Ağırlaşmalar. Qara ciyərin kəskin sarı distrofiyası Botkin xəstəliyinin ən ciddi ağırlaşması sayılır. Çox vaxt bu ağırlaşma xəstəliyin ağır gedişli formasında, sarılıq dövrünün ikinci yarısında baş verir, lakin kəskin atrofiyanın xəstəliyin 6-7-ci günlərində meydana çıxması təsadüfləri də məlumdur. Şiddətlənən adinimiya, iştahanın tamam itməsi, gecələr yuxusuzluq olduğu halda gündüzlər xeyli yuxululuq, çox vaxt inadkar qusma, temperaturun artması, leykositoz başlanmaqda olan qara ciyər distrofiyasmın həyacan siqnallandır.
Xəstənin nəfəsi tezləşir, dəri üzərində petexial səpgilər (hemorragiyalar) meydana çıxır. Xarakter cəhət burasıdır ki, qara ciyər kiçilir, o, bərkimiş və ağrılı olur, qara ciyərin bu kiçilməsi tez 2-3 gün ərzində baş verir.
Dostları ilə paylaş: |