Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


şeylərin ierarxik qaydasını



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə37/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   307
333 felsefe muhazireler toplusu eyani

şeylərin ierarxik qaydasını 
bərqarar 
etmək üçün vaxtaşırı istifadə olunurdu .Məntiqi metodologiyanın olmaması onun 
numeroloji metodologiya ilə əvəz olunmasına gətirib çıxarmışdı. O da öz növbəsin-
də (öz aralarında simvolik və assosiativ əlaqəsi), say komplekslərindən və məkan 
strukturundan ibarət olmuşdur. Numerologiyanın əsasında üç rəqəm: 2, 3 və onla-
rın cəmi 5 rəqəmi dururdu. Şeylərin yarandığı gündən ona ikilik və beşlik xasdır. 
Qüvvələrin ikili ontologiyası 
in 
və y
an; 
üçlü ontologiyası səma, torpaq, insan; beşli 
ontologiyası 5 element hesab olunurdu. Qədim Çin fəlsəfi qnoseologiyasına əsasən 
formasız zülmətdən iki ruh– kişi ruhu 
yan, 
qadın ruhu 
in 
doğulmuşdur. Kişi ruhu 
səmanı, qadın ruhu isə yeri idarə etməyə başlamışdır.
Qədim Hindistan və Çin fəlsəfəsinin xüsusiyyətləri. 
Qədim Hindistan və 
Çində varlıq, insan, kainat, qanun, cəmiyyət və i.a. problemlərə dair spesifik fəlsəfi 
baxışlar olmuşdur. Dünyanın, insanın, kainatın mənşəyi məsələsi mifoloji tərzdə 
təhlil olunurdu, dünyagörüşü mifoloji səciyyə daşıyırdı, təbiət canlılaşdırılırdı. Mə-
sələn, kosmosun mənşəyi bioloji varlıqlarla analoji izah olunurdu: hindlilərə görə 
kainat göy və yerin evlənməsindən əmələ gəlmişdir. Çinlilərə görə isə, dünyada 
«qayda-qanun yaradan» iki ruh vardır: kişi ruhu göyü, qadın ruhu isə yeri idarə 
edir. 
Şər haqqında çox qədimdə belə mifik təsəvvür vardı ki, onları zərərli ruhlar
fövqəltəbii qüvvələr törədir. Lakin sonradan şərin adi insanlar törədildiyini öz göz-
ləri ilə görən hindlilər, onun mənşəyi haqqında yeni əfsanəvi baxışlar yaratdılar. Bu 


40
cəhətdən Budda haqqında əfsanə daha simvolikdir.
Sonralar isə hindlilər varlığın, mövcudatın əsasına «sat» adlandırdıqları «həqi-
qi, real varlığı», çinlilər isə «daonu» qoyur və belə yekun vururdular ki, «dünyada 
bütün mövcud olanlar varlıqdan meydana gəlir, doğulur. Varlıq isə yoxdan, heç nə-
dən yaranmışdır». 
Qədim Hind və Çin fəlsəfəsində idrak, məntiq, qnoseologiya məsələlərinə dair, 
bu gün də əhəmiyyətli olan müəyyən ideyalar vardır. Həmin məsələlərdə məntiqi 
idraka, rasional təfəkkür metodlarına, ümumi əqli nəticələr hazırlanmasına üstün-
lük verilsə də, idrakın mənbəyi hiss üzvləri hesab olunurdu. Hind fəlsəfəsində həqi-
qətin dərk edilməsinin üç metodu (vasitəsi) qeyd edilirdi: qavrama («pratyakşa»), 
məntiqi nəticə («anuman» və nüfuz (avtoritet) şahidliyi («şabda»). Sonralar bunlara 
iki metod da əlavə olunmuşdu: müqayisə («pramana») və fərziyyə və ya ehtimal 
(«mimansa»). Budda məntiqində isə həqiqətin nisbiliyi ideyasına üstünlük verilirdi. 
Qədim Şərq fəlsəfəsində insana münasibətdə ona təbiətlə vəhdətdə, onun bir 
hissəsi kimi baxılırdı. Allahların insanabənzərliyi, onların ümumi həyat yaşaması, 
insanın allahla eyniləşdirilməsi ideyası güclü olmuşdur. Allahlar nəinki hər şeyə 
qadir idilər, həmçinin insanlar kimi qəzəblənir, sevinir, cəza verir və s. Dünya bina-
sının qayda-qanunları, kortəbii-xaotik inkişafın tənzimlənməsi və dini-mifoloji 
tərzdə həll edilirdi. Vedlərdəki mifoloji rəvayətə görə dünya binasının tənzimlən-
məsi orada nizam qoyulması minbaşlı, minayaqlı, mingözlü «ilk insan» olan «Pu-
ruşa» aid edilirdi. Rəvayətə görə Puruşun ruhu və ya əqlindən - Ay, gözündən – 
Günəş, nitqindən - atəş, nəfəsindən - külək və s. əmələ gəlmişdir. Cəmiyyətdəki in-
san zümrələrinin (təbəqələr, kastalar) əmələ gəlməsi də Puruşla bağlı izah edilirdi. 
Guya onun ağzından kahinlər (brahmanlar), əllərindən hərbçilər, belindən tacirlər, 
ayaqlarından kəndlilər, qullar və digər əməkçi insanlar əmələ gəlmişlər. Dünyanın 
əmələ gəlməsi qədim Çin mifologiyasında eyni cür, əfsanəvi «ilk insan» olan Pan-
qu ilə əlaqədar izah olunurdu. Beləliklə, bu mifoloji fikirlərdə kosmos və insanın, 
təbiət və cəmiyyətin vəhdəti, onların maddi mənşəyi ideyası, insan və kosmosun 
ahəngdarlığı fikri bir daha ifadə edilmişdir. 
Ümumiyyətlə, Qədim Şərq fəlsəfəsi dünya fəlsəfi fikrinin inkişafına böyük 
xidmət göstərmişdir. Qədim Şərq mütəfəkkirlərinin fəlsəfəsinin bir çox tezisləri 
sonrakı fəlsəfi sistemlərə daxil olmuşdur.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin