Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə76/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   338
ETNOPSIXOLOGIYA

2.6. Mədəniyyət və emosiya 
İnsanlar üçün həm universal, həm də fərqli emosiyaların 
olması etnopsixoloji mədəniyyət faktrı ilə bağlıdır. Mədəniyyət, 
etnopsixoloji fərqlə insana təsir göstərir və onun emosional-iradi 
sferasını formalaşdırır. Bunula oxşar və fərqli hisslər yaşanılır. 
İnsan emosiyalarının tədqiqi ilə aparılan krosskultural tədqiqatların 
bir qismi emosiyaların ifadə olunması (mimika) ekspressiyası ilə 
bağlıdır.
İnsan emosiyaları heç də təməl emosiyalarla məhdudlaşmır. 
Sadəcə olaraq digər emosiyalar həmin emosiyalar əsasında for-
malaşır və mədəniyyətin təsirindən asılı olaraq fərqli şəkildə təza-
hür edir. Ekman və Frizen ziddiyətli suallara aydınlıq gətirmək 
üçün emosiyaların ifadəsinin mədəni qaydaları konsepsiyasını tək-
lif etdilər. Onlar qeyd edir ki, mədəni fərqlər universal emosi-
yaların ifadə olunması ilə bağlı irəli sürülən qayda və şərtlərdə 
özünü göstərir. Öz fərziyyələrini yoxlamaq üçün Ekman və Frizen 
yoxlanılanlara güclü stres yaradan film nümayiş etdirmiş və 


ETNOPSİXOLOGİYA 
79 
onların reaksiyasını videolentə çəkmişlər. Eksprementin birinci 
mərhəlləsində yoxlanılanlardan başqa zalda heç kim olmamışdır. 
İkinci seriyada isə yoxlanılanlardan eksperimentatorla birlikdə 
filmə baxmaq təklif olunur. Çəkilişin nəticələrinin təhlili əsasında 
məlum oldu ki, amerikanlardan fərqli olaraq yaponlar, başqaların 
iştirakı şəraitində neqativ emosiyalarını gizlətmiş və yalnız 
gülümsəmişlər. Deməli, mədəni dəyərlərin təsiri olmadığı mərhə-
lədə, həm amerikanlar, həm də yaponlar eyni formada yaşadıqları 
emosiyaları göstərmişlər.Yəni güclü stresə uyğun olaraq qəzəb, 
qorxu hissini ekspresiya etmişlər. İkinci mərhələdə isə mədəni 
fərqlər dərhal özünün təsiri göstərmiş və yaponlar yalnız 
təbəssümlə reaksiya vermişlər. Ona görə ki, özündən yaşlı şəxsi 
kədərləndirmək, ümumən başqasına neqativ emosiyanı nümayiş 
etdirmək yapon əxlaqına görə olmaz. Göründüyü kimi, birinci 
mərhələdə emosiyaların universallığı, ikinci mərhələdə isə mədəni 
fərqlər özünü göstərdi.
“Keep smiling” amerikanların gündəlik həyatda qarşılıqlı 
münasibətlərin tənzimlənməsi üçün istifadə etdiyi etiket 
qaydasıdır. İslam əxlaqında gülüş, təbbəsüm sədəqə səviyyəsində 
dəyərləndirilməsinə baxmayaraq, bu etiket qaydası hal-hazırda 
amerikanlar tərəfindən daha çox istifadə olunur. Bu gün ameri-
kanların gündəlik ünsiyyət zamanı istifadə etdikləri ameri-
kansayağı təbbəsüm, heç də ondan istifadə edən şəxsin əhvalının 
göstəricisi deyil. Bu sadəcə olaraq işgüzar təbəssümdən başqa bir 
şey deyil. Ona görə də ilk dəfə amerikanlı ilə rastlaşan emiqrant elə 
başa düşməsin ki, qarşı tərəf onu gördüyü üçün sevinir. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin