partiyaların bir çoxu dövrə uyğun gəlmədiyinə görə sıradan
çıxdı. Başqaları isə öz sıralarını yenidən qurdu və bir sıra yeni
partiyalar yarandı. Fransa kommunist partiyası (FKP) Fransada
müqavimət hərəkatında fəal iştirakına görə böyük nüfuza malik
idi və ən çoxsaylı partiyalardan biri idi. Bu partiyanın
üzvlərinin sayı 1945-ci ildə 800 min nəfəri ötüb keçdi. Digər
partiya xalq içərisində böyük nüfuza malik Fransa sosialist
partiyası (FSP) idi. 1946-cı ildə onun üzvlərinin sayı 350 min
132
nəfər idi. 1944-cü ildə köhnə katolik partiyasının yerində
inhisarçı burjuaziyasının mənafeyini müdafiə edən Xalq
Respublika hərəkatı (XRHP) partiyası yarandı. Bu partiyanın
görkəmli nümayəndələrindən Şuman, Bido, Manto və
başqalarını göstərmək olardı. Digər yeni yaranan partiya əsasən
inhisarların və iri burjuaziyanın mənafeyini müdafiə edən
1945-ci ildə təşkil edilmiş Respublika azadlığı (RAP) partiyası
idi. Yaranan yeni partiyalardan biri də Şarl de Qollun başçılıq
etdiyi Aşkarlar ittifaqı idi. Müqavimət hərəkatının bir çox
üzvləri isə Müqavimətçilərin demokratik və sosialist ittifaqı
partiyasını (MDSİP) yaratdılar ki, o, əsasən xırda və orta
burjuaziyanın mənafeyini müdafiə edirdi. Bu partiyada ən çox
iri dövlət məmurları təmsil edilmişdi. Xırda və orta
burjuaziyanın mənafeyini müdafiə edən radikallar partiyası da
öz fəaliyyətini davam etdirməyə başladı. Fransa həmkarlar
mərkəzi Ümumi əmək konfederasiyasına çevrildi. 1946-cı ildə
onun tərkibində 5,5 milyon fəhlə var idi. Bu partiya və
təşkilatlarla bərabər bir sıra sağ siyasi qruplaşmalar da
meydana çıxdı.
Ümumiyyətlə, Fransanın 1944-cü ildən bu vaxta qədər
olan tarixini dövlət quruluşu və sinfi qüvvələrin yerləşməsinə
görə üç dövrə bölmək olar:
I dövr – 1944-1946-cı illəri əhatə edən müvəqqəti rejim
dövrü
II dövr – 1946-1958-ci illəri əhatə edən dördüncü
respublika dövrü
III dövr –1958-ci ildən hal-hazıra qədər davam edən
beşinci respublika dövrü.
Fransa müvəqqəti rejim dövründə. 1944-ci ilin
avqustun 19-da Paris faşistlərdən azad edildi. Avqustun 30-da
Şarl de Qollun başçılığ altında müvəqqəti milli hökumət təşkil
edildi ki, onun da tərkibinə sosialist, kommunist və digər
antifaşist partiyaların nümayəndələri daxil oldu. Həmin
hökumət ölkədə dərhal bir sıra sosial-iqtisadi islahatlar keçirdi.
133
Müharibə dövründə 190 minə qədər faşistlərlə əməkdaşlıq
edənlər yəni kollaborosionistlər –cəzalandırıldı. Vişi
hökumətinin başçılarından olan Laval gülləndi. General Peten
isə xəstəliyinə görə ömürlük həbs cəzasına məhkum edildi.
Şarl de Qoll müharibə dövründə mövcud olan müqavimət
hərəkatı orqanlarını ləğv etdi, müharibəyə qədərki inzibati
aparatı bərpa etdi. Nizami ordu formalaşmağa başladı, oraya
köhnə rejimin hərbi kadrları cəlb edildi. Sol qüvvələrin təzyiqi
altında hökumət bir sıra sosial tədbirlər həyata keçirdi. Əmək
haqları, təqaüdlər, maddi yardım artırıldı. Satqınlar dövlət
aparatından qovuldu. Kömür şaxtaları, «Reno» avtomobil
zavodu və bir neçə digər müəssisələr milliləşdirildi. Xarici
siyasətdə ilk növbədə antifaşist koalisiyasının üzvləri olan
ölkələrlə əməkdaşlığa xüsusi diqqət yetirildi. 1944-cü ilin
dekabrın 10-da SSRİ ilə Fransa arasında 20 il müddətinə
dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə
imzalandı. ABŞ və İngiltərə ilə sıx münasibətlər yaradıldı. İlk
illərdə ABŞ-dan asılılıq nəzərə çarpsa da, hər halda Fransa
özünün «böyük dövlət» statusunu bərpa edə bildi. Müvəqqəti
hökumətin xarici siyasətində məğlub olmuş Almaniyanın taleyi
məsələsi böyük yer tuturdu. Müvəqqəti hökumət Saarı
Fransaya birləşdirməyə, Reyn vilayətini Almaniyadan
ayırmağa, Puru «beynəlmilləşdirməyə» çalışırdı. Lakin bu
tələblər Potsdam sazişlərinə uyğun gəlmədiyindən, digər qalib
dövlətlər tərəfindən müdafiə olunmurdu.
Fransa qarşısında iqtisadiyyatı dirçəlmək və demokratik-
ləşdirmə problemi dururdu. 1945-ci ilin oktyabrın 21-də
Müəssislər məclisinə seçkilər keçirildi. Fransa tarixində ilk
dəfə olaraq qadınlar səsvermə hüququ aldılar. Həmin
seçkilərdə sosialist, kommunist, anti-faşist partiyalar üstünlük
təşkil etdilər. Kommunistlər 5 milyon səs alaraq 152 deputat,
sosialistlər 4,6 milyon səs olaraq 142 deputat, Xalq respublika
hərəkatı partiyası 4,5 milyon səs alaraq 141 deputat,
müqavimətçilərin demokratik və sosialist ittifaqı isə 51 deputat
134
yeri tutdu. Sosialistlər və kommunistlər Müəssisələr
məclisində çoxluq təşkil etdilər. Ölkədə elə həmin gün
keçirilən referendumda əhali üçüncü respublikaya qayıtmağa
tərəfdar olmadı və Müəssisələr məclisi qarşısında yeni
konstitusiya qəbul etmək məsələsini qoydu. Sosialistlər
kommunistlərlə birgə hökumət təşkil etməkdən imtina etdidər.
Şarl de Qollun başçılığı altında koalisiyalı hökumət təşkil
edildi. Fransa xalqı üçüncü Respublikaya qayıtmaq
istəmədiyinə görə yeni respublikanın konstitusiyasının
hazırlığına başlanıldı. Konstitusiya hazırlanarkən Şarl de Qolla
hökumətin digər nümayəndələri arasında fikir ayrılıqları
yarandı. Şarl de Qoll tələb edirdi ki, yeni respublikada
prezidentin səlahiyyətləri genişlənsin. Konstitusiya ABŞ
konstitusiyası tipində olsun. Digərləri isə parlamentin
səlahiyyətlərinin artırılmasını tələb etdilər. Şarl de Qoll azlıqda
qaldı. Müəssislər Məclisi səs əksəriyyəti ilə hərbi xərclərin
ixtisarını tələb etdikdə de Qoll 1946-cı ilin yanvarın 20-də baş
nazir vəzifəsindən istefa verdi. Hökumətə 1946-cı ilin iyuluna
qədər sosialist Quen, 1946-cı ilin iyulundan isə Xalq respublika
hərakatı partiyasının liderlərindən olan Bido başçılıq etdi.
Fransa fəhlə sinfi bir sıra sosial tədbirlərin həyata
keçirilməsinə nail oldu. 1946-cı ildə kömür, qaz, elektrik
stansiyaları bütünlüklə, maşınqayarma sənayesinin isə bir
hissəsi və 5 iri bank milliləşdirildi. Sənaye müəssisələrinin 20-
25%-i dövlət bölməsinə daxil oldu. Qadın və kişi əməyi
arasında olan fərq xeyli ixtisar edildi. Dövlət xəstəxanaları
açıldı. İcarə haqqında yeni əsasnamə qəbul edildi. Kənd təsər-
rüfatı fəhlələrinin sosial təminatı, kəndli-qocaların təqaüdü,
gənc kəndli ailələrinə kömək, çoxuşaqlı kəndli ailələrinə maddi
yardım göstərilməsi, kənd təsərrüfatı fəhlələrinin əmək
haqlarının artırılması haqqında qanunlar verildi.
Ölkədaxili problemlərdən biri Fransada dövlət quruluşu
məsələsi idi. 1946-cı ilin oktyabrın 13-də yeni konstitusiya
layihəsi referendum yolu ilə bəyənildi. 1946-cı ilin dekabrın
135
24-də onun qüvvəyə minməsi ilə Dördüncü respublika
fəaliyyətə başladı. Yeni konstitusiyaya görə Fransa parlamentli
respublika elan edildi. Parlament 4 il müddətinə seçilir və 2
palatadan ibarət idi. Aşağı palata Milli məclisdən, yuxarı palata
sonralar senat adlanan Respublika şurasından ibarət idi. Yeni
Konstitusiyaya 1875-ci il konstitusiyasına əlavə olaraq
zəhmətkeşlər üçün bir sıra yeni hüquqlar - təhsil, əmək və
sosial təminat hüququ salındı. Konstitusiyada göstərilirdi ki,
Fransa işğalçı müharibələrin və zor tətbiq etməyin əleyhinədir.
Konstitusiyaya əsasən prezident 7 il müddətinə seçilirdi.
Parlament tərəfindən seçilən prezident məhdud səlahiyyətlərə
malik idi. Hökumət onun qarşısında deyil, parlament qarşısında
məsuliyyət daşıyırdı. Konstitusiyada Fransanın müstəmləkələri
Fransa ittifaqının bərabər hüquqlu üzvləri kimi qeyd edilirdi.
Ümumiyyətlə, dördüncü Respublikanın konstitusiyası o zaman
kapitalist ölkələrində olan konstitusiyaların ən demokratiki idi.
Bu konstitusiyada Fransanın Xalq cəbhəsi dövründə həyata
keçirdiyi tədbirlərin əksəriyyəti öz əksini tapmışdı.
Fransa Dördüncü respublika dövründə. 1946-cı il
noyabrın 10-da Fransada Milli Məclisə seçkilər keçirildi.
Kommunistlər 5,5 milyon səs olaraq parlamentdə 182 yer,
sosialistlər 3,5 milyon səs alaraq 101 yer, Xalq Respublika
hərəkatı partiyası 5 milyon səs alaraq 164 yer aldı. Kommunist
Dostları ilə paylaş: |