Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Dillerlər, agentlərdən fərqli olaraq ticarət əməliyyatlarını öz adlarından və öz hesablarına həyata keçirirlər



Yüklə 0,77 Mb.
səhifə59/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   55   56   57   58   59   60   61   62   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Dillerlər, agentlərdən fərqli olaraq ticarət əməliyyatlarını öz adlarından və öz hesablarına həyata keçirirlər. Məhsulun satışı sistemində onlar bilavasitə məhsulun istehlakçıları ilə işləyirlər.
Müstəqil topdansatış vasitəçisi olan distribyuterlər də son istehlakçılarla işləyirlər. Distribyuter məhsulların satışı və istehsal istehlakına hazırlanması xidmətlərini göstərməklə, onların pərakəndəsatış firmalarına və mağazalarına, həmçinin sənaye firmalarına, kooperativlərinə satılması məqsədilə məhsulların bölüşdürülməsi fəaliyyətini həyata keçirirlər. Distribyuter və onun sifarişçisi arasında münasibətlər müqavilə əsasında qurulur və bu müqavilədə reallaşdırılan məhsulun topdansatış qiymətinə distribyuterin alacağı ticarət əlavəsinin məbləği əlavə olunur.
Mövzu 11. FİRMADA MADDİ-TEXNİKİ TƏMİNAT
11.1. Firmada maddi-texniki təminatın təşkili və idarə edilməsi.
11.2. Maddi-texniki təminatın planlaşdırılması
11.3. Təchizatda və logistikada planlaşdırma metodları

11.1. Firmada maddi-texniki təminatın təşkili və idarə edilməsi

Maddi-texniki təminat istehsal prosesinin maddi-texniki resurslarla təminatı üzrə kommersiya fəaliyyətinin bir növüdür və o bir qayda olaraq, istehsaldan əvvəl həyata keçirilir, Maddi-texniki təminatın əsas məqsədi material resurslarının müqaviləyə uyğun olaraq konkret istehsal firmasınadək çatdırılmasıdır.


Maddi-texniki təminatının əsas və köməkçi funksiyaları vardır və bunlar da öz növbəsində kommersiya və texnoloji funksiyalara bölünür.
Kommersiya xarakterli əsas funksiyalara sənaye firmaları tərəfindən material resurslarının bilavasitə alınması və icarəsi daxildir ki, bu da dəyərin formasının dəyişilməsi ilə müşayiət olunur.
Kommersiya xarakterli köməkçi funksiyalara marketinq və hüquq funksiyaları daxildir. Marketinq funksiyaları material resurslarının konkret satıcılarının (mal göndərənlərin) müəyyən edilməsi və seçilməsi məsələlərini əhatə edir. Bəzi hallarda malgöndərənlər kimi vasitəçi strukturlar çıxış edir. Hüquqi funksiyalar isə mülkiyyət hüquqlarının hüquqi təminatı və müdafiəsi, işgüzar danışıqların hazırlanması və aparılması, əqdlərin hüquqi cəhətdən rəsmiləşdirilməsi və onların icrasına nəzarət ilə əlaqədardır.
Texnoloji xarakterli funksiyalar material resurslarının daşınması və saxlanması məsələlərini əhatə edir.
Sənaye firmalarında istehlak olunan material resurslarını əsas və köməkçi materiallara bölmək olar. Əsas materiallara ilkin emaldan keçmiş xam materiallar daxildir. Müəyyən dərəcədə emal keçmiş ilkin materiallar, son məhsulun xeyli hissəsini təşkil edən və əvvəlcədən quraşdırılmış detallar yarımfabrikatlar kateqoriyasına aid edilir. Onların alınması xammal və materialların satin alınmasından fərqlənmir.
Köməkçi materiallar son məhsulun tərkibində adətən az hissə təşkil edir. Buraya hər cür metal məmulatlar, məftil, quraşdırıcı boltlar və s. daxildir.
İstehsal materialları qrupu da mövcuddur və onlar maşın və avadanlığın istismara verilməsini təmin edir. Bu qrupa yanacaq-sürtgü materialları, soyuducu maye, elektrik enerjisi və s. daxildir.
Komplektləşdirici məmulatlar isə əlavə emal tələb etməyən məhsulları əhatə edir.
Xammal, yarimfabrikatlar, köməkçi materiallar ümumi anlayış olan xammal və materiallar kateqoriyasına aid edilir.
M
İlkin materiallar (obyektlər)


üxtəlif növ materiallar şəkil 11.1-də göstərilir.



Xammal və materiallar
xammal
yarımfabrikatlar

Enerji
sair materiallar
komplektləşdirici materiallar
omplektləşdirici materiallar



Şəkil 11.1 Materialların təsnifatı
Buradan da maddi-texniki təminatın aşağıdakı iki vəzifəsi irəli gəlir.
- hər bir iş yerinə materialların gətirilməsinin təmin edilməsi;
- firmada ehtiyatların optimal səviyyəsinin saxlanması.
Bu vəzifələrin yerinə yetirilməsi firmanın səmərəli maddi-texniki təchizatı üçün logistik yanaşmanın tətbiqini tələb edir. Logistika material resurslarının vaxta və məkana görə yerdəyişməsi üzrə fəaliyyətinin bütün növlərini əhatə edir. Loqistikanın funksiyaları istehsalın və material resurslarının hərəkətinin bütün mərhələlərində həyata keçirilir. Ona görə də istehsal, təchizat və satış logistikasını fərqləndirirlər.
Təchizat və satışın logistikası materialların istehsal daxil yerdəyişməsi məsələlərini deyil, xeyli dərəcədə material resurslarının firmadan kənar hərəkətini əhatə edir. Ona görə də logistikanın funksiyaları material axınlarının hərəkətinin təmin edilməsi üzrə digər funksiyalarla sıx əlaqədardır. Logistika kompleks funksiyanın yerinə yetirir və firmanın fəaliyyətinin bütün mərhələlərində material resurslarının vaxta və məkana görə fiziki yerdəyişməsi problemlərini əhatə edən müstəqil sahədir.
Logistikanın başlıca məqsədi tələbin ödənilməsi, yüklərin vaxtında və minimal xərclərlə daşınmasının təmin edilməsi üçün material ehtiyatlarının və informasiya axınlarının səmərəli idarə edilməsidir. O, logistik sistemin strukturunu və əsas funksiyalarını müəyyən edir. Predmetinə və funksiyalarına görə logistikanın növləri və funksiyaları şəkil 11.2-də göstərilir.
Logistikanın materiallar və satış logistikasına bölünməsi firmanıin təşkilati strukturunda öz əksini tapir. Materiallar logistikası ilə maddi-texniki təchizat bölmələri, satış logistikası ilə isə satış şöbəsi məşğul olur. Təchizatın əsas təyinatı istehsal üçün ilkin materiallarla firmanı təmin etmək olduğundan o, təchizat logistikasının vəzifələrini müəyyən edir. İstehsal logistikasının vəzifələrinin müəyyən edilməsi zamani da bu yanaşma doğrudur.


Logistikanın funksiyaları
Logistikanın predmeti

Məkan
funksiyası
(vaxta görə hərəkət)

Zaman
funksiyası
(vaxta görə hərəkət)

Yenidən
bölüşdürmə

Heyətin logistikası

Əməkdaşların yerdəyişməsi

Gözləmənin təşkili

Köçürmələr



Materialların logistikası

Malların
logistikası

Material logistikası hazır məhsul logistikası (hazır məhsulun satışı)

Malların nəql edilməsi

Saxlanma

Çeşidlənmə, yüklənmə

Enerji axınlarının logistikası

Enerjinin ötürülməsi

Enerjinin saxlanması

Enerjinin
çevrilməsi

İnformasiya axınlarının logistikası

İnformasiyanın ötürülməsi

İnformasiyanın saxlanması

Məlumatların yenidən təşkili (məsələn, yenidən kodlaşdırma)

Şəkil 11.2. Logistikanın predmet və funksiyalar üzrə bölgüsü

Maddi-texniki təminat və təchizat anlayışları da fərqləndirilməlidir. Hər iki anlayış üçün ümumi olanı materialların alınmasının təmin edilməsidir, çünki bu, həm təchizat fəaliyyəti, həm də maddi-texniki təminat baxımından əsas vəzifə hesab olunur. Ona görə də bəzən təcrübədə və ədəbiyyatda bu anlayışlar eyniləşdirilir. Lakin maddi-texniki təchizat hər şeydən əvvəl real istehsal amillərinin hərəkətinin təmin edilməsi funksiyasıdır. Maddi-texniki təminat isə firmada material aktivlərinə aid olan bütün məsələləri əks etdirir. Maddi-texniki təminat materialların daşınması və saxlanması məsələləri ilə yanaşı istehsal tullantılarının emalının və tullantıların daşınmasının təşkilini də əhatə edir.


Material resurslarının təminatı sistemindən və onların malgöndərənlərdən istehlakçılaradək hərəkətinin xüsusiyyətlərindən asılı olaraq maddi-texniki təminatın tranzit və anbar formalarını fərqləndirirlər.
Tranzit forması mal göndərişlərinin ümumi həcmində əhəmiyyətli yer tutur. Mal göndərilməsinin tranzit formasının seçilməsi hər şeydən əvvəl istehlak olunan resursların həcmindən və onun üçün müəyyən olunmuş tranzit və ya sifariş normasından asılı olaraq müəyyən edilir. Tranzit norması bir sifariş üzrə istehsalçının istehlakçıya yükləyib göndərdiyi materialların minimal mümkün ümumi miqdari kimi təyin edilir. Sifariş norması isə bir istehlakçının ünvanına bir neçə həmcins (tip ölçülü) material növlərinin eyni vaxtda daşınması üçün məcburi sifariş zamani istehsalçı tərəfindən icraya qəbul etdiyi sifarişin bir mövqeyi üzrə materialların ən az miqdari kimi hesablanır.
Firmaya material resursları təchizatın anbar forması zamani da daxil olur. Bu forma tələb olunan material partiyalarının (dəstələrinin) gətirilməsinin böyük tezliyi ilə fərqlənir. Anbar forması istehsal ehtiyatlarının nisbətən ixtisar edilməsinə imkan verir və mal göndərilməsinin komplektliyini təmin edir. Lakin mal göndərilməsinin bu forması materialların yüklənməsi, boşaldılması və saxlanması ilə əlaqədar olan əlavə xərclər tələb edir.
Beləliklə, material resursları ilə firmanın maddi-texniki təminatı aşağıdakı funksiyaların yerinə yetirilməsini əhatə edir:

  1. materialların tədarük edilməsi və daşınması;

  2. materialların anbarlaşdırılması və mühafizənin təmin edilməsi;

  3. materialların emalı və onların istehsal istehlakı üçün hazırlanması;

  4. maddi-texniki təminatın idarə edilməsi.

Firmada maddi-texniki təminatın idarə edilməsinin təşkilinin üç forması mövcuddur: mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş və qarışıq. İdarəetmənin mərkəzləşdirilmiş sistemi bütün funksiyaların vahid MTT xidmətində cəmlənməsini nəzərdə tutur. Bu, aşağıdakı amillərlə əlaqədardır: firmanın ərazicə tamlığı; firmanın istehsal vəhdəti; istehlak olunan materialların nomenklaturasının nisbətən məhdud olması.
İdarəetmənin qeyri-mərkəzləşdirilmiş sistemi funksiyaların paylaşdırılmasını nəzərdə tutur. Bu, firmaların ərazicə dayanıqlığı, bölmələrin istehsal müstəqilliyi və materialların nisbətən geniş nomenklaturası ilə əlaqədardır.
Maddi-texniki təminatın qarışıq sistemi əvvəlki iki strukturu birləşdirir.
Sənaye firmalarında MTT xidmətinin təşkilati qurulmasının müxtəlif sistemləri mövcuddur. Bu strukturlar aşağıdakı kimi sistemləşdirilə bilər: funksional, əmtəə prinsipi və kombinələşdirilmiş.
MTT-nin idarə edilməsinin funksional strukturu ayrı-ayrı bölmələrin konkret funksiyaların yerinə yetirilməsi üzrə ixtisaslaşdırılmasını nəzərdə tutur. Belə struktur əsasən fərdi və xırda seriyalı istehsal tipinə malik, nisbətən məhdud nomenklaturali, istehlak olunan materialların və buraxılan məhsulun həcmi kiçik olan firmalar üçün xarakterikdir.
Əmtəə prinsipi üzrə idarəetmə strukturundan istifadə zamanı MTT xidmətinin ayrı-ayrı bölmələri material resurslarının müəyyən növləri ilə firmanın təmin edilməsi üzrə bütün işlər kompleksinin yerinə yetirilməsi üçün ixtisaslaşır. MTT-nin ayrı-ayrı bölmələrinin əmtəə ixtisaslaşması material resurslarının müəyyən növləri ilə firmanın təmin edilməsi üzrə bütün funksiyalar kompleksinin yerinə yetirilməsini nəzərdə tutur. Əmtəə ixtisaslaşması iri seriyalı və kütləvi istehsal tipi, nisbətən geniş nomenklaturalı və çox böyük həcmdə materialları istehlak edən və məhsul buraxan firmalar üçün xarakterikdir.
Nəhayət, MTT-nin idarə edilməsinin kombinələşdirilmiş strukturu firmada müəyyən bölmələrin olmasını nəzərdə tutur. Bu bölmələrdə funksiyaların bütün spektrini material resursları üzrə xarici resurs təminatı funksiyaları da yerinə yetirilir.
Baş mexanik şöbəsi, baş energetik şöbəsi və s. kimi digər struktur bölmələri onlara təhkim olunmuş materialların istehsal daxili yerdəyişməsi üzrə bütün funksiyaları yerinə yetirirlər.
11.2. Maddi-texniki təminatın planlaşdırılması

Firmada maddi-texniki təminatın planlaşdırılması material resurslarının alınmasına dair qərarın qəbul edilməsi üçün əsasdır. Firmalarda material resurslarının alınmasının təşkili zamani plan dövründə xüsusiləşmiş nomenklatura üzrə material resurslarına tələbatı müəyyən etmək lazımdır.


Planlaşdırma prosesi aşağıdakı mərhələləri əhatə edir: xammal və material bazarının tədqiq edilməsi; istehlak olunan materialların bütün nomenklaturası üzrə firmanın tələbatının təyin edilməsi; materialların alınması planının tərtib edilməsi və tədarük formasının dəyər təhlili.
Xammal və material bazarının öyrənilməsi konkret material növlərinin təklifinə, xammalın, materialın, yanacağın və yarimfabrikatların çeşidinə və onların qiymətinə dair informasiyanın müntəzəm yığılmasını, işlənməsini, təhlilini və qiymətləndirilməsini nəzərdə tutur. Bu bazarın tədqiqi zamani firma özünə lazım olan material resurslarının çeşid və təklif olunan qiymətlər üzrə kəmiyyət qiymətini verməlidir. Xammal və material bazarının öyrənilməsində materialların daşınması xərclərinin təhlili mühüm yer tutur.
Xammal və material göndərənlərin təhlili zamani sifarişçinin portfelinin vəziyyətinə dair informasiya mühüm əhəmiyyət kəsb edir. Bu bazarın tədqiqi strateji xarakterdədir, çünki material resurslarının alınması məsələsi həll olunur. Təchizat strategiyasını hazırlayarkən firma zəruri detalların istehsalı üçün öz xərclərini analoji detalların malgöndərəndəki qiymətləri ilə müqayisə edir.
Material resurslarına tələbat əsas istehsal üçün resurslara tələbatı, plan dövrünün axırına keçici ehtiyatların yaradılması və saxlanması üçün tələbatı, təsərrüfat fəaliyyətinin digər növləri (o cümlədən qeyri-istehsal) fəaliyyəti üçün tələbatı əhatə edir.
Material resurslarına tələbatı hesablayarkən onların ödənilməsi üçün nağd vəsaitin olmasını nəzərə almaq lazımdır. Ödənilmə mənbələri xüsusi və borc alınmış ola bilər. Material resurslarına tələbat materialların bütün nomenklaturası üzrə dəyər və natural ifadədə planlaşdırılır. Firmaya materialların göndərilməsinin həcmi və müddətləri onların istehsal istehlakı rejimi, istehsal ehtiyatlarının lazımi səviyyəsinin yaradılması və saxlanması ilə şərtlənir.
Tələb olunan material resurslarının həcmi yeni texnikanın tətbiqi üçün, tərtibatların və alətlərin hazırlanması üçün, istismar və texnoloji ehtiyaclar üçün, bitməmiş istehsalın zəruri qalığının yaradılması və keçici ehtiyatların əmələ gəlməsi üçün lazım olan materiallara tələbatdan əmələ gəlir. Material resurslarına tələbat firmanın MTT balansı əsasında firmada olan material qalıqları və daxili təminat mənbələri nəzərə alınmaqla müəyyən edilir.
Material resurslarına tələbatı üç metodla təyin etmək olar:
- determinləşmiş (istehsal planları və məsarif normativləri əsasında);
- stoxastik (ötən illərin tələbatı nəzərə alınmaqla ehtimallı proqnoz əsasında);
- qiymətləndirmə (təcrübi-statistik qiymətləndirmə əsasında).
Bu metodlardan hər hansı birinin seçilməsi material resurslarının xüsusiyyətlərindən, onların istehlakı şərtlərindən və zəruri hesablamaların aparılması üçün müvafiq məlumatların olmasından asılıdır.
Birbaşa hesablama metodu daha geniş yayılmışdır. Bu metod məhsul buraxılışı proqramına və buraxılan məhsulun bir vahidi üçün material sərfi normasına əsaslanır və məmulat metodu adlanır. Hesablamalar aşağıdakı düsturla aparılır:

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin