Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Firmanın marketinq fəaliyyətinin mahiyyəti və xüsusiyyətləri



Yüklə 0,77 Mb.
səhifə46/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   42   43   44   45   46   47   48   49   ...   79
Firmanın İqtisadiyyatı mühazirə


10.1. Firmanın marketinq fəaliyyətinin mahiyyəti və xüsusiyyətləri

Bazar münasibətləri şəraitində işləyən firma və firmaların mənfəət əldə etmələrində və, ümumiyyətlə, iqtisadi inkişaflarında marketinq fəaliyyətinin müstəsna əhəmiyyəti vardır.


Kökü ingiliscə «market» (bazar) sözündən gələn «marketinq» anlayışı bazar və satış sferalarında fəaliyyət mənasına daha uyğundur. Lakin marketinq fəaliyyətinin bu cür izahı natamamdır, bəsitdir, çünki marketinqin əhatə dairəsi bazarla məhdudlaşmır. O, habelə, istehsal və bazar sferalarının qarşılıqlı əlaqələrinin mərkəzində dayanır və həmin əlaqələrin səmərəliliyi və optimallığının müəyyən edilməsində əhəmiyyətli rol oynayır.
Marketinq – ümumi-nəzəri baxımdan – firmanın təsərrüfatçılıq fəaliyyətinin bazar qanunları əsasında idarə edilməsi konsepsiyasıdır.
Firma marketinq fəaliyyətini istehlakçının bu və ya digər tələbatının ödənilməsi naminə deyil – bundan öncə – özünün istehsal imkanlarını genişləndirməklə öz maraqlarını təmin etmək üçün həyata keçirir.
Firma miqyasında marketinq fəaliyyəti istehlakçıların suverenliyi şəraitində cəmiyyətin müəyyən etdiyi sosial-etik normalar əsasında, azad rəqabətə söykənən və qarşılıqlı faydalanmaq (mənfəət əldə etmək) naminə əmtəələrin mübadiləsidir, sahibkarlıq fəaliyyətidir.
Marketinq əmtəələrin mexaniki yerdəyişməsi deyil,bazarın doğurduğu mürəkkəb mühitdə sərfəli istehlakçıların tapılması və seçilməsi, məhsullara qiymətin müəyyən olunması, bölgü planlarının tərtibi, məhsulların alqı-satqısını stimullaşdıran maliyyə, servis xidməti və s. bu kimi vasitələrdən istifadəyə əsaslanan idarəetmə prosesidir.
Firmanın marketinq fəaliyyəti istehsal olunan məhsulun satışı məqsədilə əlverişli zəmin yaratmaq üçün onun keyfiyyətini, çeşidini və istehsal həcmini bilavasitə istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədilə bazarın kompleks təhlili və proqnozlaşdırılması prosesidir.
Firmanın məhsul istehsal etmək imkanlarını onun istehsal potensialı (daxili mühiti), daha dəqiq deyilərsə, istehsal gücü müəyyən edir, bazar imkanlarına isə, əsasən, xarici mühit təsir göstərir. Firma bazarla sıx əlaqədardır, çünki firmada çəkilən xərclər əsasən istehsal prosesində, gəlirlər isə məhsulun reallaşdırılmasından yaranır. Bu baxımdan firmanın bazar (marketinq) fəaliyyəti onun üçün strateji xarakter daşıyır.
Marketinq fəaliyyətinin ilkin mərhələsi bazarı öyrənmək olsa da, onun istehsal üçün də əhəmiyyəti çox böyükdür. Belə ki, istehsalın perspektiv miqyası, onun bir tərəfdən ixtisaslaşmasının dərinləşməsi və digər tərəfdən isə diversifikasiyanın zəruriliyi, plan ilində istehsal vasitələrinə tələbatın öyrənilməsində mövcud resurslardan istifadənin səviyyəsi, ümumiyyətlə, istehsalın təşkili və s. bu kimi proseslər marketinq fəaliyyətinin nəticələri ilə müəyyən edilir, qiymətləndirilir.
Bazar iqtisadi sistemində firmanın gəliri yalnız onun istehsalında mövcud olan xərclərin azaldılmasından asılı deyil. Gəlir həm də xeyli dərəcədə bazarın və rəqiblərin öyrənilməsinə (tədqiqinə) nə səviyyədə diqqət yetirilməsindən, məhsulun keyfiyyətindən, onun bazarda müvəffəqiyyətlə reallaşdırılması işinin təşkilindən və s.-dən asılıdır. Bütün sistemlər kimi, marketinqin də istiqamətləri, metodları və məqsədlərinin reallaşdırılması üzrə vəzifələri vardır. Marketinqin istiqamətləri dedikdə, məhsulun keyfiyyəti və çeşidi, qiymətinin formalaşdırılması (əmələ gəlməsi), satışının təşkili və kommunikasiya sahəsində aparılan siyasət başa düşülür.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin