Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə135/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   131   132   133   134   135   136   137   138   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
193 
Eşqimiz soyuqdan sətəlcəm olar 
 
Gəlsin isti sevinc, getsin soyuq qəm, 
Soyuqluq göstərmə heç zaman mənə. 
Yoxsa, ömrüm boyu üşüyəcəyəm, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
Bugün soyuqluğun əydi qamətim, 
Əyildi, düz yerə dəydi qamətim, 
Sənin istiliyin – istirahətim, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
...Soyuq adamların soyuq baxışı 
Səpələr başıma qüssə yağışı, 
Amandır, könüldən rədd elə qışı, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
Sevgi güllənərsə – qışda da yay var, 
Məhəbbət olmayan sinədə vay var, 
İsti ürəyimdə isti haray var, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
...İstilik işıqdır, işıq – yaraşıq, 
Sevgi məş’əlindən saç mənə işıq, 
Yaxşı ki, Sibirdə yaşamamışıq, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
O incə adətin qalıbsa əgər, 
Mənə məhəbbətin qalıbsa əgər, 
Odun, hərarətin qalıbsa əgər, 
Soyuqluq göstərmə heç zaman mənə. 
Şahin Fazil 
 
 
194 
 
...Qəlbim qəhərlənər, gözüm nəm olar, 
Canda Şahdağdan da böyük qəm olar, 
Eşqimiz soyuqdan sətəlcəm olar, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
Üzümüz, gözümüz, əlimiz donar, 
Dilimiz söz tutmaz, dilimiz donar. 
Tale bağçasında gülümüz donar, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
Adam var – fikrində, xülyalarında... 
Adam var – nəzəri dünya varında, 
Şahinsə – istilik intizarında, 
Soyuqluq göstərmə heç zaman mənə,  
Heç zaman mənə. 
 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin