Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan


Tələbə kollektivinin xüsusiyyətləri



Yüklə 89,63 Kb.
səhifə22/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
Ali mek. psixolog yeni son mühazireler

1.Tələbə kollektivinin xüsusiyyətləri

Hər biir cəmiyyət, özünün sayı, rolu, ictimai həyatda yeri baxımından, müxtəlif qrup və kollektivlərdən ibarət olur. Saya görə mikro və makro qruplar olur. Qrup kollektivlə müqayisədə daha geniş anlayışa malik deyildir.

A.S.Makarenko vaxtilə deyirdi ki, kollektiv yalnız toplam, qarşılıqlı münasibətlərdə olan fərdlərdən ibarət deyildir. Harda kollektiv varsa, orada məsul şəxslərin təşkili, kollektiv inam, yoldaşın yoldaşa münasibəti var.

Tələbə kollektivdə təşəkküll tapır. Hər bir fərdin inkişafı, digər fərdlərin inkişafı ilə şərtlənir, ona görə ki, onlar ya bilavasitə ya da dolayısı ilə unsiyyətdə olurlar.

Tələbə kollektivinin mühüm vəzifələrindən biri onun hər bir üzvünün gələcək fəaliyyətə hazırlaşmasında zəruri şəxsi keyfiyyətin formalaşmasına kömək etməkdən ibarətdir.

Tələbə kollektivləri başqalarından aşağıdakı xüsusiyyətlərinə görə seçilir:

-əsas fəaliyyət növü (təlim prosesi, ali təhsil almaq);

-məqsəd və motivasiyanın vahidliyi (kollektiv üzvlərinin peşə qazanmaq səyi və Vətənə daha çox xeyir vermək arzusu);

-birlikdə fəaliyyətin məhdud müddəti (4-5 il);

-tərkibin sabitliyi;

-təlim fəaliyyətinin planlı aparılması və ciddi ardıcıllığın gözlənilməsi;

-nisbətən özünü idarə səviyyəsi (qrup nümayindəsi, gənclər təşkilatının, həmkarlar təşkilatının nümayəndəsi).

Kollektivin birliyi, möhkəmliyi xüsusilə qeyd olunmalıdır. Psixoloqların fikrinə görə kollektivin möhkəmliyi, obiyektə münasibətdə təmayüllərin, mövqelərin və qiymətləndirmənin üst-üstə düşdüyünü göstərir, onlar üçün əhəmiyyətli olan məsələlərdə qarşılıqlı anlaşmanı təmin edir.

Tələbə kollektivlərində qarşılıqlı münasibətlərin xarakteri, ictimai-psixolji hadisələr və proseslər xüsusi əhəmiyyət kəsb edir.

Tələbə kollektivi üzvləri arasındakı qarşılıqlı münasibətlər, onun hər bir üzvündən asılı olsa da, birinci növbədə, təlim tərbiyə prosesi və tələbələrin fəaliyyətinin təşkili ilə daha çox əlaqədardır.

Tələbə kollektivlərində qarşılıqlı münasibətlər öz quruluşu etibarilə bir sıra sahələrə ayrıla bilər: rəsmi, ictimai-siyasi, məişət və onların ayrılmaz hissəsi olan şəxsi psixoloji münasibətlər.

Rəsmi qarşılıqlı münasibətlər rəsmi sənədlərlə tənzim edilir. Hökümətin qəbul etdiyi qərarlar, ali məktəb haqqında ümumi və xüsusi əsasnamələr buna aiddir.

Tələbə kollektivlərində liderliyin də əhəmiyyəti böyükdür. Sosial psixologiyada liderlik problemi geniş işıqlandırılır.




Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin