)m vələslə qarışıq iberiya palıdı meşələri, orta dağ qurşağında şərq fıstığı meşələri, yuxarı dağ-
meşə qurşağında isə şərq palıdı, tozağac və yüksək dağ ağcaqayını meşələri yayılmışdır.
Lənkəran regionu rayonlarında aşağı meşə qurşağında şabalıdyarpaq palıd, qafqaz vələsi və bir sıra hirkan
relikt cinslərinin iştirakı ilə mürəkkəb tipli dəmirağac meşələri yayılmışdır. Lənkəran regionunun aşağı meşə
qurşağında meşələr üçüncü dövrün relikt və endem növlərinin zənginliyi ilə seçilir. (ipək akasiyası, azatağac,
xəzər lələyi, hirkan əncili və s.)
Meşələrimizin 90%-i (təminin 800min ha) dağ yamaclarında yerləşir. Dağ meşələrinin çox hissəsi Böyük
Qafqazda (360 min ha) yayılmışdır. Kiçik Qafqazda meşə ilə örtülü sahə 250 min ha, Talış dağlarında isə 134
min ha təşkil edir. (Şəkil 13.5).
Tədqiqatlar göstərir ki, dağlarımızda meşənin təbii (iqlim) yuxarı sər-
hədi iyul ayının orta temperaturu 10dərəcə və bir qədər də aşağı olan
xətdən keçməlidir. Bu qanunauyğunluğu respublikamızın ayrı-ayrı dağ-
lıq vilayətlərinə tətbiq edək. Əgər 10dərəcə iyul izotermini meşənin iq-
lim sərhədi qəbul etsək, qışı rütubətli keçən və soyuq iqlimə malik olan
Böyük Qafqazın cənub yamacında və Kiçik Qafqazın şimal-şərq yamacı
rayonlarında (Göygöl, Gədəbəy, Daşkəsən) bu sərhəd 2600-2650m-dən,
qışı quraq keçən, nisbətən kontinental soyuq iqlimə malik olan Kəlbəcər
və Laçın rayonlarında 2800m-dən, yayı quraq kontinental iqlimi olan
Naxçıvan zonasında isə 3000m-dən keçməlidir.
Apardığımız tədqiqatlar göstərir ki, respublikamızda insanın təsərrü-
fat fəaliyyətinin təsiri nəticəsində meşənin yuxarı iqlim sərhədi çox bö-
yük dəyişikliyə uğramışdır. Hazırda demək olar ki, meşənin təbii yuxarı
sərhədi hər yerdə antropogen amillərin təsiri nəticəsində pozulmuş, aşağı
salınmışdır. Meşənin müasir (antropogen) yuxarı sərhədi respublikamı-
zın dağlıq rayonlarında orta hesabla 1600-2000 m hündürlükdən keçir.
Bu hündürlük isə iyul ayının orta temperaturu 14-17dərəcə olan yüksəkliyə uyğun gəlir. Çox nadir hallarda,
məs. Tərtərçay hövzəsində 2350-2400m-də tozağac meşəsinin qalıqlarına , ardıc kollarına isə Gəncə çayın sol
sahilində 2400-2500m, Zəyəmçayın mənbəyində, dağın lap zirvəsinə qədər (2600-2700m)rast gəlinir.
Azərbaycanın dağ meşələrində əsasən fıstıq, palıd və vələs üstünlük təşkil edir.
Dostları ilə paylaş: |