15
Statistik məlumatlar statistik müşahidələrin təşkili metodologiyasının
tələblərinə müvafiq informasiya ehtiyatları və sistemləridir. Konkret statistik
müşahidələrin aparılması məqsədilə statistik registrin informasiya fondundan istifadə
edilir.
Statistik registr statistik vahidlərin Dövlət registrinin statistik müşahidə
obyektlərinin ümumi məcmusuna uyğun tərtib edilir və onun tərkibinə aşağıdakı
ünsürlər aid edilir:
- statistik vahidlərin registri,
- statistik vahidlərin ümumi məcmusu,
- statistik registrin informasiya fondu.
Müəssisə və təşkilatların statistik registri müşahidə olunan hər bir obyekt
üzrə informasiyanın toplanması, işlənməsi, yayılması, saxlanması və axtarışını təmin
edən informasiya sistemidir. Statistik registr əsasında seçmə müşahidələrinin əsası
formalaşdırılır, statistik müşahidənin nəticələri ümumi məcmuya şamil edilir, yekun
məlumatlar və analitik cədvəllər hazırlanır (15).
Ümumi şəkildə statistik registrin əsas məqsədlərinə aşağıdakıları aid etmək
olar:
- statistik müşahidələrin təşkili üçün statistik müşahidə vahidlərinin ümumi
məcmusunu formalaşdırmaq;
- ümumi məcmunun statistik təhlili üçün zəruri olan seçmə statistik
vahidlərin xarakteristikasını əldə etmək;
- statistik tədqiqatların keyfiyyətini artırmaq məqsədilə ekonometrik
metodların köməyi ilə məlumatları təhlil etmək;
- statistik vahidlərin məlumatları əsasında qruplaşdırma aparmaq və analitik
cədvəllər hazırlamaq;
- statistik müşahidələrin planlaşdırılması və aparılması üçün informasiya
fondundan istifadə etmək;
- statistik vahidlər i tam və dolğun əhatə edən demoqrafik xarakteristikaları
formalaşdırmaq.
Dostları ilə paylaş: