Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə42/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   38   39   40   41   42   43   44   45   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

8.3. Firmanın investisiya fəaliyyəti

Firmanın investisiya fəaliyyətinə aşağıdakılar daxildir: investisiya strategiyasının müəyyən olunması, strateji planlaşdırmanın həyata keçirilməsi, investisiya layihələndirilməsi, layihənin və investisiyanın faktiki səmərəliliyinin təhlili.


İnvestisiya strategiyası – maliyyələşmənin mövcud xüsusi mənbələri və borc vəsaitlərinin əldə edilməsi şəraitində firmanın uzunmüddətli perspektiv üçün inkişaf yollarının seçilməsi, həmçinin məcmu aktivlərin həcminin və rentabelliyinin proqnozlaşdırılmasıdır. Strateji plan, investisiya layihələrinin siyahısı və investisiyanın uzunmüddətli maliyyələşdirilməsi planının tərtibi əsasında investisiya strategiyasının dəqiqləşdirilməsini nəzərdə tutur.
İnvestisiya layihəsi texniki-iqtisadi əsaslandırma və ya biznes-plan formasında əks oluna bilər. İnvestisiya layihəsinin texniki-iqtisadi əsaslandırılması müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin texniki-iqtisadi, ekoloji və maliyyə imkanlarının tədqiqidir.
Texniki-iqtisadi əsaslandırmaya geoloji tədqiqatlar, bina və qurğuların texniki layihələri, istehsalın texniki hazırlığı, ətraf mühitə təsirin ekoloji tədqiqi, marketinq tədqiqatları, maliyyə-iqtisadi göstəricilərin hesablanması daxildir.
İnvestisiya layihəsinin biznes-planı investisiya layihəsinin bütün inkişaf etmiş ölkələrdə qəbul olunmuş təqdimat formasıdır.
İstehsal əsas fondları və istehsal güclərinin işə salınması əsaslı vəsait qoyuluşu planının əsas bölməsidir. Çünki məhz bu bölmədə nəzərdə tutulan tapşırıqların – tikintinin miqyası və müddəti üzrə tapşırığın yerinə yetirilməsi əsaslı vəsait qoyuluşunun nəticəsini xarakterizə edir.
İstehsal gücləri və əsas fondların işə salınması planı həm natural (ton, metr və s.) və həm də dəyər göstəricisində tərtib olunur. işə salınan əsas fondların smeta dəyəri müəyyən olunur.
Əsaslı tikinti planının mühüm bölmələrindən biri əsaslı vəsait qoyuluşunun quruluşudur.
Əsaslı vəsait qoyuluşunun texnoloji quruluşu üzrə plan tapşırığını müəyyən etməkdə məqsəd əsas fondların aktiv hissəsinin artırılması – maşın, avadanlıq alınmasına vəsaitin mümkün dərəcədə çoxaldılmasında məqsəd – əsas fondlardan istehsal səmərəliliyini səciyyələndirən fondverimi göstəricisini çoxaltmaq, məhsulun fondtutumluğunu azaltmaqdır.
Əsaslı tikinti planının mühüm bölmələrindən biri də inşa ediləcək obyektin titul siyahısıdır. Planın bu bölməsində tikinti planı üzrə tapşırıq ayrı-ayrı tikinti obyektləri üzrə konkretləşdirilir.
Titul siyahısında hər bir firmanın adı, tikiləcəyi müddət və rayon, layihə istehsal gücü, əsas fondların smeta dəyəri, əsaslı vəsait qoyuluşunun həcmi və tikinti-quraşdırma işlərinin dəyəri göstərilir.
Təsdiq olunmuş titul siyahısı tikintinin başlandığı və başa çatdırıldığı dövr ərzində dəyişdirilə bilməz, çünki titul siyahısı, sifarişçi, maliyyə, bank, tikinti və təchizatçı təşkilatları (bəzən lizinq kompaniyası) üçün fəaliyyət proqramıdır və ciddi bir sənəddir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin