Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Dəmir və manqanın çevrilməsində bakteriyaların rolu



Yüklə 121,03 Kb.
səhifə49/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   45   46   47   48   49   50   51   52   ...   65
mikro imtahan sualları

53.Dəmir və manqanın çevrilməsində bakteriyaların rolu

Üzvi dəmir birləşmələrin mineralizə olunmasında torpaqda olan çoxlu xemo + orqano +heterotrof və aerob və anaerob mikrob növləri iştirak edirlər. bakteriyalar mühitdə olan həll olmuş dəmir karbonatı oksidləşdirərək onu dəmir hidroksidinə çevirib və hüceyrələrinin üzərini örtən selikli örtüyün içərisinə toplanır. Torpaqda dəmirin çevrilməsində mikroorqanizmlər Düzgün və dolayı yolla iştirak edirlər. Birincidə turş mühitdə dəmirin oksidləşməsində xüsusi dəmir bakteriyalarından ziiobasillus ferroksidans iştirak edir. Burada dəmirin oksidləşib Fe2+ - Fe3+ çevrilməsi hava oksigeni hesabına gedir və alınan enerji- ATF qalır və xemosintez tipli CO-nin fiksasiyasında istifadə olunur. Dolayı yolla dəmirin oksidləşməsinə neytral mühitdə təsadüf olunur və burada mikroorqanizmlər oksidləşmə üçün enerji sərf etmirlər, hetereotrof mikroorqanizmlər bu yolla metabolitik proseslərdə əmələ gəlmiş hidrogen peroksidini ayırırlar. Belə mikroorqanizmlərdən Siderokupsa, Siderobacter və Artrobakteriyalara da təsadüf olunur. Bitkilər manqanın iki valentli birləşmələrini asan mənimsəyə bilirlər, lakin 4 valentli birləşmələri isə bitkilər tərəfindən istifadə oluna bilmir. Hələ 1913-cü ildə M.Beyerink manqanlı birləşmələrin mikroorqanizmlər tərəfindən oksidləşdiyini göstərmişdir. Lakin sonrakı tədqiqatlarla bu oksidləşmədə mikroorqanizmlərin rolu daha da aydınlaşmışdır. T.V.Aristovskaya və Q.A.Zavarzin tərəfindən bu məsələ öyrənilərkən məlum olmuşdur ki, manqan bir çox mikroorqanizmlərin köməyi ilə hərəkətli, ikivalentli formaya qədər bərpa olunur və sonrakı oksidləşmə nəticəsində bu element çöküntüyə çevrilir. Manqanın bərpası əsasən aşağı pH-li və az oksigen olan su altında qalan torpaqlarda bir çox heterotrof mikroorqanizmlərin iştirakı ilə gedir. Bu prosesin gedişində ən fəal iştirak edən mikroorqanizmlərə Bac sirculans, Bac. poliymyxa və sulfatları bərpa edən bakteriyalar aiddir. Manqan bu bakteriyaların əmələ gətirdiyi sulfat turşusu ilə həll olub hərəkətli formaya keçir və eyni zamanda mühitdə olan hidrogen sulfitin köməyi ilə ikivalentli birləşməyə çevrilir. B.F.Perfilyevin tədqiqatları göstərir ki, manqanın oksidləşməsi prosesində Metallogenium simbioticum iştirak edir, əmələ gələn oksidlər lilə çökür.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin