Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Maddi-texniki təminat planında müəssisənin tələbatlarını ödəmək üçün lazım olan maddi resursların həcmi müəyyən olunur



Yüklə 0,77 Mb.
səhifə37/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   33   34   35   36   37   38   39   40   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Maddi-texniki təminat planında müəssisənin tələbatlarını ödəmək üçün lazım olan maddi resursların həcmi müəyyən olunur.
Əmək və kadrlar planında işçilərin zəruri sayı, əmək haqqı fondunun həcmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır.
İnvestisiya və yeni texnikanın tətbiqi planında müəssisədə yeni bölmələrin tikintisi, mövcud olanların yenidən qurulması və genişləndirilməsi, mövcud istehsalların texniki cəhətdən yenidən qurulması, elmi-tədqiqat işlərinin aparılması, innovasiya işləmələri, yeni məhsulların mənimsənilməsi, mütərəqqi texnologiyanın tətbiqi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması və s. üzrə tapşırıqlar nəzərdə tutulur.
Məhsulun istehsalı və reallaşdırılması xərcləri planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır, mənfəət və rentabellik planlaşdırılır.
İstehsalın iqtisadi səmərəliliyinin artırılması planında həm ümumi göstəricilər üzrə, həm də ayrı-ayrı iqtisadi resurslardan - iş qüvvəsindən, əsas fondlardan, dövriyyə vəsaitlərindən, investisiya qoyuluşlarından istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar nəzərdə tutulur.
Maliyyə planı müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir.
Müəssisənin inkişaf planının mühüm bölmələrindən olan kollektivin sosial inkişaf planında istehsal heyətinin əmək şəraitinin, məişət və istirahət problemlərinin həlli üzrə tədbirlər öz əksini tapır.
Müəssisənin inkişaf planının bütün bölmələri biri-birilə qarşılıqlı əlaqədə və asılılıqda olur. Məsələn, istehsal proqramı (sifarişlər portfeli) müəyyən edildikdən sonra onun yerinə yetirilməsinin material təminatı aydınlaşdırılmalıdır. Lakin istehsal proqramını yerinə yetirmək üçün material resurslarına tələbatı müəyyən etməklə iş bitmir. Bunun üçün müəssisənin maliyyə imkanları ilə resurslara tələbatın dəyər həcmi uzlaşdırılmalıdır və s. Bir sözlə, bölmələr arasındakı bütün asılılıq, səbəb-nəticə əlaqələri tam aşkar edildikdən və bölmələrin arasındakı kəmiyyət nisbətləri müəyyən edildikdən sonra həmin planın reallığına, əsaslandırılma səviyyəsinin düzgünlüyünə zəmanət vermək olar.
Operativ-istehsal planlaşdırılması müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir. O, firmadaxili planlaşdırmanın tərkib hissəsidir və əsasən aşağıdakı vəzifələrin həllinə yönəldilmişdir:
istehsal proqramının və firmanın inkişaf planının digər göstəricilərinin vaxta görə yerinə yetirilməsinin dəqiqləşdirilməsi. Bu vəzifənin həlli istehsal avadanlıqlarının, istehsal sahəsinin, işçi qüvvəsinin ahəngdar yüklənməsinə, hazır məhsulun satışı üzrə müqavilə ilə müəyyən olunmuş müddətlərə əməl olunmasına təminat verməlidir;
yerinə yetirilməsi müddətləri göstərilməklə tapşırıqların konkretləşdirilməsi və sex, sahə, briqada və iş yerlərinə göndərilməsi;
mütərəqqi təqvim-plan normativlərinin hazırlanması (istehsal tsiklinin müddətinin, detalların hazırlanması və məmulat buraxılışı partiyalarının optimal ölçülərinin və s. müəyyən olunması);
iş yerinin xammal, material, detal, alət və tərtibatlarla və s. təmin edilməsi;
zaman və məkan baxımından material resurslarının hərəkət qrafiklərinin tərtibi və onun icraçılara təqdim edilməsi;
əlaqəli sex, sahə, briqada və iş yerlərinin fəaliyyətlərinin əlaqələndirilməsi (koordinasiyası);
istehsal prosesinin gedişinə nəzarət və onun tənzimlənməsi (dispetçer xidmətinin göstərilməsi).
Sadalanan vəzifələrin həll edilməsi müəssisənin bütün struktur bölmələrinin dəqiq və birqərarlı işini və hazır məhsul buraxılışının ahəngdarlığını təmin edir.
Firmanın istehsal-kommersiya fəaliyyətinin planlaşdırılmasından bəhs olunarkən, sahibkarlıq fəaliyyətinin planlaşdırılması, başqa sözlə, biznes-planların tərtibi, məqsədi, məzmunu, quruluşu və s. məsələlərin də, qısa da olsa, şərhi vacibdir.
Biznes-planın ingilis dilindən hərfi tərcüməsi Azərbaycan dilində «sahibkarlıq fəaliyyəti planı» və yaxud «sahibkarlıq planı» mənasını verir.
Biznes-planların firmanın inkişafı və ya istehsal, investisiya, yeni müəssisənin yaradılması, yeni məhsul və xidmət növlərinin layihələndirilməsi, kredit götürmək, maliyyə sağlamlığının bərpası və s. bu kimi tipləri işlənib tərtib olunur.
Biznes-planın tərtibində ümumi məqsəd istehsal sahibkarlığı üçün maliyyə mənbəyi tapmaq, investorları biznes fəaliyyətinə şirnikləndirməkdir.
Biznes-planın məzmununa gəlincə ilk əvvəl, mənfəət əldə etməklə yanaşı digər məqsədləri (sosial məqsədlər, sahibkarın statusunun yüksəldilməsi və s.) tam təfsilatı ilə birinci bölmədə verilir. Sonrakı bölmələrdə biznes-planın əsas parametrləri və göstəriciləri, istehsal olunacaq məhsul və icra ediləcək xidmətlərin xarakteristikası, bazarın tədqiqi və satışın həcmi, biznes-planın realizə edilməsi üçün tədbirlər, sövdələşmənin resurs təminatı və nəhayət, sahibkarlıq layihəsinin iqtisadi səmərəlilik məsələləri öz əksini tapır.
Biznes-planın reallığı gələcək sahibkarlıq fəaliyyətinin təminatçısıdır. Biznes-planın elmi cəhətdən əsaslandırılaraq tərtibi, sövdələşmə baş tutduqdan sonra, inşa olunmuşəssisədə planlaşdırma üçün istiqamətləndirici amil rolunu oynaya bilər; sahibkarlıq layihəsindən (biznes-plandan) real sahibkarlıq fəaliyyətinə keçid üçün həmin məsələ mühüm şərtdir. Biznes-plandan «Firmanın investisiya fəaliyyəti» adlı fəsildə daha ətraflı bəhs olunacaqdır.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin