-Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərinin əsas istifadə təyinatı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan təbii qazın Gürcüstan və Türkiyəyə nəqli üçündür.
BTƏ-nin inşası üzrə razılaşma 1999-cu ilin noyabr ayında İstanbulda keçirilən ATƏT-in konfransında ABŞ, Azərbaycan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Gürcüstanın dövlət başçılarının birgə imzaladıqları sənədə əsasən baş tutmuşdur.
BTƏ-nin əsas göstəriciləri- onun uzunluğu 980 kilometrdir və bu kəmərlə il ərzində 20 milyard kubmetrədək təbii qazın nəql edilməsi imkanı vardır. Gələcəkdə ehtiyac yaranarsa, BTƏ-nin il ərzində ümumi ötürmə gücünün 45 milyard kubmetrədək artırılmasə potensialı mövcuddur.