Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə49/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

Bədii üslub. Bu üslub ekspressivliyin, emosionallığın, bədii təsvir və ifadə vasitələrinin məqsədəuyğun şəkildə, əsərin ideya və məzmununa görə seçilmiş sistemidir. Bədii üslub yaranma tarixinə görə cox qədim, mahiyyətinə görə isə kütləvidir.
Bədii üslub üçün əsas səciyyəvi xüsusiyyətlər bunlardır: 1) konkret hissi obrazlılıq 2) bu və digər vasitələrdən istifadənin estetik motivləşməsi 3) gerçəkliyin dərk edilməsində müəllifin xüsusi bacarığının ifadə olunması 4) kompozisiyalı orijinallığı
Bədii üslubun strukturunda bu daxili hissələri üslubi qollara ayırmaq olur: satirik dil, romantik dil, realist-romantik dil və.s
Bədii üslubun şer, nəsr üslubu kimi iki əsas növü var. Nəzm və nəsr fərqli dil hadisələridir. Şer üslubu nəsr üslubundan bir sıra xüsusiyyət və əlamətlərinə görə fərqlənir. Bunların söz və ifadə seçməkdə, qrammatik formalardan istifadə etdikdə, sintaktik əlaqələrdə, emosional tonda özünəməxsus əlamətlər var. Şer daha obrazlı, konkret və qısadır. Burada məcazi mənalı sözlərə, leksik-semantik söz qruplarına, ibarə və idiomlara geniş yer verilir.
Bədii üslubun bir sıra səciyyəvi xüsusiyyətləri var: obrazlılıq, konkretlilik, sadəlik, yığcamlıq, bədii ifadə vasitələrindən yerli-yerində istifadə, söz və ifadələrin seçilib işlədilməsi, fonetik, leksik və qrammatik imkanlardan yaradıcı şəkildə istifadə, yüksək ekspressivlik, emosionallıq və.s.
Bədii əsərdə həyatın konkret şəraitdə ümumiləşdirilmiş, fərdiləşmiş mənzərəsinin canlı və konkret, aydın, yığcam, bitkin və ahəngdar təsviri konkretliliklə bağlıdır.
Bu üslubun ifadəlilik imkanını artıran vasitələrdən biri də məcazdır. Məcazlar sistemi əşya, hadisə və hərəkəti adlandırmaqla bərabər, təsvir olunan əşyanı, hadisəni daha dərindən açmağa, nitqə daha kəskin subyektiv qiymət verməyə kömək edir.
Bədii və estetik təsiri qüvvətləndirmək, bədii obraz və lövhələr yaratmaq, əsərdəki yüksək hissləri ifadə etmək üçün söz və ifadələrin yerli-yerində seçilib işlədilməsi əsasdır, ritorik sual cümlələri, bədii nidalara, bədii xitablara, cümlənin sadə, yarımçıq tiplərinə daha çox yer verilir.
Bədii əsərlərdə ümumxalq dilinin dialektizm, jarqonizm, arxaizm, loru sözlər kimi növləri işlədilir. Burada terminlər və xüsusi ifadələrdən də istifadə olunur. Lakin bunlar bədii üslub üçün xarakterik sayıla bilməz.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin