Şabalıdyarpaq palıd meşələri
Şabalıdyarpaq palıd meşələri Lənkəran regionunda geniş areala malik olub düzən zonadan başlayaraq yuxa-
rı dağ-meşə qurşağına qədər yayılmışdır. Talışın dağlıq hissəsində şabalıdyarpaq palıd meşələri əsasən yamacla-
rın cənub baxarlarında və yal hissəsində bitir. Aşağı meşə qurşağında palıd meşələrinin tərkibinə dəmirağac,
ipək akasiyası, azatağac və vələs qarışır.
Bütün şabalıdyarpaq palıd meşələri insan tərəfindən bu və ya digər dərəcədə pozulmağa məruz qalmış, sey-
rəlmiş və ya törəmə ağac və kollarla əvəz olunmuşdur.
Tədqiqatlarımız göstərir ki, aşağı meşə qurşağında dəniz səthindən 200-300m yüksəkliyə kimi palıd - dəmi-
rağac meşəliyində uzun müddət mal-qara otarılması və ağacların qanunsuz kəsilməsi nəticəsində pöhrədən əmə-
lə gələn təmiz (sırf) dəmirağac meşəliyi yaranır, palıd isə sıradan çıxır. Burada dik yamacların güney baxarla-
rında eroziyaya uğramış sahələrdə insanın uzun müddətli mənfi təsiri nəticəsində şabalıdyarpaq palıd meşələri
nəhayət quraqlığa davamlı kollarla (qaratikan, yemişan, heyva və s.) əvəz olunur. Orta meşə qurşağında (600-
1300-1500m) meşəsizləşdirilmiş, eroziyaya məruz qalmış yamacları kolluqlar (kollaşmış azatağac, heyva, yemi-
şan, dovşanalması, əzgil, qaratikan və s.) tutur.
Dostları ilə paylaş: |