Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə40/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   307
333 felsefe muhazireler toplusu eyani

Anaksimen 
(e.ə. 585-524) 
Falesin və Anaksimandrın tələbəsi olmuş, onların təlimlərini əsaslandırmış və inki-
şaf etdirmişdir. Anaksimen 
havanı
hər şeyin başlanğıcı hesab edirdi. O deyirdi ki, 
hər şey Havadan yaranır və son nəticədə havaya çevrilir. 
Milet məktəbi dünyaya olan materialist baxışların inkişafında xüsusi rol oyna-
mış və bəşəriyyətin fəlsəfi fikrinin tərəqqisinə böyük təsir göstərmişdir. 
Dünyanın maddiliyini qəbul etməklə yanaşı, gerçəkliyin hadisələrinə dialektik-
cəsinə yanaşmaq Antik dövrün bəzi müdriklərinə xas olan səciyyəvi xüsusiyyət idi. 
Bu cəhətdən Heraklitin fəlsəfəsi diqqətə layiqdir. 
Hefes məktəbi. Efesli Heraklitin fəlsəfi baxışları. Efesli Heraklit 
(e.ə. 540-
480) yüksək rütbəli, aristokrat ailəsində anadan olmuşdur. Heraklit təliminin tarixi 
əhəmiyyəti ondan ibarətdir ki, o, dünyanın maddiliyi ideyasını təbiətin hərəkəti və 
dəyişməsi fikri ilə zənginləşdirdi. Heraklitin fəlsəfi görüşləri, dünya haqqındakı fi-
kirləri onun "Təbiət haqqında" əsərində şərh olunmuşdur. Bu kitabda bir sıra təbiət 
hadisələrinin, o cümlədən, ildırımın, şimşəyin çaxmasının səbəbləri izah edilir
dünyanın meydana gəlməsi və onun dialektik inkişafı haqqında diqqətəlayiq fikirlər 
söylənilir. Heraklit deyirdi ki, bütün mövcudatın əbədi, maddi əsası oddur. Bu od 
daimi hərəkətdədir. Bütün predmetlər, cisimlər oddan yaranır və "öldükdə" yenidən 
oda çevrilirlər. Təbiət, Kainat atəşin əbədi hərəkətinin - sönməsinin və alovlanma-
sının məhsuludur. 
Gerçəkliyin hadisələrinə dialektikcəsinə yanaşan Heraklit "Loqos" (söz, fikir, 
əql, qanun) haqqında təlim yaratmışdır. O deyirdi ki, təbiətdə hər şey "Loqos" vasi-


43
təsi ilə baş verir. Loqos əbədidir, ümumidir və zəruridir. Loqos əksliklərin mübari-
zəsidir. Heraklit sübut etməyə çalışırdı ki, əksliklərin mübarizəsi bütün mövcuda-
tın, hərəkətin və inkişafin mənbəyidir. O yazırdı: "Hər şey mübarizə vasitəsi ilə, zə-
rurətdən baş verir". Heraklit öz sələflərindən irəliyə gedərək hərəkətin mənbəyini 
müəyyən etdi. O, hərəkəti əksliklərin mübarizəsinin doğurduğu qanunauyğun pro-
ses kimi başa düşürdü. Bütün bunlar onu dialektikanın banilərindən biri hesab et-
məyə tam əsas verir. Heraklit öyrədirdi ki, "təbiət əbədi dəyişmə prosesindədir, hər 
şey axır, hər şey dəyişir, Kainatda hərəkətsiz heç bir şey yoxdur". Filosofun fikrin-
cə, "eyni bir çaya iki dəfə girmək olmaz". O, təbiətdəki inkişafı, dəyişməni hadisə-
lərin öz əksliyinə keçməsi kimi başa düşürdü. Əksliklər biri digərindən ayrılıqda 
mövcud olmur. Məsələn, hissə bütövsüz, düz əyrisiz, qara ağsız, soyuq istisiz, bö-
yük kiçiksiz, mənfi müsbətsiz, gözəl çirkinsiz, mövcud ola bilməz. Hər cür inkişaf 
əksliklərin mübarizəsi vasitəsi ilə baş verir. 
Heraklit dünyanın dərk edilməsi haqqında da maraqlı mühakimələr yürütmüş-
dür. Onun fikrincə, dünya dərk olunandır. Dünyanın dərk olunması hiss üzvlərinin 
və təfəkkürün vasitəsilə həyata keçirilir. Heraklit qeyd edirdi ki, idrak hissi qavra-
yışdan başlanır. Hiss üzvləri, tək-tək şeylər haqqında məlumat verir. O, idrakda tə-
fəkkürə mühüm əhəmiyyət verərək deyirdi ki, Loqos -təbiət ən ümumi qanunauy-
ğunluğu kimi insanın təfəkkür fəaliyyəti ilə həyata keçirilir. O yazırdı: "Təfəkkür 
böyük ləyaqətdir, müdriklik məhz ondan ibarətdir ki, həqiqəti söyləyəsən və təbiətə 
qulaq asaraq, onunla düzgün rəftar edəsən". Heraklitin fikrincə, idrakda əsas məq-
səd "Loqosu" dərk etməkdir. Loqos obyektiv xarakterə malikdir. Bunlarla birlikdə 
Heraklit dialektikasının və materializminin bir sıra məhdud cəhətləri lə var idi. 
Onun dialektikası kortəbii, materializmi isə sadəlövh xarakter daşıyırdı. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin