Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə47/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   43   44   45   46   47   48   49   50   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Marketinq fəaliyyəti firmaların bazarda olan fəaliyyətidir.
Bu fəaliyyət aşağıdakıları əhatə edir:
– bazarda məhsullara olan potensial tələbatın və ehtiyacların həcminin, onun dinamikasının, şəraitinin, hadisələrin real gedişinin və onun inkişaf perspektivlərinin dəqiq nəzərə alınmasını;
– firmaların istehsal həcminin (təklifinin) bazarın mövcud potensial tələblərinə uyğunlaşdırıla bilmə imkanlarının araşdırılmasını;
– firmanın istehsal etdiyi məhsula tələbatın, başqa sözlə, məhsul bazarının yaradılmasına və formalaşdırılmasına fəal təsir göstərilməsini;
– firmada məhsulların reallaşdırılması şəraitinə, tələbatın dəyişməsinə və s. bu kimi məsələlərə çevik münasibətlərin göstərilməsinə nəzarət edilməsini və s.
Firmada marketinq fəaliyyətinin metodlarına isə aşağıdakılar daxildir:
- xarici mühitin (firmaya, firmaya və s. nisbətən) təhlili (buraya bazarlar, təchizat mənbələri və s. daxildir);
- istehlakçıların (alıcıların) öyrənilməsi;
- mövcud və həm də gələcək dövr üçün istehsalı planlaşdırılmış məhsulların bazarının və satış imkanlarının tədqiqi;
- bazarda məhsulun hərəkəti və satışının planlaşdırılması;
- tələbatın formalaşmasının (yaranmasının) və satışın stimullaşdırılmasının təmin edilməsi;
- qiymət siyasətinin işlənib hazırlanması;
- marketinq fəaliyyətinin bir sistem kimi idarə edilməsi və s.
Marketinq sistemi, ümumiyyətlə, aşağıdakı məsələlərin:
– bazarın kompleks öyrənilməsinin (tədqiqinin);
– potensial (real) tələbatın və ödənilməyən ehtiyacların müəyyən edilməsinin;
– məhsul (xidmət) çeşidi və qiymətinin planlaşdırılmasının;
– bazarda mövcud olan tələbatın mümkün qədər çox ödənilməsinə nail olmaq məqsədilə tədbirlər sisteminin işlənib hazırlanmasının;
– satışın planlaşdırılmasının və həyata keçirilməsinin, istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi üzrə tədbirlər sisteminin hazırlanmasının və sairənin kompleks həllini nəzərdə tutur.
Marketinq tədqiqatları hesabına alınmış nəticələrin həqiqiliyini təmin etmək məqsədilə aparılan təhlil düzgün, hərtərəfli, obyektiv və tənqidi (yaradıcı) xarakter daşımalıdır.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin