Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc


partiya  işçisi  olarkən  Mərkəzi  Komitədə  tə’limatçı



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə134/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   130   131   132   133   134   135   136   137   ...   166

partiya  işçisi  olarkən  Mərkəzi  Komitədə  tə’limatçı 
vəzifəsində işləyirmiş. Bir gün vəzifəcə ondan böyük olan 
bir  neçə  partiya  işçisi  dağ  rayonlarının  birinə  gedirmişlər. 
Bərk  yağış  yağır.  Bir  çayı  keçərkən  onların  maşınının 
matoru  sönür  və  qalırlar  düz  çayın  ortasında.  Özlərindən 
razı  partiya  işçiləri  bir-birlərinin  üzünə  baxırlar:  «Nə 
edək?». Onların biri vəzifəcə onlardan kiçik olan Səlimova 
üzünü  tutub,  deyir:  «Səlimov,  düş  aşağı,  maşını  itələ». 
Səlimov bir sağa baxır, bir sola. Hər yan sudur, üstəlik də 
sel  kimi  yağış  tökülür.  Deyir:  «Yoldaşlar,  qurban  olum 
sovet  hökumətinə  də,  kommunist  partiyasına  da,  amma 
quruda».  Hə,  indi  yoldaş  Səlimovun  sözü  olmasın,  yenə 
həvəslə gedərəm Yaponiyaya, amma isti mövsümdə. 
Həqiqətən  də,  soyuğu  xoşlamıram.  Soyuq  – 
soyuqluq yaradır. Soyuqluq – sevənləri bir-birindən ayırır. 
Vaxtilə soyuqluq və istilik barədə bir şe’r də yazmışam: 
 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin