BTC-nin ümumi uzunluğu 1767 kilometrdir. Bunun 443 kilometri Azərbaycanın, 248 kilometri Gürcüstanın və 1076 kilometri isə Türkiyənin ərazisindən keçir. Kəmərin ötürücülük qabiliyyəti ildə 10 milyon barrel təşkil edir və istismar müddəti 40 ildir.
BTC-nin tikinti xərcləriilkin variantda 3 milyard ABŞ dolları həcmində qiymətləndirilsə də, son nəticədə bu rəqəmin 4 milyarddan çox olduğu qeydə alınıb. Bu bahalaşma tikintinin inşası zamanı göstərilən xidmətlərin artması və neft, həmçinin enerjidaşıyıcıların dünya bazarında qiymətlərinin dəyişilməsi ilə əlaqədar olmuşdur. Ekoloji təhlükəsizliklə bağlı çəkilən əlavə xərclər də, bu layihənin ümumi tikinti dəyərinin artımına təsir göstərmişdir.