Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   2   3   4   5   6   7   8   9   ...   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
20 
 
di  ki:  -“Hazırkı  şəraitdə  daşnak  təcavüzünə  qarşı  mübarizəni 
qəzadakı yerli hərbi qüvvələr təkbaşına aparırlar”. 
Cəlil bəy Sultanov parlamentdə yerli hərbi qüvvələr dedik-
də daşnak ordusu ilə birbaşa vuruşan və müqavimət hərəkatına 
rəhbərlik  edən  Aslan  bəy  Sultanovu  və  onun  rəhbərlik  etdiyi 
hərbi qüvvələri nəzərdə tuturdu. Həmin dövrlərdə Aslan bəyin 
hərbi  istedadı  və  sərkərdəlik  bacarığı  daşnak  generalları 
Nijdeni  və  Dronu  bir-birinin  ardınca  ağır  məğlubiyyətlərə 
uğratmışdı.  Öz  dövrünün  hərbi  standartlarına  cavab  verən 
yerli hərbi qüvvələrdən təşkil edilmiş ordu və onun sərkərdəsi 
Aslan  bəy  Zəngəzur  əhalisini    daşnak  təcavüzündən  qoruya 
bilirdi. 
Müsavat  Hakimiyyəti  süqut  etdikdən  sonra  da  öz 
missiyasını  böyük  qəhrəmanlıqla  yerinə  yetirən  Aslan  bəy 
Sultanovun keyfiyyətləri XI ordu komandanlığını və  mərkəzi 
hakimiyyəti  onunla  hesablaşmaq  zorunda  saxlamışdı.  
Mərkəzi  hakimiyyət  daşnak  hökumətinə  qarşı  mübarizədə 
Aslan  bəy  Sultanov  kimi  real  qüvvəyə  arxalanmağın, 
daşnakların  ürəyində  yaranmış  Aslan    bəy  xofundan  istifadə 
etməyin qaçılmaz olduğunu  anlamış və qəbul etmişdi. 
 
**** 
Daşnakların  ürəyində  bəs  Aslan  bəy  xofu  haradan 
yaranmış,  haradan  qaynaqlanmışdı?  O  xofun  yaranmasının 
maraqlı bir tarixçəsi var... 
Hələ  bu  hadisələrə  qədər  Andronik  daşnak  hökumətinin 
başçısı  Nijdeni  daha  da  gücləndirmək  üçün  özünün  sağ  əli 
olan  general  Manuku  hər  cür  hərbi  sursatla  təchiz  olunmuş 
böyük  bir    ordu  ilə  Zəngəzura  göndərir.  O  hadisələrin  real 
şahidlərinin  xatirələrinə  görə    böyük  bir  daşnak  ordusunun 
Zəngəzura göndərilməsi Türk ordusunun generalı Nuru Paşanı 
da  son dərəcə narahat edirmiş. Çünki Nuru Paşa qəddarlıqda 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
21 
 
21 
və zalımlıqda Andronikdən və Nijdedən heç də geri qalmayan 
Manukun  Zəngəzura  gedib  Nijde  ilə  birləşməsindən  sonra  
Zəngəzur  əhalisinin  qan  içində  boğula-cağını  düşünür, 
narahatlıq  hissi  keçirirdi.  Ancaq  Andronikin  bu  arzusu 
ürəyində qaldı.   
Manukun  ordusu  Gorusa  getmək  üçün    Laçının  Zabux 
dərəsi  deyilən  yerinə    yaxınlaşırdı...  Bunun  necə  böyük  bir  
təhlükə olduğunu bilən Laçınlı Sultan bəy təcili olaraq Aslan 
bəy  Sultanovun  yanına  adamlarını  göndərir  və  ona  belə  bir 
məktub  yazır:  -“Sayca  bizim  qüvvələrdən    xeyli  üstün, 
təpədən-dırnağadək  silahlanmış  Manuk  öz  ordusu  ilə 
başımızın  üstünü  kəsdirib.  Əmioğlu,  bütün    qüvvələrini  yığ, 
özünü  bizə  çatdır.  Yoxsa  bu  qeyri-bərabər  döyüşdə  biz 
hamımız məhv olarıq”.  
Bu xəbəri eşidən Aslan bəy Sultanov  vaxt itirmədən bütün 
hərbi  qüvvələri  ayağa  qaldıraraq  Zabux  istiqamətinə  hərəkət 
edir  və  tezliklə  özünü  Sultan  bəyin  qüvvələrinə  çatdırır. 
Təşviş  içində  olan  yerli  hərbi  qüvvələr  qeyri-adi  sərkərdəlik 
istedadı  olan  Aslan  bəyin  belə  ağır  bir  şəraitdə  hansı  qərarı 
qəbul  edəcəyi  barədə  müxtəlif  fikirlər  yürüdürmüş.    Hər  kəs 
vəziyyətin  son dərəcə  ağır olduğunu dərk etmiş,  səhər açılar-
açılmaz  say  və  hərbi  texnika  cəhət-dən  özlərindən  qat-qat 
üstün olan bir daşnak ordusu ilə vuruacağını yəqinləşdirmişdi. 
Təşviş  içində  olan  hərbçilərə,  yerli  camaatın  nümayən-
dələrinə    təsəlli  verən  Aslan  bəy  bildirir  ki,  döyüşün  hərbi 
planını  hazırlayıb,  sabahkı döyüş barədə sizə əlavə  məlumat 
verəcəyəm.  
Şahidlərin  dediyinə  görə  Aslan  bəy  Sultanov  vaxt  itirmə-
dən  Zabux  dərəsində  onun  üçün  hazırlanan  xüsusi  çadıra 
girərək    döyüş  planını  hazırlamağa  başlayır.  Bir  müddətdən 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
22 
 
sonra  Aslan  bəy  təşviş  içində  olan  döyüşçülərə  bildirir  ki, 
sabahkı  döyüşün  planı  hazırdır,  taktika  seçilib,  seçilmiş 
taktika  barədə sabah səhər hər kəsə məlumat veriləcək. 
...Günəşin    göy  üzünə  boylandığı  sübh  çağının    sükutunu 
qəfildən atılan atəş səsləri pozur. Hər kəs bir anlıq  yerindəcə 
donub qalır. Heç kəs nə baş verdiyini dərk edə bilmir. Heyrət 
içində olan döyüşçülər bir-birlərinə baxır, vəziyyəti aydınlaş-
dırmağa çalışırlar. Bu zaman Sultan bəy öz çadırından çıxaraq 
sürətlə Aslan bəyin çadırına doğru gedir, çadırdan içəri girib o  
andaca  geri  dönür  və  çaşqınlıq  içində  döyüşçü-lərə:  “Aslan 
bəy çadırında yoxdur”,- deyir... 
O  anlarda  Zabux  dərəsinə  toplaşan  hər  kəsin  içindən  bir 
fikir  keçirdi,  Aslan  bəy  çadırında  yoxdursa  və  atəş  səsləri 
eşidildisə  o  mütləq  nəsə  vurub.    Hamı  bilirdi  ki,  Aslan  bəy 
sərrast  atıcıdır,  o  gözlə  görmədiyi,  lakin  səslə  təyin  etdiyi 
hədəfi belə asanlıqla vura bilir.  
Bir  qədər  sonra  Aslan  bəy  geri  qayıdır.  Onun  üzündə 
xoşbəxt  bir təbəssüm  varmış. Nə baş verdiyini   isə ondan və 
Manukun ordusunun adamlarından başqa heç kəs bilmirdi.   
Azacıq vaxt keçdiukdən  sonra daşnak ordusunun mövqeyi 
tərəfdəki  qayalıqların  birinin üstündən  üzü dərə  aşağı  iri bir 
qaraltının  yumalandığı  görünür.  Aslan  bəy  və  onun  ətrafına 
toplaşanlar  həmin  qaraltıya  tərəf  baxırlar.  Qaraltı  daşlara  və 
qayalara dəyə-dəyə şappıltı ilə gəlib dərənin dibinə düşür. Bu 
vaxt  Aslan  bəy  xüsusi  kəşfiyyat  qrupunu  həmin  qaraltını 
gətirmək üçün göndərir...  
Hər  kəs  heyrət  və  maraq  içində  o  qaraltının  nə  olduğunu 
bilmək  istəyirdi.  Kimi  bunu  ayıya,  kimi  də  iri  bir  heyvana 
bənzədirdi. Kəşfiyyat qrupu qayıtdıqda isə bütün  tərəddüdlərə 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
23 
 
23 
son  qoyuldu.  Səhərin  ilk  gün  işığının  parlaq  şəfəqləri  ilə 
bərabər  çadırından  çıxaraq    döyüş  mövqelərini    yoxlamaq 
üçün  ətrafda  kəşfiyyat  aparan  Aslan  bəy  qarşı  tərəfdən 
parlayan işığın əksini biganəliklə seyr edə bilməmişdi. Diqqət 
yetirdikdə  gün  işığının  durbin  şüşəsindən  əks  etdiyini 
yəqinləşdirmişdi.  Onu  tanıyanlar  əminliklə  deyirlər  ki,  Aslan 
bəyin xüsusi sərkərdəlik qabiliyyətindən, döyüş bacarığından, 
mahir atıcılığından başqa, güclü hissiyyat sahibi, fəhmli insan 
olması  da  bir  həqiqət  idi.  Tanrının  ona  verdiyi  fitri  hərbi 
istedadı  ilə  bərabər  dəqiqliklə,  operativ  olaraq  analiz  etməyi 
bacaran bir şəxsiyyət olub. Elə o anlarda da, qarşı mövqedən 
parlayaraq onun gözünü qamaşdıran işığın   döyüş meydanını 
nəzərdən  keçirmək  üçün  mövqelərə  durbinlə  nəzarət  edən 
quldurbaşı  Manukun  durbininə  düşən  gün  işığı  olduğunu 
qətiləşdirir  və  Manuk  ikinci  dəfə  durbini  qaldırıb  ətrafa 
baxdığı  zaman  Aslan  bəy    məsafənin  ağlagəlməz  dərəcədə 
uzaqlığına  baxmayaraq  sərrast  atəşlə  Manukun  alnının 
ortasından (yerli camaatın dediyi kimi, qaşqasından) bir-neçə 
güllə vurur. Kəşfiyyat qrupu  Manukun cəsədini gətirdikdə isə 
mənzərə tam aydınlaşır... 
Döyüşçülər  sevindiklərindən  yerə-göyə  sığmırlar.  Koman-
dirlər isə Aslan bəyi əllərinin içində tutaraq başlarının üstünə 
qaldırırlar.  
Daşnak ordusu bu itkinin şokundan çıxa bilmir. Aslan bəy 
bir  an  içində  döyüşçülərə  hansı  istiqamətlərdən  hücum 
edəcəyi  barədə    döyüş  tapşırığı  verir  və  taktikanı  düzgün 
seçərək  başsız  qalan  daşnak  ordusunu  çətinlik  çəkmədən 
pərən-pərən salır.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
24 
 
Aslan  bəyin  başçılıq  etdiyi  qüvvələr    Zabux  dərəsindəki 
qeyri-bərabər  döyüşdə    daşnak  ordusunu  tamailə  darmadağın 
edirlər.  Qələbənin  nəticəsi  olaraq  Aslan  bəyin  ordusu  çoxlu 
sayda  hərbi  qənimət  –  pulemyotlar,  tüfənglər,  patronlar  və 
başqa hərbi ləvazimatlar əldə edir. Manuk üçün xüsusi dəridən 
son  dərəcə  keyfiyyətlə  hazırlanmış  tapança  kaburası  tapança 
ilə birlikdə Aslan bəyə təqdim edilir...  
Aslan  bəyin  belə  bir  qeyri-bərabər  döyüşdə  qazandığı 
böyük  qələbənin  sorağı  daşnak  ordusunu  son  dərəcə  sarsıdır. 
Bütün ermənistan Manukun belə biabırçı ölümünə üç gün üç 
gecə yas saxlayır. Aslan bəy xofu da o günlərdə yaranır...  
 
**** 
Qələbə    xəbəri  tezliklə  Zəngəzura,  bütün  Azərbaycana 
yayıldı  və  ölkənin  sərhədlərini  yarıb  keçərək,  hadisələrin 
gedişatından böyük  narahatlıq hissi keçirən, hadisələri anbaan 
təqib  edən  qardaş  Türkiyəyə  və  türk  ordusunun    komandanı 
Nuru  Paşaya    da  çatmışdı.  Nuru  Paşa  Aslan  bəyin  daşnak 
generalı  Manuku  durbinə  düşən  gün  işığı  vasitəsilə  təyin 
edərək    hansı  məsafədən  vurub  öldürdüyünü  eşitdikdə 
heyrətini gizlədə bilməmişdi. 
Aslan  bəyin  bu  qəhrəmanlıqları,  bölgədəki  nüfuzu,    hərbi 
bacarığı  və  qeyri-adi  sərkərdəlik  məharəti  XI  Qızıl  ordu 
komandanlığına  və  mərkəzi  bolşevik  hökumətinə  də  yaxşı 
məlum  idi.  Elə  ona  görə  də  XI  Qızıl  Ordu  komandanlığı  və 
mərkəzi  bolşevik  hökumətinin  rəhbərliyi  daşnaklara  qarşı 
mübarizədə  Aslan  bəy  Sultanovun  alternativsiz  bir  qüvvə 
olduğunu qəbul etmişdi. Mərkəz yaxşı bilirdi ki, bu dağlıq və 
keçilməz  meşələri  olan  ərazilərdə  düzgün  kəşfiyyat 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
25 
 
25 
taktikasının  qurulması  qələbəni  təmin  edən  əsas  amillərdən 
biridir.  Belə  bir  kəşfiyyatı  isə  o  yerlərə  beş  barmağı  kimi 
bələd  olan,  daşnaklarla  döyüş  təcrübəsi  olan,  onların 
psixologiyasını bilən bir sərkərdə qura bilərdi. O sərkərdə isə 
birmənalı  olaraq  dövrünün  yüksək  ali  hərbi  təhsilini  almış, 
fitri hərbi istedada malik Aslan bəy Sultanov idi.  
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
26 
 
İkinci fəsil 
 
Aslan Bəy Sultanov- Зянэязур Гязасында Alternativsiz 
Göc Sahibi 
 
Aslan bəy Sultanovun mərkəzi  bolşevik hakimiyyətinə nə 
qədər  lazım  olduğunu  təsdiq  etmək  üçün  bəzi  arxiv 
sənədlərinə üz tutmağı vacib hesab edirəm.  
Azərbaycan  Respublikası  Prezident  Aparatının  Siyasi 
sənədlər arxivində  fond 1, siyahı 1, saxlama vahidi 24 qrifi 
ilə qorunan bir arxiv sənədinə istinad etmək yerinə düşər. Adı 
çəkilən  sənəd  18  sentyabr  1920-ci  il  tarixində    Kommunist 
Partiyasının    Mərkəzi  Komitəsinin  və  Təşkilat  Komitəsinin 
birgə  iclasında  çıxarılan  qərarın  surətidir.  Həmin  iclasda  bir 
sıra  bolşevik  rəhbərlərlə  yanaşı  Nəriman  Nərimanov,  Dadaş 
Bünyadzadə  və  qeyriləri  də  iştirak  ediblər.  Sənəd  onu  da 
təsdiq  edir  ki,  iclasın  işində  o  vaxtın  müdafiə  və  dəniz 
komissarı vəzifəni tutan Əliheydər Qarayev də iştirak edib.   
Müzakirələr  zamanı  çıxışçılar  birmənalı  olaraq  qeyd 
ediblər  ki,  daşnak  hökuməti  ilə    müharibədə  laçınlı  Sultan 
bəylə  birgə  mübarizə  aparmaq  siyasəti  heç  bir  nəticə 
verməyib.  Əslində  isə  bu  siyasət  əhali  arasında  böyük 
narazılığa  səbəb  olub.  Ona  görə  də  iclasda  qərar  çıxarıb 
müdafiə  və  dəniz  komissarına  tapşırılır  ki,    Sultan  bəyi  və 
onun bandasını zərərsizləşdirmək üçün təcili tədbirlər görsün. 
Burada bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, 
o  zaman  Sultan  bəyin  qardaşı  Xosrov  bəy  Sultanov  həbs 
olunmuşdu.  Mərkəzi  hökümət  onu  həbsdən  azad  edib 
asanlıqla  Zəngəzurda  yerli  sərkərdə  kimi  istifadə  edə  bilərdi. 
Burada bir məntiqi sual meydana çıxır: Nə üçün XI Ordunun 
komandanlığı və mərkəzi hakimiyyət daşnak hökümətinə qarşı 
müharibədə Sultan bəydən, Xosrov bəydən, əslən Zəngəzurlu, 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
27 
 
27 
Azərbaycan  İnqilab  Komitəsinin  üzvü  olan  Çingiz 
İldırımdan(Aslan  bəy  Sultanovun  əmisi  oğlu),  onun  himayə 
etdiyi  yerli  kommunistlərdən  və  qeyrilərindən  yerli  sərkərdə 
kimi  istifadə  etmədi?  Bütün  təhlil  və  götür-qoydan  sonra 
mərkəz və XI ordu komandanlığı  bu ağır və mürəkkəb tarixi 
şəraitdə alternativsiz olaraq indiyə qədər daşnakların ürəyində 
xof  yaratmış,  onun  generallarını  şəxsən  məhv  etmiş  Aslan 
bəylə  birləşmək  qərarını  qəbul  edir.  Bundan  sonra  mərkəzi 
hakimiyyət  ona  fövqəladə  səlahiyyətlər  verir.  Bunu  arxiv 
sənədi də təsdiq edir. 
Азярбайжан Республикасы Баш Милли Архиви, фонд 410, 
сийащы 1, иш 205. 
Nəyə  görə  yerli  qəza  hökumətini  təşkil  etmək  üçün 
mərkəzdən  verilən  fövqəladə  səlahiyyət  Çingiz  İldırıma  yox, 
kommunist  partiyasının  üzvü  olmayan  Aslan  bəyə  verilir? 
Aslan bəy də ona verilən səlahiyyətdən istifadə edərək ətrafına 
inandığı,  etibar  etdiyi  əqidə  sahiblərini,  kommunist 
partiyasının üzvü  olmayan adamlardan yerli qəza hökumətini 
təşkil edir. Aslan bəy  çox gözəl başa düşürdü ki, kommunist 
partiyası  yeni  qurulmuş  bolşevik  hökumətinin  hakim 
partiyasıdır  və  yüksək  vəzifəyə  də  yalnız  o  partiyanın  üzvü 
olanlar irəli çəkilməlidir. Həmin dövrə nəzər salsaq başqa heç 
bir  yerdə  görə  bilmərik  ki,  kommunist  partiyası  üzvü 
olmayanlar  rəhbər vəzifələrə irəli çəkilsinlər.  
Mərkəz  çox  gözəl  bilirdi  ki,  təpədən-dırnağadək 
silahlanmış daşnak hökuməti ilə müharibəni ancaq xalq içində 
böyük  nüfuzu  olan  bir  qəhrəman  sərkərdə  ilə      birləşib 
aparmaq mümkündür. Elə ona görə də XI Qızıl Ordunun 28-ci 
diviziyasının  komandanı,  general  Semyonov  (müəllif:  XI 
Qızıl Ordu tərəfindən Zəngəzurda daşnak hökumətinə qarşı 
müharibə  aparmaq  missiyasını  yerinə  yetirirdi)  və  onunla 
birlikdə  mərkəzdən  Zəngəzura  ezam  olunmuş  digər  yüksək 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
28 
 
vəzifəli  şəxslər  Aslan  bəy  Sultanovla  görüşlərində  ona 
bildirdilər  ki,  yeni  yaranmış  Sovet  Hökuməti  fəhlə-kəndli 
hökumətidir,  ADR  hökumətindən  daha  da  demokratik  bir 
hökumətdir.  Sübut  üçün  də  onu  əsas  götürmüşdülər  ki, 
müsavat hökuməti dövründə yerli hakimiyyət mərkəzdən təyin 
edilirdisə,  sovetlərdə  (fəhlə-kəndli  hökumətində)  isə  yerli 
hakimiyyəti qurmaq  yerli əhalinin özünə həvalə olunur.  Belə 
bir  demokratiya,  sərbəst  seçim  ixtiyarı  əldə  etmək 
Azərbaycanın dövlətçilik tarixi boyu heç bir vaxt olmamışdı. 
Lakin  tarix  onu  göstərdi  ki,  sovet  hökuməti  və  demokratiya 
fikirləri  bir-birinə  zidd  olan  iki  qütbə  bənzəyir.  Bu  tezislər 
yalnız  sadə  xalqı  aldatmaq  və  yeni  yaranmış  hakimiyyət 
möhkəmlənənədək    əhalinin  müqavimətinin  qarşısını  almaq 
üçün  imiş.  Xalq  içində  belə  bir  məsəl  var;  -  Avazın  yaxşı 
gəlir,  oxuduğun  Quran  olsa...  Bolşevik  hökuməti  də  bu 
fikirləri ortaya atmaqla gözdən pərdə asmaq istəyirdi və buna 
da nail oldu. 
Bir  məsələni  də  qeyd  etməyi  vacib  bilirik  ki,  bir  çoxları 
Aslan  bəyin  XI  ordu  ilə  birləşməsinə  başqa  cür  don 
geyindirməyə  çalışırlar.  Əvvəla  onu  bildirək  ki,  kimin  kimlə 
birləşməsi  barədə  bir  az  əvvəl  məlumat  vermişdik.  Həmin 
məlumatdan  göründüyü  kimi  birləşmək  təşəbbüsü  XI  ordu 
tərəfindən  irəli  sürülmüşdür.  Çünki,  mürəkkəb  dağlıq  relyefə 
və  keçilməz  meşələrə  malik  olan  Zəngəzurda  daşnak 
höküməti  ilə  müharibə  aparmaq  üçün  kəşfiyyatın  düzgün 
qurulması  ən  başlıca  şərt  idi.  Bu  kəşfiyyatı  o  yerlərin  hər 
qarışına  bələd  olan  fitri  hərbi  istedada  malik  bir  qəhrəman 
sərkərdə  qura  bilərdi.  Ona  görə  də  XI  ordu  bu  müharibəni 
udmaq  üçün  Alan  bəylə  birləşməyin  labüd  olduğu  qərarına 
gəlmişdi.  
Mərkəzdən  gələn  qüvvələrlə  Aslan  bəyin    komandiri  
olduğu  Zəngəzur  igidlərinin  məqsədləri,  yəni  XI  Qızıl 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
29 
 
29 
Ordunun  28-ci  diviziyasının    komandanlığının  Zəngəzurda 
daşnak  hökumətunə  qarşı    vuruşma  niyyətiylə  Aslan  bəyin  
daşnak hökumtinə qarşı hazırladığı   müharibə  planı üst-üstə 
düşürdü. Bu yerdə “düşmənimin düşməni mənim dostumdur” 
fikrini  xatırlamaq  yerinə    düşür.  Ona  görə  də  heç  bir 
müqavimət göstərmədən XI qızıl ordunun 28-ci  diviziyasının 
komandanlığı ilə birləşən Aslan bəy Sultanov onların təbirincə 
desək,  son  dərəcə  demokratik  olan  fəhlə-kəndli  hökumətinin 
qəzadakı  yerli hökumətini  qurdu. Yuxarıda da qeyd etmişdik 
ki, qəzada Aslan bəyin etibar etdiyi doğma adamlardan ibarət  
qurduğu      yeni  hökumətdə    təmsil  olunan  rəhbər  vəzifəli 
şəxslərin  heç  biri  hakim  kommunist  partiyasının  üzvləri 
deyildilər.  Bu  da  onların  heç  bir  siyasi  məqsəd 
güdmədiklərinə  tutarlı  sübutdur.    Bunu  arxiv  sənədləri  də 
təsdiq edir.  
Zəngəzur Qəzası yerli kommunist partiyasının məsul katibi 
olan Nəzər Heydərov mərkəzə ünvanladığı 28 aprel 1921-ci il 
tarixli  məktubunda  qeyd  edir  ki,    “...qəza  hakimiy-yətinin 
başında  kommunist  partiyasının  üzvü  olmayan  Sultanovlar 
dayanırsa,  o  zaman  qəza  hakimiyyətinin  idarə  olunmasında 
başıpozuqluq  və  hərc-mərclik  yaranır,  kommunistləri  isə 
tezliklə  ölüm  gözləyir.  Mərkəzdən  təcili  kömək  gəlməzsə 
qəzada sovet hökumətinin sonu olacaq!” 
 (Azərbaycan  Respublikası  Prezidenti  Aparatının  İşlər 
İdarəsinin, Siyasi sənədlər arxivi, fond 1, siyahı 2, saxlama 
vahidi 96). 
Nəzər Heydərovun nədən mərkəzi bu fikirlərlə qızışdırmaq 
niyyətində  olduğuna  sonrakı  fəsillərdə  aydınlıq  gətirəcəyik. 
Lakin  fəxrlə  demək  lazımdır  ki,  XI  Qızıl  Ordunun 
Zəngəzurdakı ordu komandanlığı ilə yerli hökumətin sədaqətli 
birliyi tezliklə  öz müsbət nəticəsini verdi. Razılaşmaya əsasən  
Aslan bəy XI Qızıl Ordunun Zəngəzurdakı 28-ci diviziyasının 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
30 
 
kəşfiyyatına  rəhbərliyi  öz  üzərinə  götürdü.  O  dövrdə  Aslan 
bəy  eyni  zamanda  özünün  yaratdığı  yerli  özünümüdafiə 
qüvvələrinin  də  komandiri  idi  və  bu  qüvvələr  “Zəngəzurun 
partizan hərəkatı” adı ilə  tanınırdı. 
Semyonovun    komandanlığı  altında  daşnak  hökumətinə  
qarşı  müharibəyə  hazırlaşan  28-ci  diviziya  ciddi  kəşfiyyat 
əməliyyatlarından  sonra  birgə  müharibə  planını,  hərbi 
əməliyyatların  sxemini  hazırlamağa  başlayır.    Bu  vaxt 
kəşfiyyata  rəhbərlik  edən  və  o  yerləri  zərgər  dəqiqliyilə 
tanıyan  Aslan  bəy  özünün  şəxsən  əldə  etdiyi  kəşfiyyat 
məlumatlarına  əsaslanaraq  təklif  edir  ki,  ordu  dağ  yolunun 
üstündə  yerləşən  Kəki,  Təpəsər  və  Gəzbeldən  keçərək 
Gecəlanda qərarlaşsın.  Ona  görə ki,  Aslan bəyin təklif etdiyi 
yer  daşnak  hökumətinin  başçısı,  quldurbaşı  general  Nijdenin 
qərargahını mühasirəyə almaq üçün çox münasib yer idi. 
Bu  plandan  xəbər  tutan    Nijde  XI  Qızıl  Ordunun  28-ci 
diviziyasının  Aslan bəyin qüvvələri ilə birləşməsindən təşvişə 
düşür  və  hiyləyə  əl  atmağı  qərara  alır.  Belə  ki,  Nijde  xüsusi 
öyrədilmiş yaşlı kişilərlə qadınları duz-çörəklə, gül-çiçəklə, ağ 
bayraqlarla  Semyonovun  qərargahına  göndərir.  Bir    xeyli 
adamlardan  ibarət  olan  dəstənin  üzvləri    Semyono-vun 
qərargahına gəlir, təslim olduqlarını, sovet hökumətini böyük 
məmnuniyyətlə qəbul etdiklərini və heç bir silahlı müqavimət 
göstərilməyəcəyini  bəyan  edirlər.    Bu  mehriban  münasibət  
Semyonovu öz planının doğruluğuna inandırır və arxayınlaşan 
Semyonov  sayıqlığını  tamamilə  itirir.  Bunu  görən  Aslan  bəy 
Semyonova  bildirir  ki,  baş  verənlər  daşnak  məkrindən    baqa 
bir  şey  deyil,  heç  şübhəsiz  ki,  onlar  sizi  aldadırlar  və  
mühasirəyə  salıb  məhv  edəcəklər.  Semyonov  ondan  əldə 
etdiyi kəşfiyyat məlumatlarını haradan aldığını xəbər aldıqda, 
Aslan  bəy:    “Bu  məlumatları  mənə  xüsusi  agentim  olan  
erməni keşişi  çatdırır”,- deyərək cavab verir.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
31 
 
31 
Semyonov  Aslan  bəyin  bu  məlumatını  da  tərəddüdlə 
qarşılayır və  yenə öz planına əsasən Qafana tərəf irəliləməyə 
davam  edir.  Rus  dilində  sərbəst  danışa  və  yaza  bilən  Aslan 
bəy Semyonova bildirir  ki: “Mən bu məsuliyyətin altına girib 
bu  qədər  insanın  taleyinə  biganə  qala  bilmərəm.  Ona  görə 
yollarımız ayrılır.”  
Beləliklə,  Aslan  bəy  özünün  dəstəsi  ilə  birlikdə 
Semyonovdan  ayrılır  və  özünün  yeni  əks  əməliyyat  planını 
hazırlayır.      Semyonov  isə  ordusu  ilə  bərabər      bir  qədər  də 
irəliləyir və erməni kəndləri olan Zeyvə və  İrsəvənlikdə onu 
duz-çörəklə  qarşılayan  Nijde  əsgərləri  ilə  qarşılaşır.  Bu 
səmimi,  isti  münasibət  Semyonovu  bir  daha  öz  planının 
doğruluğuna  inandırır  və  onu  qürrələndirir.  Kəşfiyyat 
xəbərləri  Nijdeyə  çatan  kimi  artıq  o  bir  güllə  ilə  iki  dovşan 
vurduğunu    qət  edir  və  şadyanalıqla  28-ci  diviziyanı 
mühasirəyə  aldığının  ləzzətini  yaşamağa  başlayır.  Ancaq 
daşnak  generalı  Nijde  bunu  bayram  etməyə  çox  tələsmişdi. 
Onu qarşıda nələrin gözlədiyini hələ ki, bilmirdi. 
Bütün  bu  hadisələri  zərgər  dəqiqliyi  və  fitri    sərkərdəlik 
məharəti,  kəşfiyyat  analizləri      ilə  hesablayan  Aslan  bəy 
Sultanovun  əks  hərbi  planı  çoxdan  hazır  idi.  Aslan  bəy 
mühasirəni hansı istiqamətlərdən yaracağını öz yaxın ətrafına 
bildirmişdi.  Plana  əsasən  hücum  səhər  açılmadan, 
alaqaranlıqda baş verməliydi.  Onun sadiq  agenti  olan erməni 
keşişi  Aslan  bəyə  əvvəlcədən  xəbər  çatdırmışdı  ki,  Nijdenin 
planına  əsasən  Semyonovun  ordusu  İrsəvənlikdə  mühasirəyə 
alınaraq məhv ediləcək.  
Təmtəraqlı  qarşılanma  mərasimindən  sonra  tam  arxayın-
laşan  Semyonov  əmr  verir  ki,  əsgərlər  Kirmın  dərəsində 
yerləşib dincəlsinlər. 
 Gecənin  düşməsini  və  ordunun  tam  arxayınlıq  içində 
yuxuya getməsini gözləyən daşnaklar Nijdenin əmrinə əsasən  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin