Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Funksional inikasın ən yüksək səviyyəsi sosial inikasdır



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə190/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   186   187   188   189   190   191   192   193   ...   307
333 felsefe muhazireler toplusu eyani

Funksional inikasın ən yüksək səviyyəsi sosial inikasdır
. O, ictimai şüurun 
bütün formalarını, habelə inikasın insan psixikasının, şüurun fəaliyyəti ilə bağlı 
olan fərdi inikasın yeni sahəsi - şüur, abstrakt təfəkkür formalaşır. 
İnikasın canlı təbiət üçün səciyyəvi olan ilk forması qıcıqlanmadır. Qıcıqlanma 
orqanizmin müəyyən qıcıqlandırıcıların təsirinə sadə, spesifik cavab reaksiyasıdır. 
(Məsələn, bitkilər günəş işığının təsiri ilə öz ləçəklərini yumur və açırlar). 
Orqanizmin psixikayaqədərki forması olan qıcıqlamna zamanı onun xarici tə-
sirlərə cavab reaksiyası bütünlüklə orqanizmin daxili enerjisi hesabına baş verir. Bu 
halda xarici qıcıqlandırıcının enerjisi orqanizmdə yalnız daxili proseslər törədir. 
Canlı təbiətdə inikasın inkişafının növbəti mərhələsi həssaslıq, duymaq qabiliyyə-
ti olmuşdur. Canlılar üçün səciyyəvi qıcıqlanmadan fərqli olaraq duyğu yalnız heyvan 
və insan üçün xarakterikdir. Duyğuda xarici qıcıqlandırma enerjisi şüur faktına çevri-
lir. Qıcıqlanma kimi duyğu da xarici aləmin orqanizmə təsirinin nəticəsidir. Həm də 
bu halda orqanizmin cavab verdiyi xarici qıcıqlandırıcılar dairəsi xeyli genişdir. İndi 
orqanizm rənglərə, qoxulara, səslərə reaksiya göstərir, dadı duyur, istini, soyuğu, rütu-
bəti qavrayır və başqa mexaniki, fiziki təsirlərə cavab verir. Orqanizmdə yalnız müəy-
yən xarici təsirləri qavraya bilən orqanlar yaranır. Orqanizm inkişaf etdikcə onun duy-
ğuları da get-gedə zəngin və rəngarəng olur, ətraf mühitə uyğunlaşmaq qabiliyyəti ar-
tır, mühitlə xüsusi əlaqə orqanı - mərkəzi əsəb sistemi meydana gəlir. İnikas formala-
rının təkamülü ilə yanaşı, onun gerçəkliyə adekvatlıq dərəcəsi də artır. O getdikcə dif-


206
ferensiallaşaraq orqanizmə ətraf mühit haqqında daha çox informasiya verir. Heyvan 
psixikasının yüksək inkişaf səviyyəsi və inkişafın yüksək adekvatlıq dərəcəsi inikasın 
ali forması olan insan şüurunu yaratmışdır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin