ETNOPSİXOLOGİYA
80
Suallar
1. Etnik özünüdərketmə haqqında məlumat verin.
2. Etnik identiklik nədir?
3. Etnik identikliyin inkişafına hansı amillər təsir göstərir?
4. Etnik identikliyi ölçmə modelləri hansılardır?
5. Etnik- milli xarakter anlayışı haqqında məlumat verin
6. Etnik-milli xarakterin təzahür xüsusiyyətləri hansılardır?
7. Milli hisslər haqqında məlumat verin.
8. Hiss və emosiyaların qavranılmasına hansı amillər təsir
göstərir?
Ədəbiyyat
1. Bayramov Ə. Etnik psixologiya. B., 2001
2. Əlizadə. Ə.Ə. Azərbaycan etnopsixologiyasına giriş. Вakı,
2003. 352 səh.
3. Əliyev R.İ. Mentalitet. Bakı, 2009. 309 səh.
4. Əliyev R.İ. Şəxsiyyətin və onun formalaşmasının etnopsixoloji
əsasları. Bakı, 2000.442 səh.
5. Баранова Т.С. Психологическое исследование социальной
идентичности //
Социальная идентификация личности – 2. М., 1994. Кн. 2.
С. 202-237.
6. Белинская Е.П., Стефаненко Т.Г. Этническая
социализация подростка. М.;
Воронеж, 2000.
7. Хотинец В.Ю. Этническое самосознание и его роль в
развитии индивидуальности
человека. Учеб. пособ. – Ижевск: Изд-во Удм.ун-та, 1996.
8. Этнопсихология: практикум: Учебное пособие для
студентов вузов / Т.Г.Стефаненко. – М: Аспект Пресс,
2006.
ETNOPSİXOLOGİYA
81
III FƏSİL
ETNOSLARARASI MÜNASİBƏTLƏRİN
SOSİAL-PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
3.1. Etnik və sosial stereotiplərin mahiyyəti
Psixologiya elminin, xüsusilə onun sosial və etnopsixologiya
sahələrində istifadə edilən əsas analyışlardan biri də stereotip,
sosial stereotip və etnik stereotip analyışlarıdır. İlk növbədə onu
qeyd edək ki, stereotip sözü yunan dilində stereos möhkəm + tupos
iz deməkdir. Sosial stereotiplər hər hansı bir hadisə, qrup, tarixi
şəxsiyyət, peşə, xalq haqqında yalnız müvafiq sosial məkanda
yaşayan insanlar üçün səciyyəvi olan təsəvvürlərdən ibarət olan
psixi hadisədir. İnsanlar sosial stereotiplərə sosializasiya prose-
sində yiyələnirlər. “Sosial stereotip” termini ilk dəfə amerikan
sosioloqu U.Lipman tərəfindən 1922-ci ildə “İctimai fikir” əsərində
işlədilmişdir. U.Lipmana görə, stereotiplər mədəniyyətlə deter-
minasiya olunan, nizamlanan “dünya təsviridir” və onun köməyi
ilə mürəkkəb sosial obyektlərin qavranılması üçün göstərdiyimiz
səylərə qənaət edir və dəyərləri, mövqeyimizi və hüququmuzu mü-
dafiə edirik. Başqa sözlə ifadə etsək, stereotiplər sosial informasiya
axınında insanı istiqamətləndirir və ona özünü qiymətləndirməsini
qorumağa kömək edir. Stereotiplər sadə, ümumiləşmiş və bəzən də
təhrif olumuş şəkildə olduğu üçün o qədər də etibarlı deyildir. Hər
bir stereotipdə sosial obyektlər haqqında müəyyən biliklər öz əksini
tapır, lakin onların əsas funksiyası heç də bunula bağlı deyildir.
Stereotiplər əsasən sosial obyektlərə (peşə, xalq, qrup, müəyyən
sinif, əhali təbəqəsi və s.) müəyyən münasibət yaradır, eləcə də
fərdin sosializasiyasına kömək edir. Stereotiplər insanların şəxsi
təcrübəsinin ümumiləşdirilməsi əsasında formalaşdırılr. Adətən
tamaşa etdiyimiz filmlər, oxuduğumuz müxtəlif ədəbiyyat nümu-
nələri, eşitdiyimiz əhvalatlar və söhbətlər, eləcə də şahidi oldu-
ğumuz hadisələr müəyyən sosial obyekt haqqında müvafiq stereo-
tipin yaranmasına eləcə də olan stereotipin daha da möhkəm-
lənməsinə səbəb olur. Sosial stereotiplər bir tərfdən insanların,
|