Mir Möhsün NƏvvab


AYRI-AYRI KƏNDLƏRDƏ BAŞ VERMİŞ MÜNAQİŞƏLƏR



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə52/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   48   49   50   51   52   53   54   55   ...   71
kitab20111201122645312

AYRI-AYRI KƏNDLƏRDƏ BAŞ VERMİŞ MÜNAQİŞƏLƏR  

(1323-cü İLİN ZİLQƏDƏ AYI) 

 

Bu tarixdə müsəlmanların Sərv kəndində ermənilərlə bərk toqquşması oldu. 

Müsəlmanların  bir  parası  bu  toqquşmaya  hazır  olmadığından  əvvəlcə 

müsəlmanlardan  iyirmi  nəfər  şəhid  oldu.  Bundan  qeyzlənən  müsəlman  silahlıları 

«Ya  Allah»  deyərək  erməniləri  mühasirəyə  alıb  gülləbaran  etdilər.  Ermənilərdən 

50  nəfərdən  çox  adam  öldürüldü,  o  qədər  də  yaralandı.  Bundan  sonra  ermənilər 

qayıdıb səngərlərə girdilər. Müsəlmanlar da öz yerlərinə qayıtdılar. 

Həmin tarixdə Cavanşir müsəlmanları dəstə bağlayıb Çaylı kəndinə hücum 

etdilər.  Bu  hücumda  on  iki  nəfər  erməni  öldürüldükdən  və  iyirmiyyə  qədər 

yaralandıqdan  sonra  qalanları  qaçmağa  başladılar.  Kənd  tamamilə  boşaldı  və 

müsəlmanların əlinə keçdi. Qaçan ermənilər bütün kəndlərə səpələnərək baş vermiş 

hadisə  haqqında  onları  xəbərdar  etdilər.  Bir  neçə  kənddən  ermənilər  toplaşaraq 

Dəmirli  adlı  müsəlman  kəndinə  hücum  etdilər.  Kəndin  əhalisi  uzaqgörənlik  edib 

qabaqcadan əşya və azuqələrini başqa yerə aparmışdılar. Odur ki, bu balaca kəndə 

hücum nəticəsində o qədər də zərər dəyməmişdi. Kəndin əhalisi isə qonşu kəndlərə 

qaçmışdılar. 

Əhvalatdan  xəbərdar  olan  Cavanşir  igidləri  bir  neçə  dəstə  döyüşçü  ilə 

Canyataq  və  Gülyataq  kəndlərinin  üzərinə  yerimişlər.  Onlar  kəndləri  hər  tərəfdən 

mühasirə etsələr də iki yerdən qaçmağa fürsət var idi. 

Atı  və  ulağı  olanlar  öz  övrət-uşaqlarını  və  azuqələrini  götürüb  həmin 

yerlərdən  çıxıb  qaçdılar.  Kəndlərdə  qalanlardan  yüz  nəfərə  qədəri  öldürüldü, 

yüzdən  artığı  da  yaralandı.  Kəndlərdə  qalan  ermənilərin  yaxşı  sursat  ehtiyatı 

olduğundan səngərlərə girib atışırdılar. 

  



64 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin