Mövzu: Bağırsaq infeksiyaları. Baki – 2018 Plan



Yüklə 150 Kb.
səhifə12/16
tarix02.01.2022
ölçüsü150 Kb.
#37572
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
Bağırsaq infeksiyaları

Epidemiologiya . Sağlam insan xəstədən enteral yolla - xəstənin nəcisi ilə infeksiyalaşmış çirkli əllərlə, xəstənin ifrazatı ilə çirkləndirilmiş su, süd və eləcə də qida məhsulları ilə süzülən viruslar mədə-bağırsaq traktına keçirildikdə yoluxur. Bağırsaq infeksiyası kimi milçəklər xəstəliyin yayılmasına səbəb olurlar.

Xəstələr sarılıq önü dövründə və sarılıq dövrünün birinci 10-12-ci günləri daha yoluxucu sayılırlar, buna baxmayaraq onlar xəstəliyin sonrakı günlərində də yoluxucu qalmaqda davam edirlər.

Beləliklə, öz epidemioloji xarakteristikasma görə botkin xəstəliyi infeksion bağırsaq xəstəlikləri qrupuna aiddir. Bunu bilərək dizenteriya və

ya qarın yatalağında aparılan və əksərən eyni olan müvafiq antiepidemik tədbirlər görülməlidir.

Başlıca olaraq sarılıqönü dövrdə və sarılıq dövrünün birinci 10-12 günlərində yoluxdurucu olan xəstə insan infeksiyasmm yeganə mənbəyi sayılır. Dəqiq epidemioloji müayinə aparıldığı zaman bəzi təsadüflərdə bu mənbəyi tapmaq mümkün olur. Xəstələrin hamısı məcburi qospitalizə edilməlidir. Xəstə yaşayan mənzildə və ya ümumi yataqxanada onun qospitalizasiyasından sonra nəm dezinfeksiya aparılır (başqa bağırsaq infeksiyalarındakı qaydalarla).

Botkin xəstəliyinin törədicisi mədə-bağırsaq traktına daxil olaraq, mədə-bağırsaq traktının selikli qişasında iltihabı dəyişikliklər əmələ gətirir və kapilyar qan damarlarının divarından qan dövranına daxil olmağa başlayır ki, xəstəliyin əsas əlamətləri, birinci növbədə temperatur reaksiyası bundan irəli gəlir.

Virus qara ciyərin epitelial hüceyrələrində çoxalır və qara ciyər parenximasmda bir sıra anatomik dəyişikliklər törədir. Xəstəlik şiddətləndikcə qara ciyərin sulu karbon, zülal, su, duz və vitamin mübadilələrində iştirakı pozulur. Öd piqmentləri və öd turşuları çoxlu miqdarda qan dövränına keçir və Botkin xəstəliyinin əsas əlamətləri olan selikli qişaların və skleraların sarı rəngə boyanması, dərinin qaşınması bundan irəli gəlir.


Yüklə 150 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin