Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə193/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   189   190   191   192   193   194   195   196   ...   307
333 felsefe muhazireler toplusu eyani

ikinci səviyyəsi 
insanın öz-özünü hər hansı bir insan birliyi-
nə, ayrıca bir mədəniyyətə və ya sosial qrupa məxsus olan varlıq kimi dərk etməsilə 
bağlıdır. 
Nəhayət, bu prosesin inkişafının
 ən yüksək üçüncü səviyyəsini
"Mənlik" şüu-
runun yaranması təşkil edir. Bu səviyyədə insan öz "Mən"inin digər şəxslərdən ox-
şar və fərqini - özünün nadir varlıq olmasını və təkrar olunmazlığını, sərbəst hərə-
kətlərə qadir olmasını, hərəkət və davranışları üçün məsuliyyət hissi daşımasını, 
onlara nəzarət etməyin və onları düzgün qiymətləndirməyin vacibliyini dərk edir. 
Lakin mənlik şüuru özünüdərkin müxtəlif forma və səviyyələri olaraq qalmır. 
Mənlik şüuru həm də özünü qiymətləndirmə və özünə nəzarətdir. Mənlik şüuru insa-
nın özünü özü üçün ideal kimi qəbul etdiyi "Mən" ilə tutuşdurmasının və bu müqayi-
sənin gedişində özü haqqında razılıq və ya narazılıq hissinin yaradılmasını tələb edir. 
Mövcudluğu heç bir şübhə doğurmayan mənlik şüuru insanın mühüm keyfiyyət-
lərindən olub, onun intellektual həyatında mühüm rol oynayır. R.Dekart təsdiq edirdi 
ki, mənlik şüuru təkzibedilməz yeganə faktdır. Əgər mən hər hansı bir cismi görürəm-
sə o, həqiqətdə illüziya və ya qarabasma da ola bilər. Lakin mən nə özümün, nə də 
qavrama qabiliyyətimin mövcudluğuna şübhə edə bilmərəm. Bununla belə mənlik 


209
şüuru haqqında düşüncələr müəyyən paradoksallıqdan da məhrum deyil. Axı özünü 
dərk edə bilməsi üçün insan özünə kənardan baxmağı bacarmalıdır. 
Halbuki özümü kənardan mən deyil, ancaq başqası görə bilir. Zira göz özün-
dən başqa hər şeyi görməyi bacarır. Özünü kənardan görə bilmək, özünü qavraya 
bilmək üçün, sözsüz ki, insana güzgü lazımdır. Güzgüdə öz surətini görən və bunu 
yaddaşında möhkəm saxlayan insan sonradan güzgüsüz də öz şüurunda özünü "kə-
nardan" görmək imkanı qazanır. Lakin güzgüdə özünü görən adam özünü inandır-
mağı bacarmalıdır ki, onun güzgüdə gördüyü adam başqası deyil, məhz onun özü-
dür. İlk baxışdan adama elə gəlir ki, onun güzgü inikası mütləq mənada onun özü-
dür. Lakin həqiqətdə bu belə deyil. Nəzərə almaq lazımdır ki, hisslərə malik olan 
heyvan güzgüdə özünü tanıya bilmir. Deməli, özünü görə bilməsi üçün insanda irə-
licədən mənlik şüurunun müəyyən forması olmalıdır. Lakin insan üçün belə forma-
lar əzəli deyildir, onları insan özü quraşdırır və mənimsəyir. Həm də bu formaları 
o, real güzgü ilə deyil, metaforik güzgü vasitəsilə mənimsəyir. Bu metaforik güzgü 
isə digər adamlardır, insan cəmiyyətidir. 
İnsanın öz-özünə münasibəti onun digər adamlara münasibətilə müəyyən olu-
nur. Mənlik şüuru təcrid edilmiş, ayrıca bir şəxsin daxili tələbatından deyil, kollek-
tiv praktiki fəaliyyətdə, insanlararası münasibətlər sistemində yaranır. 
Mənlik şüuru nəinki müxtəlif formalarda, həm də müxtəlif dərəcədə təzahür 
edir. Yuxarıda qeyd etdik ki, müəyyən qrup hadisəni dərk etməyə çalışan insan hər 
şeydən əvvəl həmin hadisələr sistemində özünün yerini, rolunu aydınlaşdırmağa və 
öz şüurunun bu hadisələrdən keyfiyyət fərqini müəyyənləşdirməyə çalışır. Lakin bu 
halda insanın şüuru bütövlükdə xarici aləmə tuşlandığından onun şüuru, idrakı bila-
vasitə onun şüurlu fəaliyyət sahəsinə daxil olmur. Necə deyərlər, bu halda mənlik 
şüuru hələ "qeyri-aşkar" səciyyə daşıyır. Cismin qavranılmasının bir sıra məqamla-
rı məhz bu maraqlı hadisə ilə bağlıdır. Belə bir misala baxaq. Məlumdur ki, insan 
cismə toxunduqda öz əlini deyil, cismi duyur. Bu halda hissi qavrayış insan haqqın-
da deyil, predmet haqqında məlumat verdiyindən insan şüurun yalnız "arxa planın-
da" cismə toxunduğunu hiss edir və qazanılmış informasiyanı barmaqlarının ucla-
rında lokallaşdırır. Cismə barmaqları ilə deyil, çubuqla toxunan adamın hissi qavra-
yışları yenə də çubuğa deyil, cismin özünə aid olacaqdır. Buna görə də çubuq şüu-
run fokusunda olmayıb, onun periferiyasında duracaq və insan bədəninin davamı 
kimi qavranılacaqdır. Həm də bu halda cismin adamda yaratdığı qavrayış onun bar-
maqlarında deyil, çubuğun ucunda lokallaşacaqdır. 
Şüur hadisələrinin subyektin xüsusi analitik fəaliyyət predmetinə çevrildiyi 
hallarda təzahür edən mənlik şüuru formaları 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin