Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


İTM-in ELM SAHƏLƏRİ VƏ BİLİKLƏRLƏ ƏLAQƏSİ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə78/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   74   75   76   77   78   79   80   81   ...   94
Informatika-Muhazireler-2

İTM-in ELM SAHƏLƏRİ VƏ BİLİKLƏRLƏ ƏLAQƏSİ
İTM kursu yuxarıda sadaladığımız vəzifələrin öhtəsindən gəlmək üçün
tələbələrin bu kursa qədər pedaqogika, psixologiya, eləcə də informatika və hesablama
texnikası, riyaziyyat və fizika kursları üzrə aldığı biliklərə əsaslanır.
Tələbənin informatika və hesablama texnikası üzrə bilikləri İTM kursunda
sistemli şəkildə istifadə olunur, konkretləşdirilir və şagirdlərin təlimində praktik tətbiq
edilir.
İTM-in istifadə etdiyi elm sahələri kimi, onun özünün də ümumi metodoloci
bazası fəlsəfədir.
İnformatika təliminin məzmun və metodları probleminin həllində İTM
informatika və hesablama texnikası üzrə biliklərə əsaslanır. Tədris materialının seçil-
məsi informatika elminin ideyalarının, metodlarının və məzmununun, elmlər
sistemində onun yerinin və rolunun, eləcə də müxtəlif fəaliyyət sahələrinə tətbiqlərinin
dərin təhlilini tələb edir. Seçilmiş materialın tədrisə uyğunlaşdırılması üçün İTM
həmin matrialı didaktika "süzgəcindən" keçirir və əlbəttə burada təkcə informatikaya
deyil, həm də pedaqogikaya, psixologiyaya və məntiqə istinad edir. Pedaqogikaya
istinad edərkən İTM didaktika ilə bərabər, həm də tərbiyə nəzəriyyəsindən istifadə
edir. Axı İTM kursu təkcə ümumtəhsil vəzifəsini deyil, həm də tərbiyə vəzifələrini
yerinə yetirməlidir. İTM-in psixologiyaya və məntiqə istinadı təbiidir. İTM-in
problemləri öyrənənin – şagirdin psixoloci xüsusiyyətlərini, onun faktik təfəkkür
səviyyəsini nəzərə almadan tədqiq edilə bilməz. Məlumdur ki, formal məntiq düzgün
mühakimə formalarını tədqiq edir, verilənlərdən (arqumentlərdən), tələb olunanların
(nəticələrin) alınmasına şərait yaradan nəticəçıxarma qaydasını verir. Burada nəticəçı-
xarmanın mexanizmi, təfəkkür prosesinin necə formalaşdırılması, insan beyninin
informasiyanı necə qəbul etməsi, saxlaması, işləməsi və ötürülməsi təcrid edilir.
Sonuncu aspektdə insanın təfəkkür fəaliyyəti psixologiya və ali sinir fəaliyyətinin


 178
fiziologiyası tərəfindən öyrənilir. Tamamilə aydındır ki, informatika təliminə təkcə
müəyyən təfəkkür fəaliyyəti kimi baxıla bilməz. Təbiidir ki, İTM psixologiyada və
məntiqdə yeni kəşflər yaratmır, yalnız psixoloci və məntiqi tədqiqatların nəticə-
lərindən istifadə edir.
Məktəb informatika kursunun əsas vəzifələrindən biri olan şagirdlərdə
alqoritmik mədəniyyət formalaşdırılması üçün əsas elmi və propedevtik baza riyaziy-
yatdır.
İnformatika kursu riyaziyyatın alqoritmik və hesablama xəttini daha da inkişaf
etdirir, sistemləşdirir, konkretləşdirir və onu bitkin şəklə salır. "Alqoritm" və
"proqram" terminləri riyaziyyatda hələ informatika bir elm sahəsi kimi
formalaşmazdan əvvəl yaranmışdır. Bu sahələrdən olan fundamental biliklər riyazi
biliklərə çox yaxındır. Elə buna görə də riyaziyyat təlimi informatika kursunun əsas
anlayışlarının propedevtikasında həlledici rol oynayır.
İnformatika kursunun mühüm hissəsini təşkil edən hesablama texnikasının
element bazası haqqında məlumat əsasən yarımkeçirici tranzistorlara və maqnitli
materiallara əsaslanır. Yarımkeçirici materiallar prosessorun, məntiqi strukturların,
daxili yaddaş qurğularının konstruksiyalarında istifadə olunur: maqnitli materiallar isə
xarici yaddaş qurğularında çeviricilərdə, idarəedici mexanizmlərdə və s. informasiya
daşıyıcıları vəzifəsini yerinə yetirir. İTM kursu bunların öyrənilməsi zamanı
şagirdlərin fizikadan aldığı biliklərə əsaslanır.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin